DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKİYƏNİ  ƏN BÖYÜK İQTİSADİYYATA SAHİB ÖLKƏLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏYİK

Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən birinə çevirəcəyik. Buna nail olanadək dayanmayacağıq”. “Reportagentliyinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, ötən 20 il ərzində Türkiyədə ciddi işlər görülüb. “Artıq Avropadan daha yaxşı səhiyyə sisteminə malikik. Artıq PUA-lara sahibik. BizTCG Anadoludesant gəmisini Silahlı Qüvvələrimizə təslim etdik. Ölkəmizin bu imkanlarını günbəgün inkişaf etdiririk”, - deyə Türkiyə lideri vurğulayıb.

Eyni zamanda, Ərdoğan bildirib ki, Türkiyə artıq nüvə ölkəsinə çevrilib.

“14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”, - deyə Ərdoğan əlavə edib.

 

BMTTAXIL SAZİŞİİLƏ ƏLAQƏDAR TƏRƏFLƏRƏ ÇAĞIRIŞ EDİB

BMT bütün tərəflərətaxıl sazişinin  tam icrası davam etdirilməsi üçün danışıqları davam etdirmələri ilə bağlı çağırış edib. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında bildirib.

Fərhan Haq Türkiyənin təşəbbüsü ilə gələn həftə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə mayın 5- İstanbulda texniki görüşün keçirildiyini diqqətə çatıdırıb.

Bildiyiniz kimi, baş katib Antonio Quterreş tərəflərin ifadə etdiyi mövqeləri nəzərə alaraq Qara Dəniz Təşəbbüsünün təşviqi genişləndirilməsi ilə bağlı bütün tərəflərə təkliflər çatdırıb. Biz bütün tərəfləri müzakirələri davam etdirməyə, əməliyyat çətinliklərini aradan qaldırmağa səy göstərməyə çağırırıq”, - deyə Fərhan Haq qeyd edib.

Bununla yanaşı, Fərhan Haq vurğulayıb ki, BMT Ticarət İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan Moskvada sözügedən təşəbbüs çərçivəsində BMT ilə Rusiya arasında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı danışıqlar aparır.

 

ÇEXİYA PREZİDENTİ: QƏRB RUSİYA ÇİNLƏ RƏQABƏT ERASINA QƏDƏM QOYUR

Qərb bir tərəfdən demokratiya ilə, digər tərəfdən avtoritar hökmdarlar arasında strateji rəqabət dövrünə qədəm qoyur. “Reportun məlumatına görə, bu barədə Çexiya prezidenti Petr Pavel bəyan edib.

Verilən xəbərə görə, Çexiya rəhbəri Ukraynaya qarşı müharibə aparan Rusiyanı iqtisadi vasitələrlə bütün dünyada təsirini gücləndirən Çini misal çəkib.

Demokratik təfəkkürlü ölkələr onlara uğurla müqavimət göstərmək üçün birlikdə çalışmalıdırlar”, - deyə Petr Pavel vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, potensial olaraq demokratik liderlərin tərəfində bəzi çatışmazlıqları olan, lakin demokratik olmağa çalışan əməkdaşlığa hazır olan ölkələr olacaq.

Digər tərəfdən, mövcud dünya düzənini dəyişmək istəyənlər beynəlxalq hüquq normalarını, beynəlxalq ticarət qaydalarını yenidən yazacaq, həmçinin bir sıra ölkələr üzərində daha çox təsir güc əldə etmək niyyətində olacaqlır”, - deyə Çexiya prezidenti əlavə edib.

 

YAPONİYADA GÜCLÜ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ XƏSARƏT ALANLAR VAR

Yaponiyanın İsikava prefekturasında mayın 5- baş verən güclü zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə şənbə günüKyodoagentliyi məlumat yayıb.

Bildirilir ki, xəsarət alanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu bir neçə yaşayış binasının dağılmasına səbəb olduğu Sudzu qəsəbəsinin sakinləridir. Onların əksəriyyəti orta dərəcəli bədən xəsarətləri alıb, lakin iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, zəlzələ nəticəsində 1 nəfərin həlak olduğu da bildirilir.

