MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Kral Pavilyonu"

XIX əsrin birinci yarısında inşa olunan "Kral Pavilyonu" Böyük Britaniyanın cənubunda Brayton şəhərində yerləşir. Böyük Britaniya krallarının keçmiş dənizkənarı iqamətgahı olan bu unikal tikili Kral IV Corcun sifarişi ilə tikilib. Eklektizmin ən gözəl nümunələrindən olan dəbdəbəli saray kompleksi 1787-ci ildə Henri Holland Uilyam Porden tərəfindən neoklassik üslubda dizayn edilsə , 1815-1822-ci illərdə memar Con Neş tərəfindən yenidən rekonstruksiya edilib. Hind-sarasen üslubunda inşa olunan tarixi abidə Hindistan, Mooriş Çin memarlığının bütün elementlərini özündə birləşdirib.

Etnik motivləri özündə əks etdirən binanın iddialı fasadı minarə, günbəz buddist paqodalarına bənzər yan qüllələrlə bəzədilib. Sarayın sahibinin zövqünə görə dizayn edilən kompleksin interyerində orijinal rəsm qravüralardan istifadə edilib. Burada dəbdəbə lüks funksionallıqdan daha üstün tutulub.

Klassik sərt üslubda tikilən binalardan fərqlənən "Kral Pavilyonu" öz dekorasiyası rəngarəngliyi ilə bu gün bütün dünya memarlarının diqqətini cəlb edir

 

"Berlinin beyni" kitabxanası

Orijinal binaların müəllifi məşhur memar Norman Fosterin layihələndirdiyi futuristik kitabxana binası Almaniyanın Berlin şəhərində yerləşir. N.Fosterin "Berlinin beyni" adlandırdığı kitabxana Berlin Azad Universitetinin Filologiya Kitabxanasının binasıdır. Ölkənin düşüncə mərkəzi kimi tanınan bu kompleksin tikintisi 2001-ci ildə başlayıb 2005-ci ildə kitabsevərlərin istifadəsinə verilib. 650 yerlik oxucu zalı olan müasir kitabxanada 700 mindən çox kitab toplanıb .

Sahəsi 6300 kvadratmetr olan kitabxana 4 mərtəbədən ibarətdir. Nəhəng beton konstruksiyadan hazırlanan binanın hər tərəfinə şəffaf şüşə panellər quraşdırılıb. Müasir ekoloji tələblərə cavab verən, xüsusi havalandırma istilik sistemi ilə təchiz edilən binada pəncərələrdən daxil olan hava kompüter sistemi ilə idarə olunur. Kitabxananın hər tərəfi pəncərədən ibarət olduğu üçün belə bir sistem binanın bütün ərazisində sərbəst havanın dövr etməsini təbii işıqlandırılmasını təmin edir.

Azad Universitetinin Filologiya Kitabxanası unikal görünüşünə görə "Lord Foster" Berlin Memarlıq Mükafatına layiq görülüb.

 

"Toyuq evi" kilsəsi

Dünyada məntiqi izahı olmayan qəribə tikililərdən biri İndoneziyanın Magelanq şəhəri yaxınlığında meşəlik ərazidə inşa olunan "Toyuq evi" kilsəsidir. 1990- ildə ibadət evinin ideyasını irəli sürən yerli sakin Daniel Ələmjah memarlıq bürosuna müraciət etdiyi zaman "Bir gecə qəribə bir yuxu gördüm, orada Tanrı məni göyərçin formasında dinindən asılı olmayaraq hər kəsin ziyarət edə biləcəyi ibadət evi tikməyə çağırdı" sözlərini söyləyir. elə həmin gün meşəlik ərazidə bir təpədə 5 000 kvadratmetrlik sahəsi olan torpaq alır. Bir çoxları D.Ələmjahın dəli olduğunu düşünür, lakin o yuxusunu həyata keçirmək üçün əlindən gələni əsirgəmir. Mühəndis təcrübəsinin olmamasına baxmayaraq o, kilsənin planını hazırlayır "nəhəng quş"un çox tez bir zamanda tikilməsini istəyir. Yalnız inşaat işləri vaxtı göyərçinin baş hissəsinə tac qoyulduğu üçün yerli əhali tikilini toyuğa bənzədir beləliklə kilsə "Toyuq evi" adlandırılır.

Uzun müddət "Toyuq evi" kilsəsi tərk edilmiş vəziyyətdə qalır, yalnız bir neçə il sonra bərpa işləri aparılır yeraltı ibadət otaqları da istifadəyə verilir. Mozaika vitrajlarla bəzədilmiş bu ibadət evində yerli əhali hətta toy mərasimləri keçirir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".