Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Jurnalistlər işindən ola bilər...

Bu yaxınlarda keçirilən müsabiqə "süni intellekt texnologiyası jurnalistlərin işinə yiyələnə bilərmi" sualını gündəmə gətirib. İtaliyanın məşhur qəzetlərindən biri dərc edilən məqalələrin insanlar, yoxsa süni intellekt tərəfindən yazılıb-yazılmadığını öyrənmək məqsədilə müsabiqə keçirib.

Günü-gündən inkişaf etməkdə olan süni intellekt texnologiyaları bir çox peşələrin aradan çıxmasına səbəb ola bilər. Belə ki, dünyanın ən böyük banklarından olan "Goldman Sachs"ın hesabatında süni intellektin inkişafı səbəbindən dünyada 300 milyon insanın işsiz qala biləcəyi qeyd edilib.

İtaliyanın "Al Foggio" qəzeti isə bu yaxınlarda keçirdiyi müsabiqədə oxucularına süni intellekt tərəfindən yaradılan hekayələr daxil olmaqla müxtəlif mövzularda məqalələr təqdim edib. İnsanların beyin məhsulu ilə süni intellekt tərəfindən yaradılan məqalələr arasındakı fərqin başa düşülən səviyyədə olub-olmadığını öyrənmək istəyən qəzet təsisçiləri oxucuların bunu ayırd etdikləri halda onlara pulsuz abunə xidməti göstərəcəklərini təklif ediblər.

Məlumat üçün qeyd edək ki, son zamanlar ən çox populyarlıq qazanan ChatGPT tez bir zamanda istənilən mövzu üzrə hekayələr yarada bilir. Hətta ChatGPT tərəfindən yazılmış kitablar "Amazon"un elektron kitab mağazasında da satışa çıxarılıb.

Keçən ay Reuters İnstitutu Oksford Universiteti tərəfindən mövzu ilə bağlı keçirilən konfransda isə bəzi ekspertlər 2026- ilə qədər internetdəki məlumatların təxminən 90 faizinin süni intellekt tərəfindən yaradılacağını söyləyiblər. Mütəxəssislər süni intellektin yaratdığı hekayələrin hər qədər duyğulardan uzaq olduğunu desələr , onların mətbuat sahəsində insanlardan 10 dəfə daha sürətli işlədiklərini qeyd ediblər. Süni intellektin bu qədər sürətli inkişafı fikir ayrılıqlarının yaranmasına da səbəb olub. Belə ki, bəzi ekspertlər süni intellektin vaxta qənaət baxımından üstünlüyə malik olduğunu, bəziləri isə bu texnologiyanın nəzarətsiz inkişaf etdirilməsinin insanların yanlış istiqamətlənməsinə səbəb ola biləcəyini bildiriblər. İnformasiyanı haber7.com veb saytı yayıb.

 

Futuristik təyyarə təqdim edilib

Romanın "Lazzarini Design Studio" şirkəti "Pierpaolo Lazzarini" adlı lüks təyyarəsini təqdim edib. Rolls-Royce reaktiv mühərrikə malik futuristik (latınca futura - gələcək) hava nəqliyyatı sərnişinlərin tıxaclardan yaxa qurtarması üçün nəzərdə tutulub.

Uzunluğu 6 metr olan təyyarə bir pilot üç sərnişin tutumuna malikdir. Təyyarənin gövdə hissəsinin hazırlanmasında karbon lifli süni materialdan istifadə olunub ki, bu da ona ultra yüngül görünüş qazandırır.

Həm ölçü, həm sürət baxımından səmərəli olan təyyarənin sürəti orta hesabla saatda təxminən 750 kilometrdir. Dörd reaktiv mühərriklə təchiz olunmuşdur ki, onların hər biri ayrı-ayrılıqda havaya qalxma enmə istiqamətlərini müstəqil şəkildə tənzimləyə bilir.

Məlumata görə, sözügedən nəqliyyat vasitəsinin ilk real prototipinin 2024- ilin sonuna kimi təqdim edilməsi planlaşdırılır.

