SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Mendeleyev cədvəli sanki bu bitkidə toplanıb

Gicitkən hələ qədim zamanlardan müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində dərman bitkisi kimi istifadə olunur. Tərkibi sanki başdan-başa Mendeleyev cədvəlini xatırladan bu bitki demək olar ki, insan orqanizmi üçün vacib olan bir çox elementlərlə zəngindir. Bəs gicitkəndən hansı xəstəliklər zamanı istifadə etmək olar?

Antimikrobiyal antioksidant təsirə malik olan gicitkən  yapon xalq təbabətində  arı ilan sancması zamanı zəhər əleyhinə vasitə kimi istifadə olunur. Həmçinin ağrıkəsici xüsusiyyəti ilə seçilən gicitkən  ağrını aradan qaldırmağa kömək edir. Hətta aparılan araşdırmalar zamanı sübut olunub ki, gicitkən güclü iltihab əleyhinə təsirinə görə  revmatizmə qarşı da effektiv vasitədir. Xərçəng xəstəliyinin   qarşısını alan bu bitki  damarlarda oksigenin miqdarını artırır, toxumaların qidalanmasını yaxşılaşdırır, həzm sisteminə müsbət təsir edərək qəbizliyi aradan götürür   böyrəkləri təmizləyir. Bundan əlavə, dərini təravətləndirir, immuniteti gücləndirir. Gicitkən həm yaxşı bir kalsium qaynağıdır. Tərkibi K vitamini ilə zəngin olduğundan sümük iliyində problemi olanlar üçün olduqca faydalıdır. Qanyaradıcı xüsusiyyətilə isə  qanda hemoqlabinin  səviyyəsini artırır. Aparılan araşdırmalara əsasən, gicitkən  insulin səviyyəsini tənzimləyir, diabetlə bağlı simptomları azaltmağa kömək edir. Təzyiq xolesterol problemi olan şəxslərə isə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.

 

Onu əbəs yerə səssiz "qatil" adlandırmırlar...

Xolesterolun təhlükələri haqqında tez-tez eşidirik onu daha çox  yağlı qidalarla əlaqələndiririk. Lakin əslində qanda xolesterin səviyyəsinin çox olması yalnız yediyimiz qidalarla əlaqəli deyil. Belə ki, mütəxəssislər bəzən  bu problemin irsi səbəbdən qaynaqlandığını söyləyirlər. Ona görə sağlam qidalanan insanlar belə  bu problemlə qarşılaşa bilərlər. Çünki insan onun varlığını heç hiss etmir. Elə bu səbəbdən xolesterolu  səssiz qatil adlandırırlar. Alimlər qanda xolesterinin səviyyəsini izləməyə çağırırlar, çünki zahiri olaraq ürək-damar xəstəliklərinə səbəb olana qədər normadan artıq əlamətlərini izləmək mümkün deyil.

Xüsusilə 30 yaşdan yuxarı insanların qanda xolesterol səviyyəsinin yoxlatdırılmasının vacib olduğu bildirilir. Alimlərin sözlərinə görə, əgər  xolesterolun yüksək olması genetikdirsə bu, erkən infarkt insult ehtimalını gücləndirir.

Bu genetik qüsur qandan xolesterolun düzgün təmizlənməsinə mane olur. Belə insanların uşaqlıqdan başlayaraq, damarlarında xolesterin toplanmağa başlayır ki, bu da ürəyin qan tədarükünü pozur, infarkt insult riskini artırır. Bu qüsuru olan kişilərin təxminən yarısı 55 yaşından əvvəl, qadınların isə üçdəbiri  60 yaşına qədər infarkt keçirir.

Əgər bu qüsur gənc yaşlarda  aşkarlanarsa, ölümcül ürək-damar ağırlaşmaları riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə  xüsusi pəhrizlər dərmanların qəbulu ilə əldə edilə bilər. Bundan əlavə, belə insanlar mütəmadi olaraq həkim müayinəsindən keçməli qan nümunələri verməlidir.

 

Bu içkilərdən uzaq durun

Amerikalı alimlər  mütəmadi  olaraq  istehlak edilən bəzi içkilərin tərkibində standartlardan artıq zəhərli metallar aşkarlayıblar. Bu səbəbdən insanların belə içkilərdən uzaq durmasını tövsiyə edirlər.

