Maarifləndirici tədbir
Ekologiya

Maarifləndirici tədbir

Altıağac Milli Parkında və Eldar Şamı Dövlət Təbiət Qoruğunda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirlikləri tərəfindən yaradılmış könüllü yanğın dəstələri ilə maarifləndirici tədbir və praktiki təlim keçirilib. Bu haqda nazirliyin məlumatında bildirilir.

Təlimdə Altıağac Milli Parkının, Eldar Şamı Dövlət Təbiət Qoruğunun, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, 4 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və könüllülər iştirak edib, yanğına səbəb ola biləcək amillər və yanğın baş verəcəyi təqdirdə qarşısının operativ şəkildə alınması məsələləri müzakirə olunub.

Eyni zamanda, şərti yanğının söndürülməsi və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

“Respublika”.