Milli Məclisin növbəti plenar iclası
Siyasət

Milli Məclisin növbəti plenar iclası

Aprelin 4- Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə verilən məlumata görə, iclasda, əvvəlcə, cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Qənirə Paşayeva, Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Musa Qasımlı, Bəhruz Məhərrəmov, Əli Məsimli, Elşad Mirbəşir oğlu, Aydın Mirzəzadə, Sahib Alıyev, Razi Nurullayev, Hikmət Məmmədov çıxış edərək, martın 28- Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktına münasibət bildiriblər. Millət vəkilləri bu terror aktını kəskin şəkildə qınayaraq, bunu Milli Məclisin timsalında Azərbaycan dövlətinə qarşı yönəlmiş sui-qəsd kimi qiymətləndiriblər.

Çıxışlarda deputat Fazil Mustafaya qarşı törədilmiş terror aktının araşdırılmasının, onun sağlamlıq durumunun ölkə Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğu xüsusi vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarovanın deputatı xəstəxanada ziyarət etdiyi, onun müalicəsi ilə maraqlandığı qeyd edilib. Əminliklə bildirilib ki, hadisənin təşkilatçıları icraçıları layiqli cəzalarına çatacaqlar.

Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlı məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycana qarşı xaricdən qarayaxma kampaniyalarının həyata keçirildiyini söyləyib. O, cari il martın 16-da Fransa Respublikasının Senatında keçirilmiş konfransda ölkəmizə qarşı növbəti təxribatın törədildiyini parlamentin bu hadisəyə münasibət bildirməsinin vacibliyini qeyd edib.

Deputat Sevil Mikayılova 2023- il martın 16-da Fransa Respublikasının Senatında keçirilmiş üzdəniraq "konfrans" ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini diqqətə çatdırıb.

Sənəd səsə qoyularaq qəbul edilib. (Bəyanatın mətni qəzetin 5 aprel nömrəsində dərc edilib).

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis olunması ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə 2023- il Heydər Əliyev ili elan edilib. Ulu Öndərin xatirəsinə veriləcək ən dəyərli töhfələrdən biri onun adına yubiley medalının təsis edilməsidir. Komitə sədri "Heydər Əliyevin 100 illiyi" yubiley medalının Azərbaycan medalları sırasında xüsusi yer tutacağını, Əsasnaməyə əsasən bu medalın ordenlərdən sonra sıralamada ilk olaraq taxıldığını deyib. Qeyd edib ki, Əsasnamənin 1-ci maddəsinə görə, yubiley medalı ilə təltif ediləcək şəxslərin dairəsi digər medallarla müqayisədə genişdir.

Yubiley medalının təsviri barədə danışan Milli Məclis sədrinin birinci müavini medalda Heydər Əliyevin barelyefinin, müstəqilliyimizin atributlarının əks olunduğunu söyləyib. O, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalının təsis edilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın bir nümunəsi olduğunu vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Məsələ səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini bildirib ki, növbəti 4 məsələ ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub. Bu məsələlər - "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında" Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi, "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi, "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələridir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. O, bildirib ki, 2023- il fevralın 4- Bakı şəhərində imzalanmış Saziş beynəlxalq hava əlaqələrində uçuşların aviasiyanın təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün Azərbaycan Monteneqro arasında hava əlaqələrinin yaradılması yerinə yetirilməsi məqsədilə hazırlanıb. Sazişdə tariflər, vergilər, gömrük rüsumları digər ödəmələr müəyyən olunub.

Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə ölkə Prezidenti tərəfindən bir məktubla təqdim edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi (üçüncü oxunuş), "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi (üçüncü oxunuş), "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələri haqqında məlumat verib.

Bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini digər 3 məsələnin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu söyləyib.

Bu 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, gündəliyin son 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), "Dövlət qulluğu haqqında" "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.         

Mustafa KAMAL,

Respublika”.