AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Hürriyyət":

Sahibə Qafarova Əminə Ərdoğan ilə görüşüb

Türkiyənin məşhur "Hürriyyət" qəzeti Əminə Ərdoğan Sahibə Qafarovanın görüşü barədə məlumat yayımlayıb. Yazıda Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın Birləşmiş Millətlər Təşkilatı (BMT) katibinin xüsusi dəvəti ilə 30 mart Beynəlxalq Sıfır Tullantı Günü ilə bağlı keçirilən xüsusi sessiyada iştirak etmək üçün gəldiyi bildirilib. Yazıda, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyədə baş vermiş zəlzələ ilə bağlı birinci xanım Əminə Ərdoğana öz kədərini bildirdiyi əks olunub. Birinci xanım Ə.Ərdoğan Azərbaycanın zəlzələdən sonra Türkiyəyə ilk yardım əlini uzadan ölkə olduğuna görə təşəkkür edib. Bundan başqa, görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı qeyd olunub. Əminə Ərdoğan görüş sonrası şəxsi ''Twitter'' səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Sıfır tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda iqlim böhranı ilə birgə mübarizədə həmfikirik".

 Xatırladaq ki, BMT Baş Assambleyası 14 dekabr 2022-ci ildə "sıfır tullantı" ilə bağlı qətnamə qəbul edib. Bununla da 30 mart Beynəlxalq Sıfır Tullantı Günü elan olunub.

 

"ANADOLU AJANSI":

Azərbaycan Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin

Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakıda görüşməyi təklif edir

Türkiyənin xəbər agentliyi "Anadolu Ajansı" Azərbaycanın Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələrinə regionda reinteqrasiya infrastruktur layihələrini müzakirə etmək üçün Bakıda görüşməyi təklif etməsi barədə məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından verilən açıqlamada martın 1- Xocalıda keçirilən görüşün martın 13- təqdim edilən dəvətin davamı olaraq, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə aprelin ilk həftəsində Bakı şəhərində görüş təklif olunub. Bildirilib ki, görüşdə Qarabağdakı erməni ictimaiyyətinin reinteqrasiyası Qarabağda həyata keçirilən infrastruktur layihələri müzakirə olunacaq. O da qeyd olunub ki, Azərbaycan növbəti görüşün martın 13- Bakıda keçirilməsini təklif edib, lakin bu təklif qəbul olunmayıb.

 

"The Times of İsrael":

Azərbaycan İsrail strateji əlaqələri müzakirə ediblər

İsrailin rəsmi "The times of İsrael" nəşri martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılması, eləcə iki ölkənin xarici işlər nazirlərinin görüşü barədə məqalə dərc edib. Yazıda bildirilib ki, rəsmi Azərbaycan İsrail müttəfiqliyi zəruridir. Çünki Azərbaycan İranla sərhəddə yerləşir, bu da eyni coğrafiyada yerləşən İsrail üçün Bakını cəlbedici strateji tərəfdaş edir.

İsrailin xarici işlər naziri Əli Kohen görüşdə bu məsələyə toxunub. Nazir bildirib ki, İran Yaxın Şərq Cənubi Qafqazda sabitliyi pozur. Bu baxımdan da İsrail Azərbaycan İranın təhdidləri ilə bağlı bənzər narahatlığı bölüşür.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə öz növbəsində bildirib ki, Bakı ilə İsrailin hərbi sahədən əlavə, iqtisadi müstəvidə geniş əməkdaşlıq perspektivləri var. C.Bayramovun sözlərinə görə, ölkəmiz İsrailin neft ehtiyacının 30 faizini təmin edir. Məqalədə vurğulanıb ki, Azərbaycanın İsrailin milli təhlükəsizliyinə verdiyi ən mühüm töhfə məhz neftdir.

 

"AL Jazeera":

Laçın-Xankəndi yolunda müvafiq keçid məntəqəsi yaradılmalıdır

İsrailin məşhur "AL Jazeera" xəbər saytı Qarabağda baş verən atışma ilə bağlı məlumat yayımlayıb. Yazıda mübahisəli anklavda atışma nəticəsində iki Azərbaycan, üç Ermənistan hərbçisi olmaqla 5 nəfərin həlak olduğu qeyd olunub. Hadisənin Azərbaycan qoşunları ilə separatçı ermənilər arasında baş verdiyi vurğulanıb. Məqalədə Azərbaycanın Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlaması da dərc olunub. Atışmaya əsas səbəb Azərbaycan hərbçilərinin qeyri-qanuni silah daşımaqda şübhəli bilinən karvanı dayandırmağa çalışması olduğu bildirilib. Həmin karvan icazəsiz yoldan istifadə edib.

Əlavə olaraq, məlumatda Azərbaycan Müdafiə Nazirliyinin "insident bir daha göstərir ki, Azərbaycan Laçın-Xankəndi yolunda müvafiq keçid məntəqəsi yaratmalıdır", - kimi açıqlaması da yer alıb.

 

"Scenari economici":

Avropada tələbatın artması fonunda Azərbaycan neft ixracını bərpa edir

İtaliyanın rəsmi "Scenari economici" saytı Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə xam neft ixracının fevralın 6-da Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələnin ardınca altı günlük fasilədən sonra bərpa edilməsi ilə bağlı məqalə dərc edib. Sözügedən yazıda qeyd edilir ki, Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan terminalında əməliyyatlar fevralın 12- bərpa edilib Azərbaycan xam neftini daşıyan ilk tanker ertəsi gün yola düşüb. Zəlzələdə BTC boru kəməri zədələnməyib, lakin Ceyhan terminalının idarəetmə otağının xəsarət alması xam neftin gözləyən tankerlərə yüklənməsinə mane olub neft təmiri gözləyən anbar çənlərinə vurulub.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan neftinin daha iki boru kəməri ilə Qara dənizə ixracı ərazidə işləyən tankerlərin təhlükəsizliyi ilə əlaqədar olaraq dayandırılıb BTC boru kəməri yeganə Bakı ixrac marşrutu olaraq qalıb. Ceyhandan neft ixracının yenidən başlaması xəbəri fevralın 15- Azərbaycan Dövlət Gömrük Komitəsinin Avropa İttifaqının Rusiya idxalını Azərbaycan xam nefti ilə əvəz edəcəyini göstərən məlumatı yayması ilə izlənilib. Dekabrın 5-dən -nin bir sıra sanksiyalarına məruz qalan Rusiyadan xam neftin əvəzlənməsi probleminin həllində Azərbaycan Avropaya kömək etməkdə maraqlı görünür.

Yanvarda Azərbaycan xam neftinin digər Avropa idxalçıları 146 min tonla Almaniya, Çexiya, İrlandiya, Rumıniya, Avstriya, Yunanıstan İspaniya olub, qalan 33 faizi müntəzəm olaraq Azərbaycandan neft idxal edən İsrail, Hindistan, Vyetnam Türkiyəyə gedib.

"Respublika".