İnformasiyanı sözcü.com.tr veb saytı yayımlayıb.

 

ABŞ-dan süni intellektlə bağlı xəbərdarlıq...

ABŞ-ın Kiber İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Jen Easterly kibertəhlükəsizlik süni intellekt kimi sahələrdə yaranan yeni texnologiyaların XXI əsrin ən təhlükəli silahına çevrilə biləcəyini bildirib. Bernama xəbər agentliyinin yaydığı informasiyaya görə, ABŞ-ın beynəlxalq məsələlər üzrə beyin mərkəzi olan "Atlantic Council"un təşkil etdiyi proqramda çıxış edən Easterly, gen mühəndisliyi kiber biotexnologiyaların potensial silaha çevrilmə təhlükəsi yaratdığını söyləyib.

"Düşünürəm ki, inkişaf etməkdə olan texnologiyalar bu əsrin ən böyük probleminə səbəb ola bilər. Ötən əsrin ən güclü silahı nüvə silahı idisə, bu əsrinki müasir texnologiyalardır. Onları təhlükəsiz effektiv şəkildə istifadə etmək üçün isə hazırda heç bir hüquqi ya tənzimləyici sistemlərimiz yoxdur. Bu isə yaxın zamanda həll etməli olduğumuz ən başlıca problemlərdən biridir", - deyə Agentliyin direktoru qeyd edib.

Çin, İran Rusiya kimi ölkələrin müasir silahlardan istifadə etməyə ABŞ-dan daha çox istəkli olduqlarını bildirən Easterly inkişaf etməkdə olan texnologiyaların XXI əsrin bəlası olacağını söyləyib. O, dünyada süni intellekt kimi texnologiyalarla əlaqəli müvafiq qanun qaydalar tətbiq olunmadığı təqdirdə bu cür texnologiyaların sürətli inkişafının terrorizm kibercinayətkarlığın çoxalmasına gətirib çıxaracağını vurğulayıb.

 

"Artemis II"nin kosmonavtları bəlli oldu

NASA "Artemis II" missiyası çərçivəsində Orion adlı kosmik gəmi ilə Aya göndəriləcək 4 nəfərdən ibarət astronavt heyətini təqdim edib.

Komandanın komandiri ABŞ Hərbi-Dəniz Qüvvələrinin pilotu Reid Wisemandır. O, 4- nəsil F-14 Tomcat F/A-18 Hornet qırıcılarını 5-ci nəsil F35C Lightning II təyyarəsini idarə edib. Komandanın ikinci üzvü isə pilot Victor Glover olacaq. O, ABŞ Hərbi-Dəniz Qüvvələrinin kapitanıdır. Qeyd edək ki, Victor həmçinin, 2020-ci ildə SpaceX tərəfindən reallaşdırılmış Crew-1 missiyasının heyətinə daxil olub. "Artemis II" missiyasının komandasına həmçinin, ABŞ-ın Antarktida proqramının elmi rəhbəri Christina Hammock Koch daxil olacaq. O, qadınlar arasında ən uzun müddət ərzində kosmosda qalmış qadın kimi tanınır. Belə ki, Christina Hammock Kochun rekordu 328 gün 13 saat 58 dəqiqə təşkil edir.

"Artemis II" missiyasının 4- üzvü isə Kanada Kral Hərbi Hava Qüvvələrinin polkovniki Jeremy Hansen olacaq. O, 4- nəsil CF-18 Hornet qırıcı təyyarəsinin pilotu olub. Lakin Jeremy Hansenin kosmik uçuş təcrübəsi yoxdur. "Artemis II" missiyası NASA-nın "Artemis" Ay proqramının ikinci missiyasıdır. Onun 2024- ilin sonunda reallaşdırılması planlaşdırılır. Sözügedən missiya çərçivəsində adları sadalanmış şəxslər Orion kosmik gəmisi daxilində Ay orbitinə yollanacaqlar. Missiyanın ümumilikdə, 10 gün ərzində davam edəcəyi gözlənilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".