DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

G7” LİDERLƏRİNDƏN UKRAYNADAKI VƏZİYYƏTLƏ BAĞLI BƏYANAT

G7” ölkələrinin liderləri mayın 19-da  Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər. “Teleqraf.comun verdiyi xəbərə görə, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.

Açıqlamaya əsasən, ölkə liderləri Ukraynaya 2023- il 2024- ilin əvvəli üçün büdcə dəstəyini artıq qəbul ediblər. Həmçinin liderlərtaxıl sazişinin genişləndirilməsi uzadılmasını dəstəkləyir.

Bununla yanaşı, bildirilir ki, “G7” Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar diplomatik dəstək verəcək. Bundan başqa, “G7” ölkələri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək.

Eyni zamanda, bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. HəmçininG7” Rusiyaya sənaye avadanlığı texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.

Verilən xəbərə görə, liderlər Rusiyanın neft neft məhsullarının qiymətinə təyin edilmiş yuxarı həddin saxlanılmasına sadiqliklərini qeyd ediblər.

Böyük yeddilikliderləri Ukraynanın istədiyi maliyyə, humanitar, hərbi diplomatik dəstəyin ehtiyac duyulduğu qədər göstərilməsinə dair öhdəliklərini yeniləyiblər.

 

ABŞ-ın MALİYYƏ NAZİRİNDƏN DEFOLTUN FƏSADLARI BARƏDƏ XƏBƏRDARLIQ

ABŞ-ın maliyyə naziri Canet Yellen onlarca ABŞ bankının rəhbərliyi ilə görüşdə potensial defoltun ölkənin maliyyə sistemi üçün fəlakətli nəticələri barədə məlumatları təqdim edib. “Trendagentliyinin məlumatına görə, bu barədə nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.

Məlumata əsasən, Canet Yellen 20-dən çox icraçı direktor bank rəhbərləri ilə görüşüb, “mövcud iqtisadi vəziyyəti müzakirə etmək ABŞ lideri Cozef Baydenin bu sahədəki təşəbbüslərini müzakirə edib.

Nazir Konqresin milli borc tavanı məsələsini həll etməsinin təcili ehtiyacını diqqətə çatdırıb defoltun bank sistemi, milli qlobal iqtisadiyyat üçün ağır nəticələrinə diqqət çəkib”, - deyə açıqlamada qeyd olunub.

 

ALMANİYADA İKİLİ VƏTƏNDAŞLIQ ASANLAŞDIRILIR

Almaniyada koalisiya hökumətini quran Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası Azad Demokrat Partiyasının ikili vətəndaşlığı asanlaşdıran qanun dəyişikliyi ilə bağlı razılığa gəldiyi bildirilib. Bu barədəTRTtelekanalı Almaniya mətbuatına istinadən xəbər verib.

Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ilə hökumət vətəndaşlığa qəbul prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyi bununla da mühacirlərin ölkəyə inteqrasiyasını asanlaşdırmağı nəzərdə tutur.

Bildirilir ki, 49 səhifəlik qanun layihəsinə əsasən, uzun illər Almaniyada yaşayan miqrantlar daha tez bu ölkənin vətəndaşı ola biləcəklər. Həmçinin Almaniyada vətəndaşlığa qəbul üçün mövcud 8 illik tələb 5 ilə endiriləcək.

Almaniyada yenilənməsi planlaşdırılan vətəndaşlıq qanunu ölkədə ən çox xarici əhalini təşkil edən türklərlə yaxından əlaqəlidir. Bu ölkənin vətəndaşı olmaq üçün Türkiyə vətəndaşlığından imtina etməli olan türklər yeni qanunla Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını alaraq ikili vətəndaşlıq əldə edə biləcəklər.

 

ABŞ UKRAYNAYAF-16” QIRICILARININ VERİLMƏSİNƏ MANE OLMAYACAQ

ABŞ müttəfiqlərinin UkraynayaF-16” qırıcıları verməsinə mane olmayacaq”. “Reportagentliyinin xəbərinə görə, bu barədəCNNtelekanalı məlumat yayıb.

Bildirilir ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın UkraynayaF-16” döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır.

Telekanal həmçinin qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdənF-16”ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər.

Bildirilir ki, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur. Qeyd edək ki, bir müddət əvvəlPoliticonəşri başqa ölkələrin UkraynayaF-16” qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini xatırlatmışdı.

Xatırladaq, “F-16” qırıcılarını ya başqa hərbi texnikanı ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan mütləq şəkildə icazə almalıdırlar.

 

ƏRDOĞAN XARİCDƏKİ TÜRKİYƏ VƏTƏNDAŞLARINA MÜRACİƏT EDİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşlarına müraciət edib. “Reportagentliyinin verdiyi xəbərə görə, dövlət başçısı bu barədəTwitterhesabında qeyd edib.

Türkiyə lideri müraciətində yüksək seçici fəallığı ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu xatırladıb. “Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə Cümhur İttifaqınahörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, dövlət başçısı hər bir seçicinin adının siyasət tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb: “Buna görə sizə səmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə gömrük məntəqələrində səsvermə prosesi başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram”.

Xatırladaq ki, may ayının 28- Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

UKRAYNA ORDUSUNUN TAKTİKİ CƏHƏTDƏN ÖNƏMLİ UĞURLARI

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində əks-hücumlar zamanı Baxmutda təşəbbüsü ələ keçirib taktiki cəhətdən önəmli uğurlar əldə edib. “Teleqraf.comun xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitut Rusiya mənbələrinə istinadən Ukrayna qoşunlarının Baxmutda İvanovskinin cənub şimal-qərbinə Klişivkanın şimal-qərbinə doğru irəlilədiyini bildirib. Həmçinin Ukrayna ordusunun bu istiqamətlərdə Rusiya qoşunlarının müdafiəsini yardığını iddia edilir.

Eyni zamanda, “Vaqnerqruplaşmasının lideri Yevgeni Priqojin Rusiya qüvvələrinin Baxmutdan şimalda 570 metr ərazi itirdiyini bildirib. Amerikalı analitiklər bunun Ukrayna tərəfinin açıqlamalarına uyğun gəldiyini vurğulayıb. Vəziyyətin ağırlaşmasından sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı cinahları qorumaq üçün Baxmuta əlavə qüvvələr göndərdiyi qeyd olunur.

Ukraynanın Baxmutda əks-hücumları ilə müqayisədə "Vaqner"in hücum əməliyyatlarının məhdud xarakter daşıması Rusiyanın bu istiqamətdə təşəbbüsü itirdiyini təsdiqləyir”, - deyə məlumatda qeyd olunur.

 

BKS-IN ORBİTDƏN ÇIXARILMASI İLƏ BAĞLI SƏNƏD LAYİHƏSİ HAZIRLANIB

RusiyanınRoskosmosdövlət korporasiyası amerikalı həmkarları ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması prosesini tənzimləyən texniki sənəd layihəsi hazırlayıb. “Trendagentliyinin məlumatına görə, bu barədə korporasiyasının mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Bir müddət əvvəl biz amerikalı həmkarlarımızla birlikdə Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını, daha doğrusu, deorbitasiyanın texniki aspektlərini tənzimləyən texniki sənəd layihəsi hazırladıq”, - deyə məlumatda vurğulanır.

Dövlət korporasiyası bildirib ki, hər iki tərəfin imkanlarının tətbiq olunduğu Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılması üçün müxtəlif ssenarilər nəzərdən keçirilir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.