DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREMLƏ DRONLA KİM ZƏRBƏ ENDİRİB?

Müharibə zamanı  Ukrayna dövlətinin vəzifəsi Moskvaya zərbə endirmək deyil, işğal olunmuş əraziləri azad etməkdən ibarətdir. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov bəyan edib.

Kremlə gecə hücumu barədə məlumatımız yoxdur, lakin prezident Volodimir Zelenskinin dəfələrlə bəyan etdiyi kimi: Ukrayna bütün mövcud qüvvə vasitələrini başqalarına hücuma deyil, öz ərazilərinin azad edilməsinə yönəldir”, - mətbuat katibi vurğulayıb.

Eyni zamanda, Ukrayna prezidentinin sözçüsü qeyd edib ki, Rusiyanın Dnepr Umanda çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq, Moskvada baş verən hadisə terror aktı sayıla bilməz.

Kremldən verilən məlumata görə, sözügedən hadisə 9 May - Qələbə Günü ərəfəsində terror aktı Rusiya prezidentinə sui-qəsd cəhdidir: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.

Qeyd edək ki, mayın 3-ü gecə saatlarında iki pilotsuz təyyarə Kremli hədəfə alıb. Hərbçilər xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində PUA-lar zərərsizləşdirilib.

 

BƏŞƏR ƏSƏDİN İRANA SURİYADAN ƏRAZİ VERDİYİ İDDİA EDİLİR

Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində heç bir irəliləyiş əldə olunmadan, diqqətçəkən bir gəlişmə baş verib. Bəşər Əsəd rejimi tərəfindən İrana Suriyada torpaq əraziləri verilməyə başlandığı üzə çıxıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə TürkiyəninYeni Akitqəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Bəşər Əsəd rejiminin Tehranla əlaqələri onun İrana güzəştə getməsinə səbəb olur: “YerliLevant 24” saytının məlumatına görə, İran prezidenti İbrahim Rəisinin Suriyaya səfərindən əvvəl Əsəd rejimi ölkədəki bəzi torpaqların mülkiyyətini Tehran rəhbərliyinə verib”.

Məlumata əsasən, Bəşər Əsəd rejimi sözügedən torpaqları Tehrana borclarını silmək məqsədilə bağışlayır. Suriya rejimi hücumlar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarının torpaqlarını evlərini İranın almasına da icazə vermişdi.

Bununla yanaşı, nəşr qeyd edir ki, İran şiə yaraqlılarını ailələrini Suriya rejimindən aldığı torpaqlarda yerləşdirir dini-siyasi təsirini yaymaq üçün onlardan istifadə edir.

 

NATO ÖLKƏLƏRİ RUSİYA İLƏ SƏRHƏDDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

PolşadaAnakonda-23” hərbi təlimləri başlayıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya ilə sərhəddə keçirilən hazırlıqlar mayın 26-dək davam edəcək. Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi iştirak edir.

Eyni zamanda qeyd edilir ki, NATO ölkələrindən olan yüzlərlə hərbçi bu təlimlərə qatılıb.

Məlumata əsasən, təlimlərdə Polşa ilə yanaşı ABŞ, Rumıniya, Sloveniya, İsveç, Fransa, Litva, Latviya, Estoniya Türkiyə iştirak edir.

 

TRAMP RESPUBLİKAÇILARLA İLK DEBATLARDA İŞTİRAK ETMƏK NİYYƏTİNDƏ DEYİL

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti prezident seçkilərində iştirak uğrunda mübarizədə respublikaçıların digər namizədləri ilə ilk bir neçə debatı buraxa bilər. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədəThe New York Timesqəzeti məlumat yayıb.

Bildirilir ki, respublikaçıların prezidentliyə əsas namizədi kimi görünən D.Tramp yüksək reytinqini partiyadakı rəqibləri ilə bölüşməyəcək. O hesab edir ki, onun digər namizədlərdən üstünlüyü həddən artıq böyükdür debatda iştirak onun rəqiblərinin seçki kampaniyalarına ancaqnəfəs verə bilər”.

Rəy sorğularına əsasən, D.Tramp əsas rəqibi olan Florida ştatının qubernatoru Ron Desantisi 30 bənd qabaqlayır. Trampın digər respublikaçı namizədlərdən üstünlüyü arasındakı fərq isə daha böyükdür.

