Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Pal Erdöş

"Qəbirdə dincəlməyə çox vaxtım olacaq...". Belə deyərdi ona bir az dincəlməyi təklif edən dostlarına  XX əsrin ən görkəmli riyaziyyatçılarından  olan Pal Erdöş... Axı onun üçün riyaziyyatdan vaz keçmək "ölmək" demək idi. Bütün ömrünü elmə həsr edən bu dahinin  həyatda ən çox zövq aldığı məşğuliyyətinin  qəhvə rəqəmlər olduğunu söyləsək yəqin ki, yanılmarıq. Bəlkə elə bu səbəbdən tanınmış riyaziyyatçı Alfred Renyi onu "qəhvəni teoremə çevirən maşın" adlandırmışdı...

Budapeştdə (o dövrdə Avstriya-Macarıstandoğulan riyaziyyatçı  yəhudi əsilli ailənin  sağ qalan yeganə övladı idi. Belə ki, ondan daha əvvəl doğulan iki bacısı körpə ikən qızılcadan ölmüşdü. Hər iki valideyni ixtisasca riyaziyyatçı idi bir müddət ali məktəb müəllimi işləmişdilər. İrsən valideynlərindən keçən  riyazi qabiliyət Palda çox erkən yaşında özünü göstərmişdiBelə ki, hələ dörd yaşında ikən  o beynində dörd tərtibli rəqəmlər üzərində vurma əməliyyatını həll etməklə hər kəsi təəccübləndirməyi bacarırdı.

Bu dahi şəxsiyyət elmə bəxş etdiyi töhfələrlə  yanaşı, özünəməxsus  vərdişləri ilə yaddaşlarda qalıb. Belə kiriyaziyyatçı  yuxuya getməmək üçün qəhvə amfetaminlərdən (sakitləşdirici maddələr) istifadə edirmiş. Bu yolla o, iyirmi saat işləyə bilirmiş. Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdöş bir ay amfetaminsiz qalmağa razı olur mərci udur. Lakin dostuna şikayət edərək söyləyir ki, "Məni amfetaminsiz qoyaraq, sən riyaziyyata bir zərbə vurmuş oldun". 

Həyatı boyu heç vaxt evlənməyən alim bunun səbəbini bütün  diqqətini işinə cəmləməsi ilə əlaqələndirib. Qeyri-adi şəxsiyyətə sahib olan riyaziyyatçının özünəməxsus  danışıq tərzi var idi. Belə ki, alim uşaqları "epsilon", qadınları "rəis", kişiləri isə  "qul" adlandırırdı. Riyaziyyatla məşğul olmayanları isə "ölü insanlar" adlandırmışdı

Onun  daimi yaşadığı bir evi, ki, zövq aldığı bir hobbisi var idi. Elə bu səbəbdən   bütün əşyalarını bir cüt çamadanda saxlayırdı. Bir sözlə, alimin həyatı da bir neçə saat  yatmaq, yemək, içməklə keçib. Ən əsası isə riyaziyyatsız keçən bir anı belə olmayıb. Sözün əsl mənasında, özünü elmə fəda edən  alim 83 yaşında ürək çatışmazlığı səbəbindən həyatla vidalaşıb.

 

Vladimir Vısotski

Vladimir Semyonoviç Vısotski... "Görüş yerini dəyişmək olmaz" filmində canlandırdığı Jeqlov obrazı ilə çoxlarının qəlbində taxt quran rus şairi, aktyoru musiqiçisi sanki  bu dünyanın adamı deyildi. Özünü dərk edəndən bir fikir onu rahat buraxmırdı - zamanında gəlməmişdi dünyaya. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski zamana öz sözünü deməyi bacardı. Deyə bilməyənlərin əvəzinə dedi. Dediklərinə görə milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Bir qadağalara, yasaqlara baxmayaraq, Vısotski cürəti, Vısotski iradəsi...

   Şair Moskvada anadan olmuşdu. Onun uşaqlığı müharibə illərinə təsadüf edirdi. Bir müddət atası analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıtmış, müəllimlər evindəki dram dərnəyinə yazılmışdı. Vısotski Tikinti-Mühəndisləri İnstitutuna daxil olsa da, bu təhsil ocağını tərk etmiş, Moskva Bədii Akademik Teatrın nəzdindəki V.İ.Nemiroviç-Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdu. Ömrünün sonuna qədər isə Moskva Dram Komediya Teatrında işləmişdi. "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət cəza" tamaşalarında baş rollarda məharətlə çıxış etmişdi.

