Ağacəkmə aksiyası
Ekologiya

Ağacəkmə aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.   Ümumilikdə, bu vaxta qədər 480 hektara qədər ərazi yaşıllaşdırılıb, 3 min  ağac əkilib.

Qeyd edək ki, Müşfiqabadda bu ərazi müasir suvarma sistemi ilə təchiz olunub. Ərazidə formalaşan tullantı sularının təmizlənməsi prosesi həyata keçirilir və ağacların suvarılmasında istifadə olunur.

 Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri bu aksiyada böyük həvəslə iştirak ediblər.

Əli SADIQOV,

"Respublika".