Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Qeyri-adi ixtira

Son dövrlər texnologiyanın inkişafı sayəsində qeyri-adi ixtiraların şahidi oluruq. Bu dəfə elm adamları hər kəsi təəccübləndirəcək yeni bir ixtiraya imza atıblar. Belə ki, amerikalı alimlər dil vasitəsilə  idarə olunan  kompüter siçanı ixtira ediblər. Hazırda mövcud olan, ənənəvi cihazlardan fərqlənən bu cihaz hərəkət məhdudiyyətli insanlar üçün nəzərdə tutulub.

Məhsul xüsusilə iflic nəticəsində telefon kompüter kimi cihazları əlləri ilə idarə edə bilməyən insanlar üçün hazırlanıb. Dil hərəkətləri ilə idarə olunan "Mouthpad" adlı cihaz  ağız boşluğuna yerləşdirilir hər hansı bir proqram quraşdırılmasına ehtiyac olmadan Bluetooth vasitəsilə ötürülür.

Sağlamlıq baxımından da heç bir risk daşımayan  cihaz stomatoloji məhsulların istehsalında istifadə olunan  xüsusi materiallardan hazırlanmışdır. Onu da qeyd edək ki, cihaz "MacOS", "iOS", "Windows", "Linux" "Android" əməliyyat sistemlərinə uyğun çalışır. Xüsusi qutuya yerləşdirilən "Mouthpad" təxminən  2 saata yaxın  şarj oluna bilir 5 saata qədər istifadə imkanına malikdir.

İnformasiyanı muhalif.com.tr veb saytı yayımlayıb.

 

Karbon qazından qida məhsulları alına bilər

Almaniyalı alimlər karbon  (CO2) qazının  təkrar emal üsulunu tapıblar. Belə ki, elm adamları  sözügedən qazdan qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fikrincəbu üsulla gələcəkdə insanları qida məhsulları ilə təmin etmək mümkün ola bilər.

Kənd təsərrüfatı heyvanlarının yemlərində eləcə insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Münhen Texniki Universitetinin alimləri  L-alanin adlı amin turşusunu sintez etmək üçün biokimyəvi reaksiya fikirləşiblər. Onlar, həmçinin digər amin turşularının da sintezi üçün nəzərdə tutulmuş kimyəvi reaksiyalar formalaşdırmağı hədəfləyirlər.

L-alanin adlı amin turşusunun sintezi üçün olan biokimyəvi reaksiyanın əsasında metanol dayanır. Lakin söhbət, adi metanoldan getmir. Bu cür biokimyəvi reaksiyada bərpaedilən enerji mənbələri vasitəsilə CO2-dən əldə edilmiş "yaşıl" metanol istifadə edilir.

Məlumatda qeyd edilib ki, amin turşularının zülalların sintetik şəkildə istehsal prosesləri çərçivəsində bərpaedilən enerji mənbələrindən istifadə zamanı ətraf mühitə heç bir zərər yetirilmir. Alimlər tərəfindən təklif olunan bu üsul Yer kürəsinin çoxalmaqda olan əhalisinin  qida məhsullarına olan  tələbatını aradan qaldırmağa kömək edə bilər.

 

Xərçəng xəstəliyi süni intellektlə aşkarlanacaq

Kral Marsden Fondu, London Xərçəng Tədqiqatları İnstitutu London İmperial Kollecinin alimləri xərçəngin dəqiq diaqnozunu qoya bilən süni intellekt modeli hazırlayıblar.

Xərçəng xəstəliyi  bütün dünyada ölümün ən çox görülən səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il  dünya üzrə təxminən 10 milyona yaxın insan bu xəstəlik üzündən həyatını itirir. Lakin erkən diaqnoz vaxtında müalicə ilə xəstəliyin qarşısını almaq mümkündür.

İngiltərəli alimlər tərəfindən hazırlanmış süni intellekt sistemi kompüter tomoqrafiyası  (KT) əsasında aşkar edilən şişlərin xərçəng olub-olmadığını müəyyən edə bilir. Elm adamları xərçəng şişlərini aşkar edən alqoritmin yazılması üçün 500-ə yaxın xəstənin görüntülərindən istifadə ediblər. "eBioMedicine" jurnalında dərc edilən araşdırmaya görə, süni intellekt alətindəki alqoritm mövcud üsullardan daha dəqiq işləyir.

"Ümid edirik ki, gələcəkdə bu süni intellekt yüksək riskli xəstələrin müəyyən edilməsini asanlaşdıracaq. Öz növbəsində, bu da yüksək riskli xərçəng xəstələrinin erkən aşkarlanması hesabına xəstəliyin müalicəsində daha böyük nailiyyətlər əldə edilməsinə imkan verəcək", - deyə tədqiqat müəlliflərindən biri  Benjamin Hanter qeyd edibAlim, həmçinin onu da qeyd edib ki, təcrübələr zamanı bu model xərçəng xəstəliklərinin erkən diaqnostikasında yüksək effektivlik göstərib.

Alqoritm hazırda ilkin hazırlanma mərhələsindədir onun səhiyyə sistemində tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin alimlər hesab edirlər ki, xərçəngin erkən diaqnostikasında süni intellektin üstünlükləri artıq göz qabağındadır.

 

"Microsoft" şirkətindən yeni təşəbbüs

Türkiyə mətbuatının yayımladığı məlumata görə, "Microsoftşirkəti süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş yeni növ prosessorun yaradılması yolunda AMD (Advanced Micro Devices - kompüter prosessorları düzəldən kommersiya şirkətiilə əməkdaşlığa başlayıb.

Şirkətin bu addımı  hazırda süni zəka üçün nəzərdə tutulmuş təchizatlar bazarında liderliyə sahib NVIDIA (kompüterlər oyun konsolları üçün qrafik kartlar istehsal edən Kaliforniya şirkəti) şirkətindən asılılığı aşağı salmağa kömək edə bilər. Məlumatda qeyd edilib ki, "Athena" kod adına sahib yeni prosessor eksklüziv olaraq "Microsoft"un ehtiyacları üçün istifadə ediləcək. Son zamanlarda şirkət süni zəka texnologiyalarına böyük diqqət ayırır bu istiqamətdə ChatGPT-nin yaradıcısı olan "OpenAI" şirkətinə 10 milyard dollar investisiya yatırıb. "Microsoft"un AMD ilə birgə hazırladığı yeni prosessor barəsində ətraflı məlumat hələ yoxdur. Hazırlanan prosessorun AMD Instinct MI300 kimi hibrid prosessor olacağı da istisna edilmir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".