ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

NASA Saturnun peykinə robot ilan göndərəcək

ABŞ-ın Milli Aeronavtika Kosmos İdarəsi (NASA) Saturnun peyklərindən biri  Enceladusu tədqiq etmək üçün əraziyə  ilan formasında  çoxfunksiyalı nəhəng  robot göndərməyi planlaşdırır.

Yerdən kənarda  həyat izlərini axtarmaq üçün ən vacib yerlərdən biri Saturnun peyki Enceladusdur onun buz qabığının altında okean olduğu təxmin edilir. Peyk buzla örtülü olduğundan Günəş sistemini ən yaxşı əks etdirən obyektlərdən biri hesab edilir. Elə bu səbəbdən mütəxəssislər robotu məhz ilan formasında hazırlayıblar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Saturnun peykində həyat əlamətlərini axtaracaq olan robot NASA-nın JPL robototexnika laboratoriyası tərəfindən hazırlanıb. "Exobiology Extant Life Surveyor" (EELS) adlandırılan ilanabənzər texnoloji cihaz mobil robot  platformasıdır. Metaldan hazırlanmış çoxfunksiyalı  robot kanyonlara (dərin dar dərə) dırmaşmaq, enmək, qazma funksiyasını yerinə yetirmək suda üzmək qabiliyyətinə malikdir. Robotun buz kanyonuna düşməsinin qarşısını almaq üçün isə quyruq hissəsinə qarmaq quraşdırılıb. Getdiyi peykdə okeana çatmaq üçün robot bir növ özünü idarə edə bilən perforator (kəsici alətrolunu oynayacaq.

Agentlikdən verilən məlumata görə, missiyanın 2023- ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.

 

"Google"dan  daha bir yenilik

"Google" şirkəti daha bir yeniliyə imza atıbBelə ki, maşın tərcüməsi (machine translation) texnologiyasını yeni səviyyəyə yüksəldən şirkət, bu yaxınlarda Google I/O 2023 konfransı  çərçivəsində "Universal translatoradlı proqramını təqdim edib.

Bu texnologiyanın əsasında qurulan süni zəka sistemi hər hansısa videodakı insanın nitqini tərcümə etməklə yanaşı, onun artikulyasiyasını (fonetikada nitq səslərinin formalaşmasında ayrı-ayrı tələffüz orqanlarının işinin məcmusu) tərcümə olunmuş dilə adaptasiya edə bilir. Başqa sözlə desək, insanın dodaq hərəkətləri  onun danışdığı  sözlərlə sinxronlaşdırılır.

Texnologiyanın çalışma prinsipi bir neçə mərhələdən ibarətdir. İlk öncə sistem videoda çıxış edən şəxsin nitqini tanıyır onu mətn formatına köçürür. Daha sonra isə mətn lazımi dilə tərcümə edilir həmin mətndən danışıq nitqi tərtib olunur. Bununla belə tərtib edilən danışıq nitqi ilkin versiyanın səs tembrini emosional çalarını özündə qoruyub saxlayır. Daha sonra isə sistem ilkin versiyada danışan şəxsin dodaq hərəkətləri, mimika jestlərini tərcümə edilmiş danışıq nitqi ilə sinxronlaşdırır. Bu texnologiyanın bir çox tətbiq sahəsi ola bilər. Lakin bununla belə bu cür texnologiyanın dələduzlar tərəfindən istifadə edilməsi mümkündür. Bu səbəbdən   "Google" yeni texnologiyasını yalnız etibarlı partnyorlarının köməkliyi ilə yaymağı onun vasitəsilə ərsəyə gəlmiş videolara xüsusi işarələri əlavə etməyi planlaşdırır. Həmin işarələrlə istifadəçilər videonun məhz süni zəka vasitəsilə ərsəyə gəldiyini anlaya biləcəklər.

 

Kosmosda nəhəng partlayış baş verib

Kosmik fəzada bu günə qədər görünməmiş ən böyük partlayış qeydə alınıb. Günəş sisteminin ölçüsündən 100 dəfə böyük olduğu təxmin edilən püskürmənin superkütləli qara dəlik tərəfindən udulan qazdan əmələ gəldiyi güman edilir.

Hazırda  elm adamları  partlayışın harada hansı səbəbdən baş verdiyini araşdırırlarBununla belə, hadisənin səbəbinin superkütləli qara dəliyin udduğu nəhəng qaz buludu olduğu düşünülür. Həmçinin parlaq partlayışın 3 ildən çox davam etdiyi təxminən 8 milyard işıq ili uzaqlıqda baş verdiyi təxmin edilir.

Alimlər düşünürlər ki, "AT2021lwx" kimi tanınan partlayış kainatın təxminən altı milyard il yaşı olduğu zaman baş verib. Southampton Universitetinin astronomları isə partlayışın günəşdən minlərlə dəfə böyük olan superkütləli qara dəlik tərəfindən təhrif olunmuş nəhəng qaz buludunun nəticəsində baş verdiyinə inanırlar. Tədqiqatçılar belə hadisələrin nadir hallarda baş verdiyini daha əvvəl bu miqyasda partlayış görmədiklərini deyirlər.

Xatırladaq ki, ötən il astronomlar "GRB 221009A" kimi tanınan başqa bir partlayışın şahidi olmuşdular bu, ən parlaq partlayış kimi qeydə alınmışdır. Lakin həmin hadisə  cəmi bir neçə dəqiqə davam etmişdi. Yeni baş verən partlayış isə hələ güclü şəkildə davam edir, üstəlik ümumi enerjisi əvvəlkindən daha yüksəkdir. İnformasiya trthaber.com veb saytında yayımlanıb.

 

"Meta" süni zəka məhsulları üzərində çalışır

Son zamanlar süni zəka əsaslı texnologiyaların inkişafı "Meta" şirkətini hərəkətə gətirib. Belə ki, hazırda  aktiv şəkildə generativ süni zəka məhsulları üzərində çalışan şirkət, süni zəka əsaslı reklam alətlərinin testlərinə start verib.

Verilən məlumata görə, şirkətin süni zəka əsaslı reklam alətləri reklam edilən məhsullar üçün fon təsvirləri tərtib edə bilir. Şirkət öz növbəsində, bəzi reklamçıları bu yeni imkanları test etmək üçün dəvət edəcək. Dəvət ediləcək reklamçılar isə "Meta"nın süni zəka əsaslı reklam alətlərini "AI Sandbox" adlı test xarakterli platformada yoxlaya biləcəklər.

Meta təmsilçiləri bildiriblər ki, onlar öz yeni reklam alətlərini iyul ayında daha çox reklamçıya təqdim etməyi planlaşdırırlar. İl ərzində isə süni zəka əsaslı bəzi funksiyaların açıq şəkildə təqdim edilən reklam alətlərinə inteqrasiya edilməsi gözlənilir. "Microsoft" tərəfindən aktiv şəkildə dəstəklənən "OpenAI" şirkətinin ChatGPT çat-botu istifadəçilər arasında məşhurlaşandan sonra "Meta" da digər şirkətlər kimi generativ süni zəka sahəsinə istiqamətləndi bu sahəyə investisiyalar yatırdı. Süni zəka əsaslı reklam alətləri "Meta"nın generativ süni zəka sahəsində ilk məhsullarını təqdimetmə cəhdidir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".