Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir.

 

Azərbaycan dövlət müstəqilliyinin çətin dövründə tab gətirə bildi. Heydər Əliyev o dövrün çox hissəsini ölkənin Prezidenti olmuş, nümayiş etdirdiyi liderliyi ilə Azərbaycanın suverenliyini təsdiq etmişdir. Həmin dövrdə Birləşmiş Ştatlar Azərbaycanla birgə möhkəm dayanmış Prezident Heydər Əliyevlə işləyərək, Azərbaycanın müstəqilliyini gücləndirməyə çalışmışdır.

Xalqınız həm Prezident Heydər Əliyevin sayəsində müstəqilliyini təmin etmiş, demokratik müasir dövlət quruculuğu yoluna sadiqlik göstərmiş Azərbaycanın gələcəyinə nikbinliklə baxa bilər.

Riç Ənn KOZLARİÇLƏR,

ABŞ-ın Azərbaycandakı sabiq səfiri onun xanımı.

 

Heydər Əlirza oğlu təkcə Azərbaycan xalqının deyil, həm bütün keçmiş Sovet İttifaqının lideri siyasi xadimi idi. Ölkəmizdə Heydər Əliyevi yaxşı tanıyırdılar o, cəmiyyətin bütün təbəqələrində çox böyük hörmət qazanmışdı.

X.ZARİPOV,

Tacikistan Respublikasının ABŞ-dakı sabiq səfiri.

 

O, böyük lider idi öz uzaqgörənliyi ilə Azərbaycan xalqına sülh firavanlıq bəxş etmişdir. Prezident Heydər Əliyevlə şəxsi dostluğumu yüksək qiymətləndirirəm onunla Bakıda, İstanbulda, Nyu-Yorkda, Hyustonda Vaşinqtondakı görüşlərimiz haqqında xoş xatirələri heç vaxt unutmayacağam.

Qreq LAFLİN,

Amerika Birləşmiş Ştatları Konqresinin keçmiş üzvü.

 

Prezident Heydər Əliyev böyük insan sədaqətli vətənpərvər idi. Azərbaycanda bugünkü sabitlik tərəqqi onun sayəsində bərqərar edilmişdir.

Arsalan PURHƏSƏN,

Fransa sahibkarı.

 

Bu insan həmişə parlaq, ilhamlı, əqidəli şəxsiyyət olmuşdur. O, Belarus xalqının səmimi dostu idi...

Heydər Əlirza oğlu müstəqil Azərbaycanın bünövrəsini qoymuş, demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmışdır. Onunla ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olanların hamısı ona bəslədikləri ən səmimi hissələri həmişə qəlblərində saxlayacaqlar.

Mixail XVOSTOV,

Belarusun ABŞ-dakı sabiq səfiri.

 

 

Zati-aliləri cənab Heydər Əliyev müasir müstəqil Azərbaycan Respublikasının yeni tarixində ölçüyəgəlməz iz buraxmışdır.

Draqan ÇOVİÇ,

Bosniya Herseqovina Rəyasət Heyətinin

sabiq sədri.

 

Heydər Əliyev beynəlxalq miqyaslı ən nüfuzlu liderlərdən biri idi, onun çox böyük potensialı güclü müstəqil Azərbaycanın təşəkkülündə öz tarixi rolunu oynamışdır.

Onun bütün həyatı xalqa, ölkəmizin müstəqilliyinə azadlığına həsr edilmişdi. Lideri olduğu Azərbaycan xalqının məhəbbəti sədaqəti onun üçün ən əziz layiqli mükafat idi.

Biz həmişə yadda saxlayacağıq ki, Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün dünya azərbaycanlılarının milli birliyi həmrəyliyi dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.

İnanırıq ki, onun milli ideya kimi formalaşdırdığı azərbaycanlıların mənəvi birliyi, milli ümumiliyi, Vətənə məhəbbəti hər bir soydaşımız üçün parlaq həyat yoludur.

Məmməd ƏLİYEV,

 Ümumrusiya Azərbaycan Konqresinin

prezidenti.

 

Prezident Heydər Əliyev görkəmli lider idi o, beynəlxalq aləmdə yaranmış bir neçə ən mürəkkəb çətin vəziyyətin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Riçard MATSKE,

"ŞevronTeksako" Korporasiyası Direktorlar

Şurası sədrinin sabiq birinci müavini.

 

Heydər Əliyev dəyərli böyük dövlət adamı, Azərbaycanın müstəqilliyinin memarı, beynəlxalq siyasətdə mühüm yer tutmuş, dünyada sülhə töhfə vermiş, bütün həyatı boyunca xalqların qardaşlığına çalışmış, dünyanın ən çətin strateji bölgəsində yerləşən, Xəzər dənizinin sərvətlərinə malik olan Azərbaycanı dünyada mühüm ölkələr arasına daxil etmişdir.

Xəlil BULUT,

Rumıniyanın "RoStar" şirkətinin

sabiq prezidenti.