GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

HÜSEYN SİYAMİ

1964- ildə Tikmədaşda dövrün ziyalı şairi Məsum Siyaminin ailəsində dünyaya göz açıb.

H.Siyami ilk dəfə 1982-1983- illərdə Bakı radiosunda Rövşən Vəliyevin hazırladığı "Sözlü-nəğməli sətirlər" verilişində səsləndirdiyi şeir yazılarla tanınmağa başlayıb.

Hüseyn ilk öncə, həmyerlisi Xəstə Qasımın sinələrdə, yaddaşlarda yaşayan getdikcə itib-batan, unudulan ədəbi mirasını toplayıb onun həyatını araşdırıb. Ustad aşığın məzarı üstündə abidə tikdirməyi heykəlini ucaltmağı özünə borc bilib, ağır zəhmətlərə qatlaşıb, nəhayət, 1994- ildə Xəstə Qasım haqqında dəyərli məlumatlarla bərabər, əsərlərini böyükhəcmli kitabda çap etdirib. Bu günədək dəfələrlə nəşr olunan kitabla Xəstə Qasımın çağımıza gəlib çatan əsərlərini itib-batmaqdan qoruyub.

H.Siyami 14 ildən artıq bir müddətdə Tikmədaş şəhər şurasının üzvü başçısı, 4 il isə Doğu Azərbaycan Ostan şurasının birinci katibi olub. Bu dövrdə Xəstə Qasımın məzarı üstündə məqbərəsinin tikilməsində heykəlinin ucaldılmasında böyük əmək sərf edib.

Şair memar 2012-ci ildən Kərəc şəhərinə köçüb inşaat işləri ilə məşğul olur. 2015-ci ildə Əlborz ostanının ən yaxşı memarı, 2017-ci ildə isə İranın ən yaxşı inşaat işçisi seçilib...

H.Siyami Kərəc şəhərinə köçdükdən sonra da ədəbi tarixi tədqiqatlarını davam etdirir, eyni zamanda şeirlər yazır. O, Əlborz ostanında 400 nəfərdən çox Azərbaycan türkünü bir yerə toplayıb ədəbi dərnək yaratmağa nail olub rəsmi qeydiyyatdan keçirib.

Hazırda dərnəyin yaradıcı heyətinin üzvü kimi ədəbi fəaliyyətini davam etdirir.

Hüseyn Siyaminin şeirlərindən ibarət "Quru gölün dalğası" adlı kitabı Təbrizdə, "Neda-ye Şəms" nəşriyyatında çap olunub.

 

ŞUŞA

Yolum bağlı qaldı, gələ bilmədim

Qələbən hər zaman, bol olsun, Şuşa

Hayına hay verir Savalan, Səhənd,

Ürəkdən ürəyə yol olsun, Şuşa!

Mədəni yaşamdır, səndəki bilim

Yetişmir əlinə hələlik, əlim

Gətirir ilhama xarıbülbülüm

Dağların, bağların gül olsun, Şuşa!

Qurulsun həmişə, şadlıq yığnağın

Qaynasın irmağın, axsın bulağın

Candan da əzizdir daşın, torpağın

İstər çəmən olsun, çöl olsun, Şuşa!

Tikmədaşdan gəlir Şuşanın səsi,

Bürüyüb hər yeri zəfər nəğməsi,

İlahi cənnətdir dilbər çevrəsi,

Xoş günün milyonlar il olsun, Şuşa!

Saqi! Dur ayağa, dolandır camı,

Dahilərdən alım bu gün ilhamı,

Bir ömür diləyib "Hüseyn Siyami",

Eşqinlə odlanıb, kül olsun, Şuşa!

 

MƏHƏMMƏD QAFFARİ ŞEYVƏR

1966- il iyunun 24- Əhərin iki cüt qalalı, əzəmətli Şeyvər dağının ətəyində yerləşən Zandabad kəndində dünyaya göz açıb... İlk orta təhsilini Əhər şəhərində alıb. Məhəmməd Qaffari Şeyvər dağından ilham alaraq iyirmi yaşından etibarən şeir yazır.

Məhəmməd Qaffari şeirlərini "Şeyvər" təxəllüsü ilə yazır hazırda Əhərdə yaşayır.

 

Türkün toprağıdır Azərbaycan

Ərənlər yaşadan o cənnət məkan,

Qarabağ dil açıb bizə dillənir.

Quş qanad çalanmaz aslan yurdudu,

Türk bayrağı ucalarda lillənir...

 

Verməz səni yad əllərə nər ordu,

Bir ovuc torpağın atmaz ər ordu,

Azərbaycan ordusudu sər ordu,

Güllələri düşmən üstə güllənir...

 

Türkün toprağıdır ona şirin can,

Şeyvər sənə qurban, ay Azərbaycan!

Düşmənlərə qarşı qurulub meydan,

Türk uçağı yerdən göyə millənir...