GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SƏMƏD BEHRƏNGİ

1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub. İlk təhsilini "Dəbiristani-Tərbiyət Daneşsəra"da alıb, sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi satirik qələm təcrübələrini bu dövrdə yazıb. Texnikumu bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Qoqan s. bölgələrində ibtidai sinif müəllimi işləyib. Sevdiyi peşəsindən ayrılmadan Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb ali təhsilini 1961-ci ildə başa vurub.

Bu dövrdə Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib

İtaliyanın Boloniya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Seçilmiş əsərləri  1987-ci ildə  Bakıda "Məhəbbət nağılı" adı ilə kütləvi tirajla buraxılıb.

1967-ci il avqustun 31- Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

 

Buzovum

Bir buzovum vardı.

Pəyədə yeri vardı.

Apardım suvarmağa,

Ayağı buzdan züydü.

Dedim: "Buz, sən necə güclüsən!"

Dedi: "Mən güclü olsaydım,

gün məni əritməzdi".

Dedim: "Gün, sən necə güclüsən!"

Dedi: "Mən güclü olsaydım,

bulud üstümü almazdı".

Dedim: "Bulud, sən necə güclüsən!"

Dedi: "Güclü olsaydım,

yağış məndən yağmazdı".

Dedim: "Yağış, sən necə güclüsən!"

Dedi: "Mən güclü olsaydım,

ot məndən göyərməzdi".

Dedim: "Ot, sən necə güclüsən!"

Dedim: "Siçan, sən necə güclüsən!"

Dedi: "Mən güclü olsaydım,

pişik məni tutmazdı".

Dedim: "Pişik, sən necə güclüsən!"

Dedi: "Mən güclüyəm ha, güclüyəm!

Dəmir daraq dişlərim,

Kürsüaltı qışlağımdı,

Kürsüüstü yaylağımdı.

Xanım nəmənə bişirsə,

O da mənim quymağımdı…".

 

KƏRİM GÜLƏNDAM

1947-ci ildə Güney Azərbaycanın ikinci böyük türk şəhəri olan Urmiyədə (Urmu) dünyaya göz açıb. Onun türkcə bir neçə şeir kitabı yayımlanıb. Kərim Güləndam tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Onun bizə məlum olan son işi Mir Musa Haşiminin İsveçdə çap olunmuş "Bir əsgərin xatirələri" kitabının fars dilinə tərcüməsidir.

 

Uşaq tapmacaları

O hansı bir heyvandı,

Cüt dişi var yamandı?

bir ayaq, bir qol,

Buruq-buruq gedər yol!

Gözlə yaman çalandı,

İlandı hay, ilandı!

 

Bir heyvan gördüm bağda,

Həm dənizdə, həm dağda.

Evin almış dalına,

Xoş onun əhvalına.

Ömrü uzun, beş yüz il,

Tısbağadır sən bil!

 

əti var, qanı,

Uçub gəzər cahanı.

Yeri bağdır, bostandır,

Dostu güldür, reyhandır!

Əynində ipək köynək,

gözəldir kəpənək!

 

 

Hərdən əyri qaş kimi,

Bir vaxt girdə baş kimi,

Göydən yerə baxan var,

Buludlarda axan var,

Mən qaçıram, o qaçır,

Süd rəngində nur saçır.

Aləmdə yox tay ona,

Biz deyərik, Ay ona!