Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Ronald Reyqan

Ronald Reyqan... D.Eyzenhauerdən sonra iki dəfə tam müddətə hakimiyyətdə olmuş bu ABŞ prezidenti Evin "20 illik lənət"inin öhdəsindən gəlməsi ilə yaddaşlarda qalıb. Bu lənətə görə sonu sıfırla bitən ildə prezident seçilən şəxs prezidentlik müddəti başa çatmadan həlak olmalı idi. Aktyorluqdan dövlət başçısına qədər ucalan Reyqan  Evdə keçirdiyi  illər ərzində davamlı olaraq özünü bir akvarium balığı kimi hiss etdiyini söyləyirdi...

İllinoys ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya gələn Reyqanın atası ayaqqabı ticarəti ilə məşğul olub. Atanın qazancı ailəni dolandırmağa çatmadığında Ronald ilk yeniyetməlik çağlarından işləməyə məcbur olub. Hələ orta məktəbdə oxuduğu illərdə (14 yaşında ikən) tikintidə işləyib. Növbəti 6 il ərzində isə kurort zonasındakı çimərlikdə xilasetmə stansiyasında çalışıb. Sonralar yaxşı idmançı olması ona yarımtəqaüd almaq şərtilə Yurik kollecində təhsilini davam etdirməyə imkan yaradır. Bu ərəfədə özünü dolandırmaq məqsədilə qabyuyan, üzgüçülük müəllimi, qadınlar yataqxanasında aşpaz kimi çalışır. Çətin şəraiti onun təhsilə ciddi yanaşmasına mane olur.

Bir müddət radiostansiyada futbol şərhçisi olan Reyqan çox keçmir kikino şirkəti tərəfindən sınaq çəkilişlərinə dəvət alır. Uğurlu keçən sınaqdan sonra şirkət onunla müqavilə imzalayır. İlk əvvəl ikinci dərəcəli filmlərə çəkilir. Getdikcə kino aləmində tanınan Reyqan 29 yaşında ikən kinoaktirisa Ceyn Uaymenlə ailə qurur. Lakin nikah uğursuz olmuş onlar səkkiz il birgə yaşadıqdan sonra ayrılmışlar. Gələcək prezident  ikinci dəfə Nensi Devislə evlənmişdir.

Reyqanın siyasətə gəlişinin kökündə isə tez-tez televiziya verilişlərində etdiyi təbliğat-təşviqat xarakterli çıxışları durur. Çox keçmir ki, respublikaçılar partiyasının üzvü olur. Daha sonralar isə  Kaliforniya qubernatoru kimi fəaliyyət göstərən Reyqanın prezidentliyə namizədliyi irəli sürülür. Seçkilərdə bütün mərhələləri uğurla keçən siyasətçi prezident seçilir.

Karterdən sonra hakimiyyətə gələn Reyqanın taleyinə 4 sovet lideri (Brejnev, Andropov, Çernenko, Qorbaçov) ilə "işləmək" yazılıb. Reyqan bu xəstə liderlərin içində yalnız nisbətən  gənc Mixail Qorbaçovla münasibət qura bilib. O birilər dövlətdən çox öz canlarının hayında olublarMaraqlıdır ki, bu iki liderin bəşəriyyət qarşısında xidmətləri (nüvə müharibəsinin qarşısını almaq sahəsində) eyni olsa da, öz ölkəsində Reyqanı ən yaxşı prezidentlərdən biri sayırlar, Qorbaçovu isə öz ölkəsində "xain" kimi lənətləyirlər. Bəlkə bu ondan irəli gəlirdi ki, Reyqan-Qorbaçov "dostluğu" nəticəsində ABŞ güclənmiş, SSRİ dağılmışdı.

Prezident senzuradan kənar zarafatları ilə yadda qalıb. Belə ki, onun zarafatı SSRİ-nin silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib. Bir dəfə Reyqan radio vasitəsilə növbəti ənənəvi müraciəti üçün mikrafon qarşısına keçəndə zənn edib ki, qurğular hələ işə salınmayıb. O, zaraftayana məşq edirmiş kimi müraciətini belə başlayıb: "Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın bombalanmasına başlanılacaq". Bu "müraciət" operatorların səhlənkarlığı ucbatından birbaşa efirdə yayımlanıb. Reyqanın bu zarafatı saniyələr ərzində SSRİ- silahlı qüvvələri döyüş hazırlığına gətirib.

