MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Mercedes-Benz" Muzeyi

Almaniyanın Ştutqart şəhərində yerləşən "Mercedes-Benz" muzeyi dünyanın ən böyük korporativ avtomobil ekspozisiyasıdır. Şəhərin "Daimler AG" zavodu yaxınlığında inşa olunan kompleks "UNSstudio" memarlıq bürosu tərəfindən layihələndirilib. Məşhur "Wankel" mühərrikinin formasını xatırladan binanın fasadında polad konstruksiya şüşədən istifadə edilib. Yuxarıdan baxanda yonca yarpağı şəklində dizayn edilən muzeyin inşaat işləri 150 milyon avroya başa gəlib. Ekspozisiyanın açılışı 2006- il mayın 19-da baş tutub.

Bina "UNSstudio" memarlıq bürosunun dizaynerləri tərəfindən elə layihələndirilib ki, burada 16 500 kvadratmetrlik sərgi salonu cəmi 4 800 kvadratmetr ərazidə yerləşdirilib. İki kəsişən pandus üzərində quraşdırılan bina kənardan üçmərtəbəli görünsə , 9 mərtəbədən ibarətdir. Muzeyin giriş qapısı binanın yeraltı hissəsində yerləşir.

Burada Kayzer Vilhelmin, Bundeskansler Konrad Adenauerin Yaponiya imperatoru Hirohitonun limuzinləri sərgilənir. Kompleksə "Daimler AG" konserninin qərargahı, "Mercedes-Benz" şirkətinə məxsus retro müasir avtomobillərin satış salonu, futbol stadionu da daxildir.

 

"Korpus" - İnsan Bədəni Muzeyi

Öz dizaynı ilə diqqətçəkən unikal memarlıq abidəsi "Korpus" - İnsan Bədəni Muzeyi Hollandiyanın Leyden Universitet şəhərciyinin yaxınlığında inşa olunub. Muzeyin ideya müəllifi yaradıcısı hollandiyalı adamı Henri Remmers kompleksin tikintisinə 27 milyon dollara yaxın vəsait xərcləyib. Layihənin ideyası 1996- ildə irəli sürülsə , tikintisinə 2006- ildə başlanılıb. 2008-ci il martın 20- isə Kraliça Beatrixin iştirakı ilə açılış mərasimi baş tutub.

35 metr hündürlüyündə insan bədəni şəklində dizayn edilən qeyri-adi muzey 7 mərtəbəlidir. 750 ton polad konstruksiyadan hazırlanan "nəhəng insan"a bitişik dördkünc bina isə 2 min kvadratmetr alüminium təbəqə şüşədən ibarətdir. Binaya daxil olarkən sanki insan vücudunun daxilinə səyahət başlayır. Belə ki, xüsusi eskalator vasitəsilə insanın "baş" nahiyəsinə qalxan ziyarətçilər əzələ, sümüklər, ürək, böyrəklər, ağciyər, həzm orqanları, eləcə gözləri, qulaqları beyni böyüdülmüş ölçüdə görmək imkanı əldə edirlər. 5D monitorları 3D səs effektləri vasitəsilə isə orqanların bütün tibbi aspektləri izah olunur. Daha böyük effekt əldə etmək üçün ziyarətçilərə stereoskopik eynəklər verilir. Burada, həmçinin idrak viktorinaları, interaktiv testlər oyunlar da keçirilir.

 

"Antil adaları" evi

Hindistanın ən mühüm iqtisadi mədəni mərkəzlərindən biri olan Mumbai şəhərində dünyanın ən bahalı evi 2010-cu ildə Mukeş Ambani adlı multimilyarderin sifarişi ilə inşa olunub. "Antil adaları" evi adlanan bu bina Amerikanın "Perkins & Will" şirkətinin memarları tərəfindən layihələndirilib. Atlantik okeanındakı mifik Antiliya adasının şərəfinə adlandırılan bu unikal evin tikintisi bir milyard dollara başa gəlib.

Fasadı şüşədən hazırlanan dəbdəbəli yaşayış binasının ümumi sahəsi 37000 kvadratmetrdir. Uzunluğu 173 metr olan "Antil adaları" evi 27 mərtəbədən ibarətdir. Tək bir ailə üçün nəzərdə tutulan möhtəşəm evin iki mərtəbəsində fitnes mərkəzi, hovuz, 3 helikopter portu, asma bağlar, 168 avtomobil üçün qaraj, şəxsi avtoservis 50 nəfərlik mini kinoteatr yerləşir. Burada hər bir ailə üzvü üçün ayrıca mərtəbə nəzərdə tutulub.

Evin şərqə baxan hissəsində pəncərələrin azlığı, milyarderi qane etmədiyindən o, çox az müddətdən sonra orada yaşamaq fikrindən daşınır. Bunun səbəbi isə hindlilərin inancı ilə bağlıdır. İnanca görə, evin dizaynı "Vastu Şastra" (sanskrit dilindən "tikinti elmi") qanunlarına uyğun gəlmədiyi halda orada yaşayan ailə uğursuzluqla üzləşə pis ruhlar tərəfindən daim təqib edilə bilər.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".