İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Avropa çempionatı üçün heyət açıqlanıb

Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçiriləcək. Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed Xaniyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) Qiorqi Meşvildişvili (125 kq), yunan-Roma güləşi yarışlarında millimizin üzvlərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) Sabah Şəriəti (130 kq), qadın güləşçilərin mübarizəsində Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), İlona Dudyak Semkiv (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) Nigar Mirzəzadə (68 kq) medallar uğrunda yarışacaqlar.

 

"Böyük dəbilqə" ölkəmizi 17 cüdoçu təmsil edəcək

Antalyada keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirində 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq. Yarışda 17 idmançımız tatami üzərinə çıxacaq. Turnirdə kişilərin yarışında ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri Camal Qamzatxanov (+100 kq) qoruyacaqlar. Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar. Aprelin 2- turnirə yekun vurulacaq.

 

Güləş üzrə ölkə çempionatı davam edir

20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatının ikinci günündə sərbəst güləş üzrə 86, 92, 97 125, yunan-Roma güləşi üzrə isə 55, 60 63 kiloqram çəki dərəcələrində görüşlər keçirilib. Ümumilikdə yeddi çəki üzrə 88 güləşçi gücünü sınayıb. Yarışda Timur Gülmaqomedov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq), Yusif Dursunov (125 kq), yunan-Roma güləşçilərinin mübarizəsində isə Elmir Əliyev (55 kq), Məhəmməd Şükürzadə (60 kq), Fəraim Mustafayev (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".