Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə , bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Çernobıl - bəşər tarixinin ən dəhşətli nüvə fəlakəti"ni oxuculara təqdim edirik.

"Respublika".

 

Çernobıl - bəşər tarixinin ən dəhşətli nüvə fəlakəti

Bəşəriyyətin təkamülünə səbəb olmaqla dünyanın gələcəyini  dəyişdirən hadisələrdən biri tarixin ən böyük texnogen fəlakətlərindən olan Çernobıl qəzasıdır. 26 aprel 1986- ildə Atom Elektrik Stansiyasında baş verən bu  qəza dünya tarixində ən dəhşətli nüvə fəlakətlərindən biri sayılır. Ukraynanın Çernobıl şəhəri ətrafında yerləşən Atom Elektrik Stansiyasının (Çernobıl AES) dördüncü reaktorunda baş verən bu partlayış özü ilə bərabər yerləşdiyi ölkənin, eləcə ovaxtkı SSRİ-nin təsirə məruz qoyduğu digər dövlətlərin insanlarına dəhşətli bəlalar gətirib. Dövrün iki qlobal supergücündən biri olan Sovet İttifaqında baş verən bu  qəza təxminən 40.000 nəfərin ölümü, minlərlə insanın əlil olması ilə nəticələnmiş, üstəlik ölkənin milyardlarla dollar maddi ziyana uğramasına səbəb olub. Hesablamalara görə, qəza nəticəsində atmosferə yayılan radioaktiv maddələrin miqdarı Naqasaki Xirosimaya atom bombaları atılan zamanı yayılan radioaktiv maddələrdən təxminən 90-100 dəfə artıq olub.

Hadisənin baş verdiyi vaxta qədər yer üzündə heç kim bir Atom Elektrik Stansiyasının bu qədər böyük fəlakət törədə biləcəyini xəyal belə etməzdi. Dünyada potensial bir qəzanın radiusu barədə fikir belə yox idi. Nüvə partlaşıyı hadisəsi təkcə Ukraynaya deyil, ətraf bölgələrə, o cümlədən Türkiyə, Qafqaz Avropaya da təsir edib. Ən çox zərərçəkən dövlət isə qonşu kimi Belarus olub.

Aradan onilliklərin keçməsinə, bu müddətdə yüzlərlə araşdırmaların, elmi tədqiqatların yazılmasına baxmayaraq, hadisə ilə bağlı qaranlıq məqamlar hələ qalmaqdadır. Dünya ictimaiyyəti qəzanın necə baş verməsi, onun səbəbləri, yaratdığı fəsadlar haqqında nələri bilir? Çernobıl qəzası ilə bağlı bildiyimiz faktlar bütün qaranlıq mətləblərə aydınlıq gətirirmi? Mütəxəssislər hələ bununla bağlı mübahisə edirlər təbii ki, yekdil fikir yoxdur. Amma hadisənin təfərrüatı ilə bağlı verilən rəsmi məlumatlar isə belədir...

1986- il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun işi nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Özü bu proses uzun müddət ərzində baş vermişdi, yəni ani hadisə deyildi. Radiasiyanın ətraf mühitə yayılması, təxminən, on gün ərzində davam etmişdi. Daha sonra həmin radioaktiv məhsullar müxtəlif yollarla yayılmağa başlamışdı. İlk vaxtlar onlar, ən çox, atmosfer yolu ilə yayılırdı.

Əsasən uçucu izatoplar, məsələn, yod, sezium, tellur izotopları kimi radionuklidlər buludların köməyilə, meteoroloji şərtlərə uyğun olaraq külək istiqamətində yer dəyişirdilər. Yağıntıların düşməsilə ərazinin çirklənməsi baş verirdi. İlk günlər radioaktiv tullantılar, əsasən, şimala, şimal-qərbə yönəlmişdi ən çox Skandinaviya ölkələrinə zərər vurmuşdu. İkinci tullantı dalğası qərbə istiqamətləndi. Nəticədə Qərbi Avropanın, xüsusən , Alpətəyi bölgələrin çirklənməsi baş verdi. Növbəti tullantı buludları daha çox cənuba hərəkət edərək Cənubi Avropanın çirklənməsinə səbəb oldu. Çernobıl qəzası, Avropa qitəsinin böyük bir hissəsinə həmin ərazilərdə yaşayan həddindən çox insana zərər vurmuş bir fəlakət idi. Qəzadan sonra qonşu bölgələrdə yaşayan, təxminən, 300 min insanı köçürmək lazım gəlmişdi.

Qəza nəticəsində baş verən birbaşa şüalanma, meydançada işləyən, yanğını söndürən, təxminən, yüzlərlə insanda kəskin şüa xəstəliyinin yaranmasına səbəb olmuşdu. Bu, qəzanın ilkin təsiri idi. İkinci fəsadları isə daha gec özünü göstərməyə başladı. Çirklənmiş ərazilərdə yaşayan insanlar atmosferə atılan radioaktiv məhsullardan xarici şüalanmaya, ərzaq su ilə birlikdə radiasiya da qəbul etdiklərinə görə, daxili şüalanmaya məruz qalırdılar. Yeganə səhih, təsdiqlənmiş tibbi fakt budur ki, qəzadan sonra 6 minə yaxın insanda qalxanvari vəz xərçəngi halı aşkarlanıb həkimlərin fikrincə, onların əksəriyyəti, məhz, Çernobıl qəzası ilə əlaqəlidir.

