Tariximizin qanlı səhifəsi
Digər xəbərlər

Tariximizin qanlı səhifəsi

1918-ci il 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan digər ərazilərdə Bakı Soveti daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci il 30 mart tarixində axşam saat 05:00-da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəlcədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər bu savaşa qoşuldular. Yaxşı silahlanmış hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3-4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə, qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapılmışdı. Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər hərbi əməliyyatlarla müşayiət olunmuşdur.

XIX əsrin birinci yarısında İrandan Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953- illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası sair faktlar soyqırımı tarixinin faciəli qanlı səhifələridir. Nəticədə, azərbaycanlıların öz torpaqlarından qovulması məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma "böyük Ermənistan" ideyasına həqiqət donu geyindirmək məqsədilə tarix saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bu qırğınlar zamanı Azərbaycan xalqı çox əziyyət çəkdi. Günahsız insanlar evlərini, ailələrini vətənlərini tərk etməli oldular. Erməni dəstələrinin hücumları Azərbaycan ərazisindəki tarixi mədəni irsi məhv etdi. Bu hadisələr Azərbaycan xalqının keçmişində dərin yara olmuşdur. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yaşananlar Azərbaycan xalqı üçün böyük faciə insanlığa qarşı cinayətdir. Bu hadisələrin tarixə daxil edilməsi yaddaşın qorunması bəşəriyyət üçün acı bir dərs olmalıdır.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Azərbaycanın müstəqilliyinə qarşı çıxan erməni dəstələrinə dəstək məqsədilə yaradılan Bakı Sovetinin daşnaksütyunun erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar heç vaxt unudulmamalıdır.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırmışdılar. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri yüzdən çox kəndi yandırmışdı. S.Şaumyan Bakıda ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13- Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Azərbaycan xalqı bu qəddar tarixi hadisələri heç vaxt unutmayacaqdır. Müasir dünyada sülhün sabitliyin qorunması istiqamətində çalışan Azərbaycan bu qəddar tarixi hadisələri xatırlayaraq öz gələcəyini daha sağlam təməllər üzərində qurur.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi, 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Müstəqillik illərindən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart - Soyqırımı faciəsinin araşdırılması həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Bu gün Azərbaycan xalqı ölkənin müstəqilliyini ərazi bütövlüyünü qorumaq əzmindədir. Erməni işğalının sona çatması ilə Azərbaycan xalqı öz dədə-baba yurduna köçür, tarixi mədəni irsini bərpa edir. Əsas qayəmiz bu hadisələrin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin dəstəyi ilə sülh sabitliyə nail olmaq üçün çalışmaqdır.

Nurlan ABDALOV,

"Respublika".