MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Əl-Şəhid" məqbərəsi

"Şəhidlər abidəsi" kimi tanınan "Əl-Şəhid" məqbərəsi 1983- ildə İraqın paytaxtı Bağdadda inşa edilib. İran-İraq müharibəsi zamanı həlak olan iraqlı əsgərlərin xatirəsinə ucaldılan kompleksin müəllifləri memar Saman Kamal heykəltaraş İsmayıl Fəth əl-Türk olub. Firuzəyi rəngli keramik plitələrlə örtülmüş göz oxşayan abidə ilk baxışdan sadə görünsə , əslində bu layihə bir neçə mərhələdə ərsəyə gətirilib. İlk öncə, Sidney Opera Evinin tikintisini həyata keçirən "Ove Arup & Partners" şirkəti tərəfindən günbəzin polad çərçivəsi yığılıb, daha sonra isə onun içərisi beton karbon lifi ilə doldurulub. Layihə İraq hökumətinə təxminən 250 milyon dollara başa gəlib.

Əzəmətli abidə süni gölün mərkəzində diametri 190 metr olan dairəvi platformanın üzərində yerləşir. "Əl-Şəhid" abidəsinin ümumi hündürlüyü 40 metrə çatır. İki hissədən ibarət günbəzin bir hissəsində əbədi alov, digər hissəsində isə hovuza axan şəlalə dizayn edilib. Platformanın yeraltı hissəsində muzey, kitabxana, yeməkxana, mühazirə zalı sərgi qalereyası fəaliyyət göstərir. Abidənin fasadını isə süni gölün əhatəsində salınan park uşaq meydançası bəzəyir.

Şəhidlərin xatirəsinə ucaldılan bu abidəni hər il minlərlə insan ziyarət edir.

 

"İlinden" Memorial Kompleksi

eyri-adi forması memarlıq dizaynı ilə görənləri heyrətə gətirən "İlinden" Memorial Kompleksi Makedoniyanın Kruşevo şəhərində yerləşir. Abidə kompleksinin müəllifləri Djordan Qrabuloski İskra Qrabuloskayadır. İkinci Dünya müharibəsinin iştirakçılarına, eləcə İlinden üsyanının inqilabçıları döyüşçülərinə həsr edilən memorialın açılışı 2 avqust 1974- ilə təsadüf edir.

Makedoniya xalqının azadlıq müstəqillik uğrunda mübarizəsini simvolizə edən bu unikal abidənin ümumi sahəsi 16 hektara yaxındır. Dairəvi günbəz formasına malik kompleksin oval pəncərələrinin vitrajları rəngli şüşədən hazırlanıb. Rəngli mozaika panelləri ilə bəzədilən amfiteatrın yuxarı hissəsini məşhur rəssam Borko Lazevski, keramikaları isə Yare Petar Mazev işləyib. Kompleksdə azadlıq qələbənin rəmzi olan "Zənciri qır" adlı meydanda heykəllər silsiləsi yerləşir. Həmçinin burada  İlinden üsyanında iştirak edənlərin adlarının həkk olunduğu daş lövhə   mövcuddur

Günbəzin içərisində bolqar-makedoniyalı inqilabçı, İlinden üsyanının iştirakçısı Nikola Karevin məzarı faciəvi şəkildə dünyasını dəyişən müğənni Toşe Proeskanın büstü ucaldılıb.

 

"Capital Hill Residence"

usiyanın Barvixa əyalətinin Rublevski şosesi yaxınlığında inşa olunan "Capital Hill Residence" dünyaca məşhur memar Zaha Hadid tərəfindən layihələndirilib. 140 milyon dollara başa gələn kosmonavtika gününə həsr edilən neo-futuristik evi  Vladislav Doronin adlı milyarder sifariş edib.

V.Doronin yalnız Zaha Hadid kimi memarın onun arzularını həyata keçirəcəyinə inandığı üçün xəyalındakı evi məhz ona həvalə edir.  "Mən qonşu görmək istəmirəm, yalnız mavi səmanı ağacları görmək istəyirəm. Özümü azad hiss etmək istəyirəm", - deyən milyarder memardan mümkün qədər tez bir zamanda bu layihənin gerçəkləşdirməsini istəyir. Lakin Z.Hadid 2016- ildə vəfat etdiyi üçün layihəni "Zaha Hadid Architects" bürosunun rəhbəri Patrik Şumaxer davam etdirir. Dünyada analoqu olmayan belə bir layihənin ərsəyə gəlməsi isə 12 il çəkir.

Kosmik gəmi şəklində dizayn edilən evin ümumi sahəsi 3 min kvadratmetrdən çoxdur. Dördmərtəbəli tikilinin ən hündür hissəsi 36 metrdir. Şam meşəsi ilə əhatə olunan  malikanənin yuxarı mərtəbələrində yataq, aşağıda isə qonaq uşaq otaqları, kitabxana mətbəx yerləşir. Burada, həmçinin hovuz, rus hamamı idman zalı da mövcuddur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".