ABŞ-ın Tulane Universitetində aparılan araşdırmada mütəxəssislər meyvə şirələri, bitki mənşəli südlər, qazlı digər 60 içkinin tərkibini araşdıraraq 25  zəhərli metal müəyyən ediblər. Araşdırma nəticəsində məlum olub ki, qarışıq şirələr, badam yulaf kimi bitki mənşəli südlər digər içkilərdən daha çox zəhərli metal ehtiva edir.

Bəzi içkilərdə nikel, manqan, bor, kadmium, stronsium, arsen selenium da daxil olmaqla 25 elementdən 7-nin insan istehlakı üçün nəzərdə tutulan normalarını aşdığı qeyd edilib. Bu içkiləri istehlak edən insanların 93 faizindən çoxunda qurğuşun aşkar edilib.

Tədqiqat müəllifi Tewodros Godebo bildirib ki, bu mövzuda insanların daha çox məlumatlandırılmasına ehtiyac var. Arsen, qurğuşun kadmium bilinən kanserogenlərdir. Xüsusilə uşaqlarda erkən beyin inkişafı dövründə visseral koqnitiv zədələrə səbəb olduğu sübut edilib. Bu səbəbdən körpələrə kiçik yaşlı uşaqlara qarışıq şirələr ya bitki mənşəli südlərin verilməməsi tövsiyə edilir.

Tədqiqatın nəticələri "Journal of Food Com" jurnalında dərc olunub.

 

Yemək yeyərkən qidanı udmaqda çətinlik çəkirsiniz?

Bəzi insanlar yemək yeyərkən qidanın  yemək borusunda ilişib qalmasından şikayətlənirlər. Hətta yeməkdən sonra öskürməyə belə başlayırlar. Əgər siz bu problemlərdən əziyyət çəkirsinizsə səbəbi axalaziya xəstəliyi ola bilər...

Qida borusunun alt ucunda olan qapaq sisteminin rahatlaya bilməməsi nəticəsində qidanın mədəyə doğru hərəkətində çətinlik yaranması axalaziya xəstəliyinə səbəb olur. Axalaziyanın inkişafının dəqiq səbəbi  bilinməsə , xəstəliyin ortaya çıxmasında bir çox amillərin təsirli olduğu güman edilir. Xəstəliyə müxtəlif virus infeksiyaları, otoimmun pozğunluqlar, eləcə   müxtəlif bakterial infeksiyalar genetik meyilin səbəb ola biləcəyi təxmin edilir.

Axalaziyanın ilk mərhələsində simptomlar adətən çox şiddətli olmur. Xəstəliyin ən çox görülən simptomu udma çətinliyidir. Xəstələr bərk hətta maye qidaları udmaqda çətinlik çəkərkən, istehlak etdikləri qidanın yemək borusunda ya döş qəfəsinin ortasında, bəzən günlərlə qalmasından şikayətlənirlər. Axalaziya udma çətinliyindən əlavə  boğazda qıcıqlanma, yeməkdən sonra tez-tez öskürək, yanma sinənin ortasında təzyiq kimi bir çox problemə səbəb ola bilər.

Bu xəstəliyin qida borusunda yığılan yemək qalıqları ya mayenin tənəffüs yollarına qaçması nəticəsində sətəlcəm hətta boğulma kimi həyati təhlükə riski çoxdur. Xəstəlik irəlilədikcə qidanın yemək borusundan mədəyə keçməsi demək olar ki, qeyri-mümkün olur qidalarla yanaşı, mayeləri udmaqda çətinlik yaranır. Xəstələr qeyri-kafi qidalanma səbəbiylə arıqlayır bir çox sağlamlıq problemi yaşaya bilərlər. Xəstəliyin gedişi yavaş irəlilədiyindən  diaqnozun qoyulması uzun illər çəkə bilər. Bu problemlə bağlı şikayətlərin aradan qaldırılmasında dərman müalicəsi botoks üsulu təsirli olur. Ən dəqiq müalicəsi isə endoskopiya üsulu ilə təmin edilə bilər.

                                                                          Hazırladı:

                                                           Elenora HƏSƏNOVA,

                                                              "Respublika".