Ömrünün son on ilini  Alzheymer xəstəliyindən əziyyət çəkən prezident, bütövlüklə yaddaşını itirmişdir. 93 il ömür sürən Reyqan ağciyər iltihabı səbəbindən vəfat etmişdir.

 

Sidoni-Qabriel Kolett

Fransanın ən cəsur qadınlarının siyahısı tərtib edilsəydi yəqin ki, ilk pillələrdən birini mütləq Sidoni-Qabriel Kolett tutardı. Açıq-saçıqlığı qalmaqallı həyatı ilə diqqəti cəlb edən bu yazıçı, ənənəvi davranış modellərinə meydan oxuyan, əxlaq normalarına zidd olan obrazlar yaratmaqdan çəkinməyib, proqressiv qadın kimi adını tarixə yazıb...

Kasıb bir ailədə dünyaya göz açan  Kolett 15 yaşında olanda Uilli adlı məşhur bir fırıldaqçı ilə evlənir. Uilli ilə birgə Parisə köçən yazıçı ilk ən məşhur romanı "Klodin"i ərinin adı ilə yayımlayır. Deyilənə görə, əri Koletti zorla bir otağa salaraq onu nəsə yazmağa məcbur edirmiş. Əsərləri ilə uğura nail olan Kolett çox keçmir ərinin həyat tərzindən yorulur boşanır. Boşanandan sonra yazıçının həyatında yeni bir səhifə açılır. Müğənni kimi fəaliyyətə başlayan Kolett altı il bu sənəti davam etdirir. Günlərin birində məşhur kabaredə - "Mulen Ruj"da oynadığı bir rəqsdə açıq-saçıq geyinərək qalmaqal yaradır. O gündən sonra "qalmaqalların qadını" kimi anılan Kolett əsərlərində əxlaqsız  qadınların  həyatını gündəmə gətirir.  

Deyilənə görə, feministlərin az qala idealına çevrilən yazıçının həmcins "sevgililəri" olub. Onların arasında III Napoleonun qardaşı qızı rəssam, yazıçıMissi adı ilə tanınan Matilda de Morni, aktrisa, rəqqasə Emili Mari Buşo, amerikalı dramaturq yazıçı Natali Klifford Barni vardı. Hətta Madam Missinin Kolettə qarşı olan sevgisi üzündən ümidsizliyə qapılaraq intihar etdiyi deyilir.

Daha sonralar Kolett siyasətçi Baron Anri de Juvenelə ərə gedir onların bir qızı dünyaya gəlir. Ancaq qalmaqallar yenə səngimək bilmir. Bu dəfə isə 40 yaşlı yazıçının  ögey oğlu, gələcək siyasətçi   16 yaşlı jurnalist Bertran de Juvenellə eşq yaşaması ilə bağlı şayiələr yayılır. Kolett isə ərinin onu aldatdığına görə ondan intiqam almaq istədiyi üçün belə etdiyini açıqlayır.

Yazıçı sonralar özü haqda belə deyirdi: "Mənim necə gözəl həyatım olub. Əfsus ki, bunu əvvəllər başa düşmürdüm".  Yeri gəlmişkən, Kolett həm saçları ilə məşhur idi. Onun saçlarının uzunluğu 1 metr 58 santimetr idi. Çox qadınlar ona həsəd aparırdılar. Lakin birinci əri sensasiya xətrinə onun saçlarını kəsdirmişdi. O da ərinin istəyinə qarşı çıxmamış, ona tabe olmuşdu. Onu da qeyd edək ki, qısa saç düzümü o vaxtın əxlaqi dəyərlərinə meydan oxumaq demək idi.

