SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Bu üç qida kifayətdir ki...

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri sayılan İbn Sina min illər əvvəl qələmə aldığı "Kiçik Tibb Qanunu" kitabında insan ömrünü uzada biləcək üç bitkinin adını açıqlayıb. Alim qocalmanı ləngitmək üçün müntəzəm olaraq  şam qozası, gicitkən paxla istehlak etməyi  tövsiyə edib.

İbn Sina xüsusilə iflic keçirmiş insanlar üçün K vitamini ilə zəngin olan, nadir qidalardan hesab edilən şam qozasından istifadə etməyi məsləhət görüb. O, tərkibi C vitamini ilə zəngin olan bu qidanın insult nəticəsində zədələnən hüceyrələrin bərpa olunmasına kömək etdiyini qeyd edib. Elm adamının kitabında qeyd etdiyi digər bitki  isə tərkibi A, C, K, vitamini, kalium, dəmir, maqniylə bol olan gicitkəndir. O, bu bitkidən hazırlanan çayın viruslar nəticəsində boğaz ağciyərlərin selikli qişasında yaranan quruluğun qarşısını aldığını, öskürəyə yaxşı təsir etdiyini bildirib. Həmçinin bitkinin maddələr mübadiləsini sürətləndirdiyiimmuniteti gücləndirdiyi, həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığı böyrək xəstəlikləri zamanı müsbət təsirə malik olduğunu söyləyib.

Yaş irəlilədikcə dəridəki hüceyrələrin deformasiyasının artması səbəbindən isə  İbn Sina daim gənc görünmək üçün uşaqlıqdan mütəmadi olaraq  paxla istehlak etməyi tövsiyə edib. O, kalsium, dəmirprotein, karbohidrat təbii dopamin mənbəyi olan bu bitkinin nəinki dəriyə, bilavasitə ürək-damar, böyrək xəstəlikləri, şəkərli diabet, qaraciyər çatışmazlığına müsbət təsir etdiyini vurğulayıb. İnformasiya posta.com.tr veb saytında yayımlanıb.

 

Yatanda xoruldayanlar oxusun...

Aparılan araşdırma nəticəsində məlum olub ki, xoruldayan insanların gecələr çıxardığı səslər onların beyinlərinə zərər verə bilər. Belə kiİngiltərənin London Kral Kollecinin alimləri yuxu apnesinin beyinə gedən qan axınının qarşısını alaraq oksigeni məhdudlaşdırdığını, bu səbəblə erkən idrak zəifləməsinə yol aça biləcəyini söyləyirlər.

Məlumat üçün qeyd edək kisadəcə apne kimi bilinən yuxu apnesi, yuxu müddətində tənəffüsün dayanması yuxu rejiminin pozulmasına səbəb olan ciddi bir xəstəlikdir. Bu xəstəlik yuxu zamanı tənəffüsün ən az 10 saniyə müddətində dayanmasına gətirib çıxarır. Xəstəliyin ən vacib əlamətlərindən biri isə yüksək səslə xoruldamaqdır. Bunun da öz növbəsində beyinə gedən  qan axınını dayandıraraq oksigen səviyyəsinə təsiretmə ehtimalı yüksəkdir.

Alimlərin fikrincə, beyinin fəaliyyətinə mənfi təsir edən hər hansı bir faktor yaddaşa, eləcə qərar, reaksiya vermə qavrayış kimi düşünmə bacarıqlarına təsir edə bilər. Təcrübəyə 35-70 yaş arası yüngül ağır yuxu apnesi diaqnozu qoyulmuş 27 nəfər cəlb edilib. Tədqiqatçılar eyni zamanda sağlamlıq təhsil statusu bənzər olan, lakin sözügedən xəstəlikdən  əziyyət çəkməyən 7 nəfərin sağlamlıq məlumatlarını nəzərdən keçiriblər.