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı isə uğursuzluqla müşayiət olunurdu. Zamandan qisas alırdı. İçkiyə narkotikə aludəçiliyi onu həyatdan ayrılmağa tələsdirirdi. Daha doğrusu, Vısotski öz dünyasının sakini olmağa tələsirdi.

Azadlıq onun daxilində idi. Heç heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daima nəzarətdə olmasının fərqinə varmırdı Vısotski. O, öz qanunları ilə yaşayırdı.

Mövcud rejimdə, bu qadağalar burulğanında  fransız xanımı, aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göstərənlərə ən qəzəbli cavabı idi. Həm Vısotski yaxşı bilirdi ki, onun ilk lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri böyük həvəslə qulaq asırlar.

Kino yaradıcılığında da öz sözünü demiş aktyorlardan olan şairin gücü onda idi ki, o həm düşündürür, həm əyləndirərək musiqi zövqü yaşadırdı. Repertuarının zənginliyindən asılı olmayaraq, yaratdığı bütün əsərlərdə dərin hikmət məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi - ədalət, haqsızlıqları törədənlərə sərt etiraz haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyirdilər.

Cəmi 42 il yaşadı. Rəsmi məlumata görə, ölümünün səbəbi ürək tutması idi. Ölümü ilə həyatının bir çox sirlərini müəmmalarını da özü ilə apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı. Cəmisi bir-iki qəzetdə bir-iki cümlə ilə məlumat verildi.

Vladimir Vısotskinin vəfatı elə bir dövrə təsadüf edirdi ki, həmin vaxt SSRİ olimpiada həyəcanını yaşayırdı. Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva bütövlüklə sovet rejiminin nəzarəti altında idi. Ancaq bu nəzarət Vısotskinin dəfninə gələn insan izdihamının  qarşısını ala bilmədi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsirdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə.

İnsanlar onu son mənzilə göz yaşlarıyla onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərəstişkarın ifasında...

 

Pol Qogen

Adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılan fransız rəssamı Ejen Henri Pol Qogen... Sağlığında səfilliklə yaşayan bu "milyonçu" rəssamın dünya rəssamlıq sənətində özünəməxsus yeri var. Yaradıcılığı başlıca olaraq postimpressionizm primitivizm cərəyanlarını əhatə edən rəssamın həyatı demək olar ki, yollarda keçib...

Parisdə anadan olan rəssamın atası jurnalist idi. Atasının qəzeti Napoleonu tənqid edən yazılarına görə bağlandığından Qogen ailəsi ilə  Peruya köçməli olur. Bu ərəfədə isə bədbəxtlikdən ata yolda vəfat edir. 6 yaşından atasız qalan Qogen bundan çox sarsılır   Parisdə yataqxanalı məktəbdə yaşayır.

16 yaşında dəniz ticarət donanmasına daxil olan rəssam  gəmilərdə zabit kimi işləyir. Səfərdə olarkən isə anasının ölüm xəbərini alır. Anası yaxın dostu Qustav Arosanı uşaqlarının qoruyucusu təyin etmişdi. Arosa Qogenə birjada tapır. Qogen rəsm kolleksioneri Arosadan təsirlənərək rəsmlə maraqlanmağa başlayır. Ardıcıl olaraq rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O, bir növ özü özünün müəllimi idi. Ona görə rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkən Qogen  ilk çağlar  impressionizmə meyil etsə , özünü onda tapa bilmir. Bundan sonra o, Afrika Asiya incəsənətini dərindən öyrənir, özəlliklə yapon folklorunun, mədəniyyət incəsənətinin təsirinə düşür. Lakin rəssamın maddi durumu olduqca pisləşir, əsərlərini alan olmur, bir yandan da özünü tanıtdıra bilmir. Qısa müddət sonra onun bir əsəri  Paris Rəsm Salon Sərgisinə qəbul edilsə , rəsmləri  yenə bəyənilmir lağa qoyulur. Bu səbəbdən   oFransanın Sakit okeandakı müstəmləkəsi olan Taiti adasında yaşamağa gedir. Bu, onun yeni axtarışlar dönəmiydi. Burada yerli əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır. Həyatının qalan hissəsini isə Taitinin qonşuluğundakı Markiz adasında keçirir.

Ömrü boyu səfil həyat tərzi keçirən rəssam   danimarkalı bir qızla evlənib ondan beş övladı dünyaya gəlib. 54 yaşında isə adının ictimaiyyətə açıqlanmasını istəmədiyi xəstəlik üzündən dünyasını dəyişən rəssamın əsərləri ölümündən sonra məşhurluq qazanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".