DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ ORDUNUN ƏKS-HÜCUMA VAXT HAZIR OLACAĞINI AÇIQLAYIB

Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları əldə edəndə əks-hücuma hazır olacaq. “ReportagentliyininThe Washington Postqəzetinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Prezidentin sözlərinə görə, Ukrayna müttəfiqlərin vəd etdiyi silahları aldıqdan sonra hücuma keçəcək: “Xüsusilə, vaxt da hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir”.

Eyni zamanda, nəşrin məlumatına əsasən, böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə qeyd edib ki, ilk hücum birləşmələri əməliyyatın başlanması üçün 90 faizdən çox hazırdır, lakin bəzi xüsusi bölmələr hələ xaricdə təlim proqramlarını tamamlamayıb.

 

DALANA DİRƏNƏN İRAN İQTİSADİYYATI

Cox ciddi iqtisadi böhranla üz-üzə qalan İranda dövlət xəzinəsinə maliyyə daxil etmək üçün tarixi binalar, o cümlədən karvansaraylar, eləcə qalalar hərraca çıxarılıb. “Teleqraf.comun verdiyi xəbərə görə, məlumatı İranın Mədəni İrs Turizm Nazirliyi açıqlayıb.

Açıqlamaya əsasən, mayın 22-dən etibarən ölkədəki 19 tarixi bina tikili satışa çıxarılacaq.

Bildirilir ki, Kirman bölgəsində yerləşən yaşı 1000 il olduğu təxmin edilən Rayen qəsrinin satılacağı qeyd olunur. İslamdan əvvəlki tarixin ən mühüm tikililərindən biri kimi tanınan Rayen qalası ilə yanaşı, karvansaraylar bir çox tarixi əhəmiyyətli iqamətgahlar da satışdadır.

Qeyd edək ki, İran administrasiyası əvvəllər oxşar satışlar həyata keçirsə , bir çox tarixi binalar otel restoranlara çevrilib. Hazırda tarixi böhran yaşayan İranda inflyasiya 50 faizi ötüb.

 

ABŞ-DA BAŞ VERƏN ATIŞMA ZAMANI ÖLƏNLƏRİN SAYI ARTIB

ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Bu barədəReportagentliyiCNNtelekanalına istinadən xəbər verib.

Məlumata əsasən, şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə açıqlamasında bildirib ki, yeddi nəfər hadisə yerində keçinib, iki nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Eyni zamanda, qeyd edilir ki, daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.

Bununla yanaşı, hadisə şahidləri bildiriblər ki, atəş açan şəxs sadəcə olaraq səki ilə addımlayıb ticarət mərkəzinə tapançadan atəş açıb.

Verilən xəbərə görə, Allen şəhərinin polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.

 

ÖZBƏKİSTANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİN VAXTI MƏLUM OLUB

Özbəkistan dövlət başçısının sərəncamı ilə növbədənkənar prezident seçkiləri 9 iyul 2023- il tarixinə təyin olunub. Bu barədəTrendagentliyi mayın 8-gazeta.uzportalına istinadən xəbər verib.

Qeyd edək ki, bir müddət öncə Özbəkistan prezidenti Şavkat Mirziyoyev vaxtından əvvəl prezident seçkilərinin keçiriləcəyini açıqlamışdı.

Şavkat Mirziyoyev, həmçinin bu qərarın zərurətini izah edib: “Özünüz görürsünüz ki, Əsas Qanuna görə hakimiyyətin bütün qolları yenidən formalaşmaqdadır, onların arasında münasibətlər balans ciddi şəkildə dəyişməkdədir”.

Dövlət başçısının sözlərinə görə, yenilənmiş Konstitusiya prezidentin, parlamentin, hakimiyyətin, nazirlərin, hakimlərin qarşısında təxirəsalınmaz yeni siyasi, sosial iqtisadi vəzifələr qoyur.

Xatırladaq ki, mayın 6-da Özbəkistanın seçki məcəlləsinə Prezident, Qanunverici Palata Senat üzvlərinin seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı düzəlişlər olunmuşdu.

 

ABŞ SENATORLARINDAN DEFOLT XƏBƏRDARLIĞI

ABŞ-da Respublikaçılar Partiyasından olan Konqres Senatının 43 üzvündən ibarət qrup dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməkdən imtina edib. “Reportun məlumatına görə, bu barədəBloombergagentliyi Senatın Demokratik çoxluğunun lideri Çak Şumerin məktubuna istinadən xəbər verir.

Senatorların fikrincə, prezident administrasiyası dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmalı büdcə islahatları aparmalıdır.

Bununla yanaşı, ABŞ Konqresinin Senatında respublikaçı azlığının lideri Mitç Makkonnel vurğulayıb ki, ölkə iqtisadiyyatı dayanıqlı olmayan fiskal siyasət ucbatından sərbəst enişdədir.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden yüksək konqres liderlərinin mayın 9-da bəzi büdcə məhdudiyyətləri ilə bağlı Respublikaçılarla danışıqlar aparması planlaşdırılır.

Xatırladaq ki, ABŞ administrasiyası defoltdan qaçmaq respublikaçı müxalifətlə danışıqlara daha çox vaxt ayırmaq üçün milli borc tavanının qısamüddətli artırılmasını nəzərdən keçirir.

 

FRANSA İTALİYA ARASINDA GƏRGİNLİK YARANIB

Fransa daxili işlər naziri Cerald Darmanin İtaliyanın baş naziri Corcia Meloninin miqrasiya problemlərini həll edə bilməyəcəyini iddia etməsi iki ölkə rəsmiləri arasında gərginliyə səbəb olub. “Teleqraf.comun verdiyi xəbərə görə, fransalı nazir Corcia Meloninin miqrasiya böhranına son qoya biləcəyi ilə bağlı seçicilərini aldatdığını bəyan edib.

Bildirilir ki, Cerald Darmaninin bu sözləri İtaliya mediasında böyük əks-səda doğurub. Bundan sonra İtaliya xarici işlər naziri Antonio Tajani Parisə planlaşdırılan səfərini ləğv edərək, Fransadan bütün italyanları baş naziri təhqir etdiyinə görə üzr istəməsini tələb edib.

Fransa baş naziri Elizabet Börn daxili işlər nazirinin sözləri Romada qəzəb doğurduqdan sonra İtaliya ilə sakit dialoq axtardığını diqqətə çatdırıb. Lakin rəsmi Roma Parisin bu mesajı ilə kifayətlənməyib.

İtaliya xarici işlər naziri daha aydın ifadələrə ehtiyacın olduğunu bildirib: “Ümid edirəm ki, Fransa hökuməti öz mövqeyini dəyişəcək üzr istəyəcək, bu da daxili işlər nazirinin mövqeyini əks etdirəcək. Bunu qəbul etməkdən məmnun olacam”.

 

TÜRKİYƏNİNKAANQIRICI TƏYYARƏSİNİN QİYMƏTİ AÇIQLANIB

Türk Aviasiya Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsiKAANın qiymətinin 100 milyon dollar (təxminən 2 milyard lirə) olacağı gözlənilir. “Trendagentliyinin məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

Şirkət direktorunun sözlərinə görə, 2029-cu ilə qədər ayda iki təyyarə istehsal ediləcəyi planlaşdırılır.

Məlumata görə, TUSAŞ tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınanF-16” F-35” qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023- il martın 16-da keçirilib uğurla tamamlanıb.

Verilən xəbərə əsasən, “KAAN” 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Qeyd edək ki, may ayının 1- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilənİstikbalin Yüzyılıproqramında Milli Döyüş TəyyarəsinəKAANadını verib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.