İşğaldan azad olunmuş ərazilər yenidən qurulur
Siyasət

İşğaldan azad olunmuş ərazilər yenidən qurulur

Beynəlxalq hava limanları bölgənin strateji əhəmiyyətini daha da artırır

30 illik işğalın ağır nəticələri tariximizin qara səhifəsi kimi illər, əsrlər keçsə unudulmayacaq. Necə unudasan? Axı düşmən bu otuz ildə Qarabağın bağrını qana döndərib, qədim yurd yerlərimizdə misilsiz vəhşiliklər törədib, Kəlbəcəri, Qubadlını, Zəngilanı... xarabazarlığa çevirib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın elə bu mövqeyinə görə daha çox ziyan çəkib. Onun dünya əhəmiyyətli tarixi abidələrini, müqəddəs məkanlarını dağıdan ermənilər hətta Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan edərək əlavə qazanc mənbəyinə çevirmişlər. Xüsusilə Suriyadan erməni əsilli qaçqınların Laçında qeyri-qanuni, məqsədyönlü şəkildə məskunlaşdırılması siyasəti aparılmışdır.

İkinci Qarabağ müharibəsi işğala son qoydu, torpaqlarımız azad edildi. 44 günlük müharibədə məğlub olan Ermənistan Ağdam, Kəlbəcər Laçın rayonlarını kapitulyasiya aktını imzaladıqdan sonra mərhələ-mərhələ geri qaytardı. Laçın 2020-ci il dekabrın 1- təhvil verildi. 2022-ci ilin sentyabrında Laçın şəhəri, Zabux Sus kəndləri üzərində Azərbaycan tərəfi antiterror əməliyyatı nəticəsində nəzarəti təmin etdi. Rayon üzərində tam nəzarət isə 2023- il aprelin 23- Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə başa çatdırıldı. İndi Laçın sözün əsl mənasında azaddır.

İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Laçında da böyük quruculuq işləri aparılır, fərqli təyinatlı yol, enerji infrastrukturu layihələri reallaşdırılır. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu. Hava limanının tikintisinin 2025-ci ilin əvvəlində tamamlanması planlaşdırılır. Beynəlxalq hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir o, strateji təyinatla yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olacaq Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev Laçında hava limanının inşası ilə bağlı çıxışında deyib: "Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi məqbul yer tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da güclü iradəmiz var".

Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu, ermənilərə göz dağıdır. Aeroportda 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Hazırda Laçın, Füzuli Zəngilan hava limanlarının tikilməsi ilə paralel surətdə Qarabağın hava məkanında aeronaviqasiya xidmətinin bərpa prosesi gedir.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmin il yanvarın 14- baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi ilk sınaq təyyarəsini qəbul etdi. Onu da qeyd edək ki, Ermənistanın işğalından əvvəl Füzuli şəhərində yerli əhəmiyyətli olsa da, hava limanı mövcud idi, lakin bu hava limanı da xarabalığa çevrilmişdi. Köhnə aeroportun yerində tikilən Füzuli Beynəlxalq Hava Limanının inşası ilə bu sahədə təcrübəsi olan "AzVirt" MMC məşğul olub. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyənin dövlət rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi elə Ankara-Füzuli hava xətti ilə uçuş edərək birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.

Dövlət başçısı 2021-ci il aprelin 25- Zəngilana səfəri çərçivəsində Beynəlxalq Hava Limanının təməlini qoydu. Təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Zəngilan rayonunun coğrafi yerləşməsi burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".

Bəli, işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri sürətlə aparılır. Çünki əhalini köçürməzdən ilk əvvəl o yerlərdə infrastrukturun yaradılması əsas məsələdir. Dövlətimiz bu məsələdə vahid strategiya üzrə hərəkət edir dövlət başçısı nəyi necə, vaxt edəcəyini çox yaxşı bilir. Bir həqiqət var ki, dövlətimiz məcburi köçkünlərin öz doğma yurdlarına tez bir zamanda köçürülməsində çox maraqlıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".