Ustad sənətkar, söz sərrafı
Tarixi şəxsiyyətlər

Ustad sənətkar, söz sərrafı

Aşıq Şəmşir 130

Aşıq sənəti qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin, mürəkkəb ifaçılıq mədəniyyətini əks etdirir. Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi söz repertuarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin saflaşmasında, milli dövlətçilik ənənələrinin qorunmasında, qəhrəmanlıq, vətənpərvərlik hisslərinin aşılanmasında misilsiz rol oynayır.

Ulu öndər Heydər Əliyevin "milli varlığımızın möhtəşəm abidəsi" adlandırdığı "Dədə Qorqud" eposu "Koroğlu" dastanı ozan-aşıq sənətinin qiymətli nümunələridir.

Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olmuşdur. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin müxtəlif janrlarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir duyğularını yüksək sənətkarlıqla ifa etmişdir.

Şifahi xalq ədəbiyyatımızın dərin bilicisi kimi tanınan söz ustadının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşıq xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən bəhrələnmişdir.

Aşıq Şəmşir 1893- ildə möcüzələr diyarı Kəlbəcərin Dəmirçıdam kəndində görkəmli el sənətkarı şair Qurbanın ailəsində dünyaya göz açmışdır. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri dostu idi.

Aşıq Şəmşiri bütün Azərbaycana tanıdan Xalq şairi Səməd Vurğun olmuşdur. Atlas geyimli Kəlbəcər dağlarında, şəfa qaynağı olan İstisu yaylaqlarında istirahət edən Səməd Vurğun günlərin birində özünəməxsus səsi, sözü çalğısı olan bir ozanla - aşıq Şəmşirlə tanış olur. Kəlbəcər dağlarına böyük şairin gəlişini ürəkdən alqışlayan aşıq Şəmşirin o zaman bədahətən söylədiyi "Xoş gəlib" rədifli qoşması dildən-dilə düşür:

Elimin-günümün böyük şairi

Gətirib dağlara səfa, xoş gəlib!

Yolunu gözlədik biz intizarla,

Eyləyib əhdinə vəfa, xoş gəlib!

                   

Minnətdarıq kamil söz ustadına,

Şan-şöhrət yaraşır onun adına

Bizim Kəlbəcəri salıb yadına

Bu yolda çəkibdir səfa, xoş gəlib!

 

Alqışladıq mahal ilə, el ilə,

Qarşıladıq çiçək ilə, gül ilə,

Saz ilə, söz ilə, şirin dil ilə

Şəmşir deyir bu sərrafa, xoş gəlib!

Səməd Vurğun aşığın bədahətən söylədiyi bu qoşmanı "Məni" rədifli məşhur şeiri ilə cavablandırır:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni,

Ceyran bulağından qızlar içəndə

Saz tutub, söz qoşub yada sal məni.

Cəmi dörd bənddən ibarət olan bu şeir tezliklə Kəlbəcər ellərinin dilində əzbər olur. Toy-düyündə aşıqlar bu deyişməni həvəslə, məhəbbətlə oxuyur, böyük Səməd Vurğunu yad edirdilər...

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl müxəmməslərdə Kəlbəcər ədəbi mühitini, eləcə yazılı şifahi poeziyamızın ən önəmli cəhətlərini əxz edən söz sənətkarı kimi öz məktəbini yaratmışdır. Onun 40-dan artıq şagirdi olmuşdur.

Aşıq Şəmşir klassik aşıqlarımızın yaradıcılığına yaxından bələd olan, "Koroğlu", "Abbas Gülgəz", "Alı xan Pəri xanım", "Abdulla Cahan", "Novruz", "Nəcəf Pərzad", "Valeh Zərnigar", "Məsi Duləfruz", "Şah İsmayıl", "İbrahim", "Tahir Zöhrə", "Xəstə Qasım" kimi dastanlarımızı sinədən danışan, 70-dən artıq klassik aşıq havalarını çalmağı bacaran el sənətkarı olub. Hüseyn Arif aşığın yaradıcılığına belə qiymət vermişdir: "Şəmşir yaradıcılığı klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında qüdrətli bir keçidi, körpünü andırır".

Dədə Şəmşirin yaradıcılığı əsasən iki qrupa ayrılır: məhəbbət mövzulu ictimai mövzulu şeirlər. Böyük sənətkarın yaradıcılığında ana təbiətə olan məhəbbət xüsusi yer tutur. Aşığın ilham mənbəyi Azərbaycanın füsunkar təbiəti, uca şiş qayalı dağlar, durna gözlü şərbət bulaqlar, qıjıltılı, nəğməli çaylar, nəhəng palıdlar, zərif lalələr, bənövşələrdir.

İlk dəfə musiqişünas Əminə Eldarova aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürmüşdür. Hazırda Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə lentə yazılan saz havalarıdır. Dədə Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən işıq üzü görmüşdür.

2003- ildə el sənətkarının 110 illik yubileyini keçirmək üçün ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq fərman aşıq poeziyasının demək olar ki, bütün janrlarında özünəməxsus şeirlər yaradan, orijinal səsi, nəfəsi çalğısı olan Əməkdar incəsənət xadimi, "Şərəf nişanı" ordenli ustad sənətkarın yaradıcılığını daha ətraflı öyrənməyə təbliğ etməyə yeni imkan yaratmışdır.

Bu gün söz sərrafı, görkəmli el sənətkarı aşıq Şəmşirin anadan olmasının 130 illik yubileyinə geniş hazırlıq işləri aparılır. Dədə Şəmşirin ruhu şaddır. Çünki qüdrətli Azərbaycan ordusunun rəşadəti sayəsində dağlar qoynunda yerləşən, Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər 2020-ci ildə İkinci Qarabağ müharibəsində düşmən tapdağından azad olunmuşdur...

Qədir ASLAN,

"Respublika".