GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

BƏHMƏN ƏLƏMDARLI  ƏLƏM

Ələm (Qaşqay şairi xəttat) ləqəbli Bəhmən Moradi Ələmdarlı 1977-ci il iyunun 10-da Ələmdarlı qəbiləsində anadan olub. İbtidai orta təhsilini Bəhmən Səqəddə başa vurub. Sonra İsfahan Tibb Elmləri Universitetində tibb qardaşı ixtisasına  yiyələnib. Şahrekord Universitetində fars dili ədəbiyyatı üzrə magistr təhsili alıb.

Bəhmən Ələm ilk şeirini 1994-1995-ci tədris ilində orta məktəbin üçüncü sinfində oxuyarkən sinif yoldaşının qəfil ölümü ilə bağlı qələmə alıb. Hazırda təcili tibbi yardım eksperti vəzifəsində çalışır.

Bəhmənin "Kəsmə nar ağacıyamşeirlər kitabı  oxucu sevgisi qazanıb

 

QARABAĞ

Biz bu dağa dağlıyax,

Bu torpağa bağlıyax,

Qabil bilsə Qarabağ

Biz Qara bağlıyax.

 

Yanma qardaş, sönər dağın,

Əngəbin olacak ağın,

Açıl gültək, dön kədərdən,

Azad olur Qarabağın...

 

Dağam, şaxta buran mənim,

Türk oğluyam, İran mənim.

Tükən burda Turan oğlu

Mən Turanın, Turan mənim

 

KƏRƏM MAMAĞANLI

 

Çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış yaradıcılarından olan Kərim Mamağanlı Mamağanda doğulub. Böyüyüb boya-başa çatdığı Mamağan bölgəsinin adını təxəllüs olaraq qəbul edib bütün şeirlərini bu təxəllüslə yazır

 

Ağladım

İnqə-inqə diyər gəldim cəhana,

Didərgin halıma özüm ağladım.

Duydum cəhan batıb cəhlə çaxana,

Bu cəhli görərkən gözüm, ağladım

 

Alovlandı beşik, palaz, çullarım,

Şor sulardan düşdü qorxunc yollarım,

Qatqalın dalğalar, incə qollarım,

Bacarmadım necə üzüm ağladım

 

Dəli dənizlərə daldığım zəman,

İnsafsız dalğalar vermədi əman,

Onlar acımasız, mən natəvan,

Anlaşılmaz oldu sözüm ağladım

 

Oxucum ağlamaq yaraşmaz bizə,

Göz yaşından dərman olmaz dərdimizə,

Qəm qatmaq istəməm qəmlərimizə,

Qəm üstə kökləndi sazım ağladım

 

Qəm kədər artıqdı, Kərim az dedi,

Vijdanım qonudan keçmə vaz, dedi,

Ürəyim dayanma, durma, yaz dedi,

Aciz qaldım, necə yazım, ağladım