Baletlə məşğul olanda ayağına batan bir sancaq onun sonrakı həyatını məhv edir, yazıçı uzun müddət bundan əziyyət çəkir. Ömrünün sonlarına yaxın "Şöhrət" ordeninə layiq görülən qalmaqallı yazıçı bir il sonra 81 yaşında dünyasını dəyişir. Onun dəfni ilə bağlı kilsə dini ayin keçirməkdən imtina etsə , dövlət tərəfindən geniş tədbir hazırlanır...

 

Nikolay Mixailoviç Karamzin

Tale sanki onu  lap uşaqlıqdan tarix yazmağa hazırlamışdı. Ailəsi ilə  birlikdə Puqaçov üsyanının vahiməsindən  qaçıb gizlənmək məcburiyyətində qalmış bu dahi şəxsiyyətParisdə Böyük Fransa inqilabının  şahidi olmuşdu. Aleksandr Puşkin onun fövqəladə istedadı barədə belə demişdi: "Amerikanı Kolumb kəşf etdiyi kimi, o da  qədim Rusiyanı kəşf edib". Söhbət tanınmış rus tarixçisi, yazıçısı   şairi Nikolay Mixailoviç Karamzindən gedir...

Simbirskdə mülkədar ailəsində doğulan bu yazıçı, türk kökənlidir, soyadı tatar Kara Murzanın adındandır ("Karamurzin" sonradan "Karamzin"ə çevrilib). Karamzinin anası da məşhur ailədən idi. Qızlıq soyadı Pozuxina olan anası onu dünyaya gətirərkən ölmüşdü. Sonralar oğul anasını şeirlərində yad edirdi: "Sən mənə həyat verib, özün getdin. Həyatımın ilk çağında tale mənə dağ çəkdi".

Cəmi 59 il ömür sürmüş mütəfəkkir hələ uşaq yaşlarından mütaliəyə həvəs göstərmiş, anasının kitabxanasında olan fransız romanlarını, Roma tarixi ilə bağlı kitabları, çoxsaylı bədii əsərləri oxumuşdu. İlk təhsilini öz evlərində almış, sonradan Simbirskdəki mülkədar məktəbinin şagirdi olmuş, daha sonra isə Moskva Universitetinin professoru Şadenin şəxsi məktəbində mühazirələr dinləmiş, rus dilinin incəliklərinə bələd olmuş, habelə başqa dillərə yiyələnmişdi.

Həyatı boyu iki dəfə ailə quran yazıçının hər iki xanımı onu çox böyük məhəbbətlə sevib. İlk həyat yoldaşı  Liza  uşaq dünyaya gətirərkən vəfat edib. Xanımını həddindən çox sevən  yazıçı onun obrazını "Zavallı Liza", "Rus səyyahının məktubları"nda, şeirlərində, povestlərində yaradıb. Tale ona ikinci  qadını bəxş edəndə sanki onun sınıq könlünə məlhəm olmuşdu. Rusiyanın varlı dövlət adamı knyaz Vyazemskinin qızı olan bu xanım öz gözəlliyi, cazibəsi ilə hamını heyran qoymuşdu. Çoxları onu yerdə, insanlar arasında yaşayan mələk hesab edirdi. Ağıllı, mərifətli, gözəl Yekaterina adlı bu qız yazıçıya dərhal "" demiş, onun yetim qızına da analıq etmişdir.

Bu xanımla ailə qurduqdan sonra Karamzinin həm maddi vəziyyəti düzəlir. Get-gedə onun evi Moskvanın ən mədəni, gur yığıncaq yerinə çevrilir. Heç kəsin salonu onun evi ilə rəqabət apara bilməzdi. Ən ağıllı, vacib söhbətlər məhz burada aparılırdı. Karamzin özü çox söhbətcil adam idi. Təmkinlə, maraqla, həm müxtəlif mövzularda söhbət qururdu. Təkcə ana tarixdən söz düşəndə söhbət vətənin müqəddəratına yönələndə o elə ilhamla, coşqun tərzdə danışırdı ki, sanki dava edirdi.

Ömrünün sonlarına yaxın güclü sətəlcəm keçirən yazıçı 59 yaşında vərəm xəstəliyi səbəbindən dünyasını dəyişib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".