"Frontiers in Sleep" jurnalında dərc edilən araşdırmada ağır yuxu apnesindən əziyyət çəkən insanların daha az ayıq olduqları hədəfə çatmaq üçün diqqəti cəmləməkdə çətinlik çəkdikləri daxil olmaqla, idarəçilik işlərində  zəif performans nümayiş etdirdikləri ortaya çıxıb.

 

Çörəyi soyuducuda saxlamaq düzgündürmü?

Süfrələrimizin vazkeçilməz neməti olan çörək  hər bir evdə ən çox istifadə olunan imtina edə bilmədiyimiz  qidalardandır. Müqəddəs hesab etdiyimiz bu neməti köhnəlməsin deyə bəzən soyuducuda saxlamaq məcburiyyətində qalırıq. Bəs görəsən onu soyuducuda saxlamaq dərəcədə düzgündür?

Əslində, ən çox istehlak edilən bu qidanın necə hansı şəraitdə saxlanması vacib məsələdir. Çörəyin təravətini itirməməsi eyni zamanda tərkib hissəsinin dəyişməməsi üçün saxlanma üsuluna diqqət yetirilməlidir.

Çörək soyuducuya daxil olduqdan sonra içindəki karbohidrat molekulları "retrogradasiya"ya uğrayır. Bu isə o deməkdir ki, qidanın tərkibindəki nişasta kristallaşır. Bəs "molekullar kristallaşarsa baş verir?". Gəlin, izah edək: Su molekulları yavaş-yavaş çörəyi tərk edir karbohidrat molekulları tək qalır. Bu isə çörəyin  tez bayatlanmasına dadının dəyişməsinə səbəb olur.

Bu səbəbdən çörəyi soyuducuda saxlamaq heç yaxşı alternativ deyil. Ona görə   bu qidanın köhnəlməsi bayatlaşmasının qarşısını almaq üçün görəcəyiniz ilk tədbir, çörəyi yeyə biləcəyiniz miqdarda almaq təzə şəkildə  istehlak etməkdir. Əgər bunu edə bilmirsinizsə, qidanı hava keçirməyən xüsusi saxlama qablarında təmiz, sərin bir mühitdə  saxlaya bilərsiniz. Hətta onu 2-3 gün müddətində mətbəxdə, otaq temperaturunda saxlamaq  soyuducudan daha yaxşı seçimdir.

 

Beynin asılılıqla əlaqəli hissəsi tapıldı

Amerikalı alimlər insanlarda spirt, narkotik maddələr   tütün məhsullarına  olan asılılığın beynin hansı hissəsi ilə əlaqəli olduğunu  müəyyən ediblər.

"Nature" jurnalında dərc edilən araşdırmaya görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən Cold Spring Harbor Laboratoriyasının alimləri  siçanların mükafatlandırma sistemini test edərək onların beyninin asılılıqla bağlı hissəsini araşdırıblar. Ən son görüntüləmə üsullarından istifadə edən elm adamları  gəmiricilərin  beyninin duyğularla əlaqəli amigdala adlanan badam formalı bölgəsində olan əsas neyronların səslərə cavab verdiyini təsbit ediblər. Lakin bu neyronlar bloklandığı zaman isə siçanların səslərə reaksiya  verə bilmədikləri müəyyənləşdirilib. Bundan əlavə, uzunmüddətli təcrübələr əsasında tədqiqatçılar  siçanların beyinlərindəki amigdalanın səslərə reaksiya verərək   neyronlar tərəfindən xəbərdar edildiyini aşkar ediblər.

Elm adamları gələcəkdə amigdala asılılıq arasındakı əlaqəni araşdırmağı planlaşdırırlar. Hazırda təcrübələr siçanlar üzərində aparılsa da, gələcəkdə bunun insanlar üzərində sınaqdan keçirilməsi nəzərdə tutulur.

                                       Hazırladı:

                              Elenora HƏSƏNOVA,

                                       "Respublika".