Qəzanın səbəbini araşdırarkən bir neçə versiya ortaya çıxıb. Əsas səbəb isə 4- enerji blokunun turbogeneratorunda düzgün aparılmayan sınaq olub. Keçirilən sınağın ilk dəqiqələrində reaktorun içində mütəxəssislərin anlaya bilmədiyi nasazlıq yaranıb, turbinlərə gedən su yavaş-yavaş kəsilməyə başlayıb, bunun da nəticəsində güclü buxarlanma baş verib. Yaranmış yüksək temperatur blokun səthinin dağılmasına səbəb olub ki, bir dəqiqə ərzində iki dəfə güclü partlayış baş verib yanğın başlayıb.

İş orasındadır ki, bu tip nüvə fəlakətlərinin ən əsas xoşagəlməz məhsullarından biri yodun 131 izotopudur. Bu, yarıparçalanma dövrü 8 gün olan radionukliddi, o, çox sürətlə parçalanır. Qəzadan sonra onun aktivliyi son dərəcə əhəmiyyətli idi. Yod 131, qida zəncirində yığılmaq xüsusiyyətinə malikdi. Yəni o, məsələn, otlara çökür, həmin otları mal-qara yeyir maddə süddə toplanmağa başlayır. Aydındır ki, süd istehlakçıları olan insanlar - ilk növbədə uşaqlar radioaktivliyin əsas hədəfinə çevrilirlər. Çernobıl qəzası zamanı 1981-1985-ci illər aralığında doğulan insanlar risk zonasına düşmüşdülər. Belə ki, qəzadan, təxminən, beş il sonra qalxanabənzər vəzin xərçəngi halları müşahidə olunmağa başlamışdı. bu, hələ son deyil, çünki qədər ki, həmin insanlar sağdırlar, onların, radiasiya çirklənməsi ilə bağlı xəstəliklərə düçar olmaları ehtimalı qalmaqdadır.

Əlbəttə ki, SSRİ- insanların məlumatlandırılması nəticələrə qarşı tədbirlər görülməsi məsələsində ciddi qüsurlar vardı, məsələn, eyni problemlə üzləşən Polşadan, yaxud digər Avropa ölkələrindən fərqli olaraq, yetərli tədbirlər görülməmişdi. Polşada sabit yodla vaxtında profilaktika aparılmış, insanlara təzə süddən istifadə etmək onu satmaq qadağan olunmuşdu. Bəlkə daha çox şey etməklə ciddi fəsadların qarşısını almaq olardı. Çünki Çernobıl qəzasının genetik nəticələrinə dair, xərçəng ya leykozun başqa növlərinin yaranmasına səbəb olması barədə dəqiq məlumatlar yoxdur.

Çernobil qəzasından sonra cəmiyyətin atom enerjisinə münasibəti kəskin şəkildə pişləşdi bu vəziyyət xeyli davam etdi. Ancaq sonra, tədricən, unudulmağa başladı. Onu da qeyd edək ki, bu məsələdə neftin qiymətinin artması da vacib rol oynamışdı. Belə ki, bir çox ölkələr atom enerjisinə qayıdır, öz atom proqramlarını davam etdirirdilər. Sanki elə bir qəza heç vaxt baş verməyəcəkdi.

Yeri gəlmişkən qeyd edək ki, atom enerjisinin inkişafı hələ mübahisəli məsələ olaraq qalır. Hazırda dünyadakı elektroenerjinin 10 faizə  yaxını dinc məqsədli atom energetikası hesabına əldə olunur. Atom enerjisinin əsas məziyyəti isə odur ki, o, kifayət qədər etibarlı mənbədi. Eyni zamanda da karbonsuzdu, atmosferə tullantılar atılmır. Bu mənada, atom enerjisi, məsələn, kömür, ya da qaz istifadə etməkdən daha yaxşıdı. Atom enerjisi iqtisadi parametrlərə görə , hələlik digər enerji növlərindən üstündü. Ancaq müəyyən problemlər var.

Birinci problem odur ki, atom elektrostansiyalarının inşası üçün sərf olunan maliyyə dayanmadan artır. Halbuki, külək günəş stansiyalarının büdcəsi kəskin şəkildə azalır. ikinci problem: zaman. Yəni qazla işləyən kifayət qədər sürətlə tikilən istilik elektrostansiyalarından fərqli olaraq, atom elektrik stansiyasının inşası, təxminən, 7 il çəkə bilir.

O ki qaldı atom enerjisinin təhlükəsizliyinə dair məsələlərə, müasir reaktorlar Çernobılda istifadə olunanlardan qat-qat güvənlidi. Ancaq təhlükəsizlik kompleks məsələdi. Müasir atom elektrik stansiyaları üçün Çernobıldakı kimi texnogen problemlər  yaratmır. Potensial risk - həmin stansiyaların tikildiyi bölgələrin siyasi sabitliyidi. Müasir reaktorun istifadə müddəti 60 ildir. Amma  60 il boyunca bölgədə siyasi sabitliyin hökm sürəcəyinə heç kim zəmanət verə bilmir.

Atom enerjisi ilə bağlı bir problem xammal bazasıdır. Bugünkü atom enerjisi sənayesi mövcud olduğu vəziyyətdə başqa enerji növlərini əvəz edə bilmir. Yəni o, istilik enerjisini sıxışdıra bilməz, çünki kifayət qədər xammal - Uran yoxdu. Bundan ötrü nüvə yanacaq tsiklini tamamilə dəyişmək, sürətli neytronlarla işləyən, bölünən materialın təkrar emal olunduğu çoxaldıcı reaktorlara keçmək lazımdı. Rusiyada bu istiqamətdə işlər aparılır. Hazırda Rusiya bu sahədə dünyada ön sıralardadır ola bilsin ki, vaxtsa biz belə reaktorları hər yerdə görəcəyik...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".