Respublikaçıların debatları bu ilin avqust ayında keçiriləcək. Qeyd edilir ki, o vaxta qədər vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər. R.Desantis namizədliyini rəsmən elan etdikdən sonra Donald Tramp çox güman ki, debatda iştirak etmək istəyəcək.

 

TÜRKİYƏNİN İŞİD LİDERİNİ ZƏRƏRSİZLƏŞDİRMƏSİ DÜNYA GÜNDƏMİNDƏ

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qüreyşini zərərsizləşdirdiyi əməliyyat dünyanın gündəmindədir. “Teleqraf.comun verdiyi xəbərə görə, məsələyə münasibət bildirən Pentaqonun sözçüsü Patrik Rayder Türkiyənin İŞİD- mübarizəsini təqdir etdiklərini diqqətə çatdırıb.

Hazırda bu xəbəri təsdiq edə bilmərik. Lakin doğrudursa, alqışlanmalıdır. Ümumiyyətlə, Türkiyənin İŞİD-ə qarşı etdiklərini yüksək qiymətləndiririk. Türkiyə qüvvələri vaxtilə Suriyanın şimalında sərhəd bölgələrində İŞİD-ə qarşı döyüşüb. Beynəlxalq ictimaiyyətin İŞİD-i daimi olaraq məğlub etmək üçün edə biləcəyi hər şey çox faydalıdır”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan aprelin 30-da İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qüreyşinin məhv edildiyini açıqlayıb. İŞİD lideri MİT tərəfindən Suriyanın şimalında zərərsizləşdirilib. 2013- ildə terror təşkilatına qoşulan əl-Qüreyşi qısa müddətdə İŞİD daxilindəyüksək vəzifələr tutub. Əbu Hüseyn əl-Qüreyşi 2022-ci ildə İŞİD-in əvvəlki lideri Əbu Həsən əl-Qüreyşinin öldürülməsindən sonrayeni xəlifəelan edilmişdi.

 

YUNANISTANDA NEONASİST PARTİYANIN SEÇKİLƏRDƏ İŞTİRAKI QADAĞAN EDİLİB

Yunanıstanın Ali Məhkəməsi mayın 21- keçiriləcək parlament seçkilərində neonasistQızıl şəfəqqruplaşması ilə əlaqəli Milli Partiyanın iştirakını qadağan edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Yunanıstanın dövlət teleradio şirkətiERTməlumat yayıb.

Bildirilir ki, aşırı sağçı Milli PartiyanıQızıl şəfəqqruplaşmasından olan keçmiş deputat, məhkum edilmiş İlias Kasidiaris qurub.

Məlumata əsasən, Yunanıstan məhkəməsinin hökmü ağır cinayətlərdə, xüsusilə mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirli bilinənlərin seçkilərdə iştirakını qadağan edən son qanuna əsaslanır.

Qeyd edək ki, ötən həftə Yunanıstanın Ali Məhkəməsi daha iki aşırı sağçı partiyanın - Vətənpərvərlər Birliyi Patridapartiyasının da seçkilərdə iştirakını qadağan edib.

 

PENTAQON PİLOTSUZ TANKLAR HAZIRLAMAĞI NƏZƏRDƏN KEÇİRİR

ABŞ pilotsuz qayıqlar uçuş aparatları üzərində təcrübələr aparır gələcəkdə pilotsuz tanklar hazırlamağa ümid edir. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark MilliForeign Affairsjurnalına müsahibəsində bəyan edib.

General qeyd edib ki, Pentaqonpilotsuz olacaqmüasir qırıcı bombardmançı təyyarələr üzərində təcrübə aparır.

Gələcəkdə siz böyük bir hissəsi pilotsuz olacaq yük maşınları, tanklar yerüstü nəqliyyat vasitələri görəcəksiniz. Robot texnologiyaları silahlı qüvvələrdə düşündüyünüzdən daha sürətli istifadə olunmağa başlayır”, - deyə Mark Milli vurğulayıb.

Eyni zamanda, general gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından kvant kompüterlərindən istifadə etməyə başlayacağını da istisna etməyib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.