GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HƏBİB FƏRŞBAF

1944- ildə Təbrizin məşhur Bağmeşə məhəlləsində zəhmətkeş ailəsində dünyaya gəlib. İbtidai təhsilini "Mümtaz" mədrəsəsində alıb. Orta təhsilini "Siqətül-islam" dəbiristanında əla qiymətlərlə başa vurub. Elə məktəb illərində ikən onun qəlbində ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına güclü sevgi oyanıb.

İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış Yazıçı-Şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən H.Fərşbaf hazırda Təbrizin Dəvəçi Şeşgilan məktəblərində müəllimlik fəaliyyətini davam etdirir. Yazarın bu günədək "Qaradağ kəndlərində", "Dan yeri", "Uşaq bağçası", "Bir sevgi - bir ömür" kitabları çap olunub. Nəzm nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə olaylardır.

 

Tük yarpaqlı ağaclar

Töküldü bircə-bircə,

Ağacların yarpağı.

Əlvan rəngə boyandı,

Bağ-bağatın torpağı.

 

Günəşin qarşısında,

Çıl-çılpaq dayandılar,

Kölgələrin görəndə,

Lütlükdən utandılar.

 

Sərçələr pırıl-pırıl,

Budaqlara endilər.

Tük yarpaqlı budaqlar,

İsinib sevindilər.

 

ƏLİRZA NABDİL OXTAY

1944- ildə Təbrizdə anadan olub. Orta təhsilini Təbriz, Marağa, Ərdəbil Xoy şəhərlərində alıb. 1961-1967-ci illərdə Tehran Universitetinin hüquq fakültəsində oxuyub. Siyasi baxışlarına görə məhkəmə-ədliyyə orqanlarında çalışmasına icazə verilmədiyindən Xoyda müəllimlik edib, ana dilində məktəb mətbuatın olmadığı dövrdə əqidə məslək dostları ilə birgə ana dili uğrunda mübarizə aparıb.

İranda yaşayan xalqları, o cümlədən ayrı-seçkiliyə məhrumiyyətlərə daha çox məruz qalan Azərbaycan türklərini rejimə qarşı mübarizəyə hazırlamaq gələcəkdə ölkədə yaşayan xalqların hüquq bərabərliyini təmin etmək məqsədilə əqidədaşları ilə birlikdə Təbrizdə "İran Xalq Fədai Partizanları" təşkilatını yaradıb. Xalqı rejimə qarşı silahlı mübarizəyə çağıran Ə.N.Oxtay 1971-ci ildə onu daim izləyən xəfiyyələr tərəfindən güllələnmiş, yaralı halda həbsxana xəstəxanasına aparılmış, hətta bu halda da işgəncələrə məruz qalmışdır. İmkan tapıb xəstəxanadan qaçsa da, yenidən tutulmuş 1972-ci ildə edam edilmişdir.

 

Əl-ələ

Ay uşaqlar, əl-ələ!

Əl-ələ verin gedək Arzugilə!

Arzugil bizdən küsüblər, bilirik,

Bu zaman biz əl-ələ verməliyik,

Onları qaytarmağa getməliyik.

Qocalar dillənsələr baş verməyin,

Gecənin qıfılların açın, gəlin!

Bir gecə ay çıxanda biz çıxarıq,

Sel təki bölgəli dağdan axarıq,

Düşmənin evciyinə od yaxarıq.

Ay uşaqlar, əl-ələ!

Əl-ələ verin gedək Arzugilə!..