Xatırladaq ki, mayın 5- Yaponiyanın Honsü adası sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İsikava prefekturasının ərazisində, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

 

VİKTOR ORBAN: HƏRBİ MÜNAQİŞƏLƏR QAÇILMAZDIR

Qərb tədricən iqtisadiyyatda demoqrafik sahədə öz mövqeyini itirir, yalnız hərbi güc baxımından rəqabətqabiliyyətli qalır ki, bu da gələcəkdə hərbi münaqişələrə səbəb olacaq. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Baş nazir xatırladıb ki, 30 il əvvəl dünya istehsalının 60 faizdən çoxu Qərb dünyasının payına düşürdüsə, hazırda bu rəqəm 40 faizə yaxındır. Onun sözlərinə görə, həmçinin tələb olunan enerji xammalının 80 faizi Qərb ölkələrində istehsal olunmur.

Yer kürəsinin əhalisi artır, Qərbin əhalisi isə azalır. Məskunlaşma miqrasiya problemi həll etmir, ancaq ört-basdır edir. Yalnız hərbi gücdə biz birinciyik. İlk baxışda, bu yaxşı xəbərdir. Lakin ikinci baxışda bütün digər üstünlükləri itirib yalnız silahda rəqabət qabiliyyətini saxlasaq, bunun hərbi münaqişələrə gətirib çıxaracağı açıq-aşkar görünür. Hazırda bu proses baş verir”, - deyə Viktor Orban vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Viktor Orban bildirmişdi ki, Ukraynada sülh yalnız Rusiya ilə ABŞ arasında danışıqlardan sonra bərqərar ola bilər, Avropa isə Minsk razılaşmalarını yerinə yetirə bilmədiyi üçün vasitəçilik şansını əldən verib.

 

İRANDA HAKİMİYYƏT ƏLEYHİNƏ ETİRAZLAR DAHA DA GÜCLƏNƏ BİLƏR

İranda din xadimləri ilə rejim arasında çatlar yaranır. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Açıqlamaya əsasən, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar kəskin şəkildə artıb: “Aprel ayında din xadimlərinə qarşı dörd hücum həyata keçirilib. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”.

Eyni zamanda, qeyd olunub ki, İranda edamların  sayı da artıb. İran hakimiyyəti son bir həftə ərzində ən azı 42 vətəndaşı edam edib. Bununla bağlı olaraq xüsusilə Sistan Bəlucistan əyalətlərində rejim əleyhinə etiraz əhvali-ruhiyyəsi yenidən güclənə bilər.

Məlumat üçün qeyd edək ki, bu il fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17- 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

 

VAQNERQRUPLAŞMASI BAXMUTDAKI MÖVQELƏRİNİ AXMATA TƏHVİL VERƏCƏK

RusiyanınVaqnermuzdlu hərbi qruplaşması mayın 10-da gecə yarısı Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərində tutduğu mövqeləriAxmatxüsusi təyinatlılarına təhvil verəcək. RusiyanınTASSagentliyi bu barədəVaqnerqruplaşmasının  rəhbəri Yevgeni Priqojinin açıqlamasına istinadən məlumat yayıb.

Yevgeni Priqojin bildirib ki, mövqeləriAxmattəhvil verdikdən  sonravaqnerçilərşəhərdən çıxacaqlar. Məlumata görə, bu barədə təklif Çeçenistan rəhbəri Ramzan Kadırovdan gəlib.

Məlumat üçün qeyd edək ki, ötən günVaqnerin rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutu tərk edəcəyini açıqlayıb.

Vaqnerhərbi qruplaşmasının rəhbəri silah-sursat çatışmazlığı səbəbinən onların böyük itkilərə məruz qaldıqlarını bildirib buna görə Rusiyanın Müdafiə Nazirliyinin rəhbərlərini ittiham edib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.