DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇAVUŞOĞLU: TÜRKİYƏ REGİONDA VACİB ÖLKƏ KİMİ ÖZÜNÜ TƏSDİQLƏYİB

Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təsdiqləyib. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada çıxışı zamanı bildirib.

Bu gün biz dünya nizamının əsaslarının necə sarsıdıldığını görürük; İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşmış sistem məhv edilir; ziddiyyətlər münaqişələr dərinləşir ki, bunun da təxminən 60 faizi Türkiyənin yerləşdiyi regiondadır. Mənfi çağırışlara baxmayaraq, Türkiyəsabitlik adasıolaraq qalır”, - deyə XİN rəhbəri vurğulayıb.

Diplomatın sözlərinə görə, hazırkı vəziyyətdə Ankara fəal vasitəçilik səyləri göstərir ki, bu dataxıl sövdələşməsi nail olmağa bununla da qlobal ərzaq bazarında vəziyyəti sabitləşdirməyə imkan verib.

Mövlud Çavuşoğlu Türkiyənin enerji bazarında daha fəal oyunçuya çevrildiyini qeyd edib. “Biz Avropaya, xüsusən Şərqi Cənub-Şərqi Avropa ölkələrinə Balkanlara qaz tədarükünə başlamışıq. Başlanğıcı Azərbaycandan olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz nəqlinin həcmini iki dəfə artırmışıq”, - deyə nazir diqqətə çatdırıb.

 

BRİTANİYA UKRAYNAYA UZAQMƏNZİLLİ RAKETLƏR VERMƏK NİYYƏTİNDƏDİR

Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər verə bilər. Söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilənStorm Shadowsuzaqmənzilli qanadlı raketlərdən gedir”. “Reportagentliyinin xəbərinə görə, bu barədəThe Washington Postqəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu məsələni uzun müddətdir ABŞ Prezident Administrasiyası ilə müzakirə edib. Lakin ABŞ bu raketlərin verilməsini təsdiqləməyə tələsmirdi. Bu gün səhər saatlarında Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynaya yardımı müzakirə etmək üçün Vaşinqtona getdiyi məlum olub.

Məlumata əsasən, danışıqlar prosesi ilə tanış olan Britaniya rəsmisinin sözlərinə görə, tədarüklə bağlı yekun qərar hələ qəbul edilməyib, lakin bu məlumat Britaniyanın Ukraynanı bu cür silahlarla təchiz etməyə başlaması istiqamətində mühüm addımdır.

Qeyd edək ki, bu ərəfədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 300 kilometrə qədər məsafədən zərbə endirə bilsə, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək.

 

RUSİYAYA QARŞI NÖVBƏTİ SANKSİYA PAKETİNİ ÜZV ÖLKƏLƏRƏ GÖNDƏRİB

Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketini üzv ölkələrə göndərib. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.

Mətbuat katibi qeyd edib ki, üzv ölkələr sanksiya paketinin məzmununu qiymətləndirəcək: “Yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəm. Lakin bu paketdəki sanksiyaların tətbiqi effektivliyinə diqqət yetirəcəyik. Rusiyaya edilən ixraca bunun necə idarə olunmasına da baxılacaq. Rusiyanın digər ölkələrdən qadağan olunmuş məhsulların idxalının qarşısını almaq istəyirik”.

Məlumat üçün qeyd edək ki, indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi qəbul edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft kömür, sənaye, texnologiya, nəqliyyat qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.

 

İSVEÇ DANİMARKA QAZ TƏCHİZATI SAHƏSİNDƏ SAZİŞ İMZALAYIBLAR

Danimarka İsveç qaz təchizatı sahəsində həmrəylik haqqında saziş imzalayıblar. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Danimarkanın Energetika İdarəsi mətbuata açıqlamasında məlumat verib.

Bildirilir ki, müqaviləni Danimarka Energetika İdarəsinin direktoru Kristoffer Bötsauv İsveçin Energetika Nazirliyinin baş direktoru Robert Andren imzalayıblar. Sözügedən saziş fövqəladə vəziyyət - enerji böhranının kəskinləşməsi qışda qaz çatışmazlığı zamanı qüvvəyə minəcək.

Bununla yanaşı, sənəddə qeyd olunur ki, bir il əvvəl başlayan enerji böhranı qiymətlərin kəskin artmasına səbəb olub enerji infrastrukturu üçün yeni çağırışlar yaradıb, buna cavab olaraq şimal qonşuları digər ölkələri ilə əməkdaşlıq həmrəylik nümayiş etdirilməsi tələb olunur.

 

COZEF BAYDEN SURİYAYA QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ YENİDƏN UZADIB

ABŞ prezidenti Cozef Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Ev tərəfindən dərc edilən bildirişdə qeyd olunur.

Məlumata əsasən, söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir.

Eyni zamanda, bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Sənəddə qeyd edilir ki, Suriya rejiminin hərəkətləriABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti iqtisadiyyatı üçüntəhlükə yaradır. Bununla əlaqədar 2004- il mayın 11- elan edilmiş fövqəladə vəziyyət görülən tədbirlər “11 may 2023- ildən sonra da davam etdirilməlidir”.

 

A.QUTERRİŞ: UKRAYNA VƏ RUSİYA DANIŞIQLARI HAZIRDA MÜMKÜN DEYİL

Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda, təəssüf ki, mümkünsüzdür”. “Reportxəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş çərşənbə axşamı İspaniyanınEl Paisqəzetinə müsahibəsində bəyan edib.

Baş katibin sözlərinə görə, hər iki tərəf qalib gələ biləcəklərinə əmindir. O, əlavə edib ki, bu səbəbdən münaqişənin müddəti daha çox uzanır.

Biz konkret problemlərin həlli üçün tərəflərlə mümkün olduğu qədər dialoq qururuq. Ən mühüm təşəbbüs Ukraynadan taxıl ixracı idi. İndi isə atəşkəs sülh danışıqlarına dərhal başlanılmasının mümkünlüyünü görmürəm”, - deyə Antoniu Quterriş bildirib.

Eyni zamanda, baş katib vurğulayıb ki, BMT-nin əsas məqsədi beynəlxalq hüquqa təşkilatın nizamnaməsinə uyğun ədalətli sülhü bərqərar etməkdir.

 

SURİYANIN ƏDL-DƏ ÜZVLÜYÜNÜN BƏRPASI TƏNQİD EDİLİB

Suriya Ərəb Dövlətləri Liqasına yenidən üzv olmağa layiq deyil”. “Trendxəbər agentliyinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə çıxışı zamanı bəyan edib.

ABŞ rəsmisinin sözlərinə görə, hazırda Vaşinqton Dəməşqlə münasibətləri normallaşdırmaq arzusunda deyil.

Öz növbəsində Ev qeyd edib ki, təşkilatın qərarı uzun illər vətəndaş müharibəsinə səbəb olan Suriya böhranının geridə qalması anlamına gəlmir.

Evin mətbuat katibi Karin Jan-Pyer məsələyə münasibətində deyib: “Bu qərar bütün Ərəb Dövlətləri Liqasının üzvlərinin Suriya ilə münasibətlərini normallaşdırdığı Suriya böhranının həll olunduğu demək deyil”.

Xatırladaq ki, bazar günü Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrin XİN rəhbərləri Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək qərarına gəliblər.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.