Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur.

* * *

Mən Azərbaycanda bütün məsələlərin demokratiya yolu ilə həll olunmasının tərəfdarıyam.

 

Mənə müxtəlif vaxtlarda nümayəndə heyətləri tərkibində 5 dəfə Prezident Heydər Əliyev tərəfindən qəbul edilmək şərəfi nəsib olmuşdur. Bu böyük insanın qəbulunda olduğum anlar həyatımın çox müstəsna xatirələri kimi böyük dəyərini daim qoruyacaqdır.

Müstəqil demokratik Azərbaycan Respublikası Onun açdığı yolda, Onun yandırdığı məşəlin işığında sonsuza qədər yaşayacaqdır.

Sacit KATLANDUR,

"Bayraqdar Holdinq"in İdarə Heyətinin

sabiq üzvü.

 

Məhz Heydər Əliyevin səyi nəticəsində bizim təşkilat Azərbaycanda işləməyə başlayıb həmişə öz işimizlə Azərbaycana xidmət etməyə çalışmışıq.

Alf Henri RASMUSSEN,

"Norveç Humanitar Müəssisəsi"

beynəlxalq təşkilatının Azərbaycandakı

nümayəndəliyinin sabiq rəhbəri.

 

Beynəlxalq miqyasda təsdiq edilmişdir ki, Heydər Əliyev müasir Azərbaycanın baş memarıdır. O, yeni minillikdə Azərbaycan üçün iki əsas amilin, yəni sülhün firavanlığın təmin edilməsinin əhəmiyyətini bilirdi.

Mark Mallok BRAUN,

Birləşmiş Millətlər Təşkilatının İnkişaf

Proqramının sabiq inzibatçısı.

 

Görkəmli siyasi xadim Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı, Qazaxıstan Azərbaycan xalqları arasında çoxəsrlik dostluğun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Erik JUSUBOV,

Qazaxıstan Respublikasının Rumıniyadakı sabiq müvəqqəti işlər vəkili.

 

Azərbaycan xalqına sədaqətli olan Heydər Əliyev bütün həyatını Vətənimizin tərəqqisinə həsr etmişdir.

Nizami PİRİYEV,

"StroyTransQaz-Oyl Proqress"

neft-qaz şirkətinin sabiq baş direktoru.

 

Qardaş dost Azərbaycanın yetirdiyi böyük dövlət adamı Heydər Əliyev ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsinə dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə vermişdir.

Mustafa BAŞ,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Parlament Assambleyasında

Türkiyə qrupunun sabiq sədri.

 

Bu mehriban gözəl insanı - Heydər Əliyevi, Bakı şəhəri üçün Kür su kəməri çəkdirməklə xalqa göstərdiyi qayğını bütün ömrüm boyu xatırlayacağam.

Valeri PETROSOV,

"Xarkovkommunprovod"

İstehsalat Birliyinin sabiq baş direktoru.

 

Heydər Əliyev uzun hadisələrlə dolu siyasi həyatında sülh milli barışıq adamı kimi, beynəlxalq hüququn ədalətli prinsipləri əsasında böyük Qara Dəniz regionunda bütün dünyada konstruktiv əməkdaşlığın qətiyyətli himayəçisi kimi şəksiz nüfuz qazanmışdır.

Yannis PAPANİKOLAU,

Qara Dəniz Araşdırmaları üzrə

Beynəlxalq Mərkəzin sabiq baş direktoru.

 

Heydər Əliyev müdrikliyinə görə elə nadir siyasi xadim idi ki, bütün ömrü boyu xalqın mənafelərini əsas tuturdu, onun tərəqqisinə, firavanlığına, əmin-amanlığına çalışırdı, bir vaxtlar xalqlarımız üçün ümumi olmuş evin möhkəmlənməsi qorunub saxlanması üçün hamıdan daha çox qüvvə sərf edirdi.

Aleksandr MELNİK,

Apostol Anrdey Pervozvannı Fondunun

sabiq prezidenti.

 

Azərbaycan tarixinin bütöv bir dövrü, dövlətçiliyimizin qorunması möhkəmləndirilməsi böyük tarixi şəxsiyyət, dövlət xadimi böyük vətənpərvər olan Heydər Əliyevin adı ilə bağlıdır. O öz şərəfli ömrünü Azərbaycanın tərəqqisinə, xalqının rifahına həsr etmişdir.

Elvin ABBASBƏYLİ,

Fransadakı Azərbaycanlı

Tələbələr Assosiasiyasının sabiq sədri.