DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VİKTOR ORBAN UKRAYNA BÖHRANINI HƏLL ETMƏYİN YEGANƏ YOLUNU AÇIQLAYIB

Ukraynanın hazırkı münaqişədən qalib çıxa biləcəyi heç inandırıcı görünmür. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Rəqəmləri, mövcud vəziyyəti NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını nəzərə alsaq, aydın nəticə ondan ibarətdir ki, Ukrayna döyüş meydanında qalib gələ bilməz”, - deyə Viktor OrbanBloombergagentliyinə müsahibəsində vurğulayıb.

Eyni zamanda, baş nazirin fikrincə, Ukrayna böhranını həll etməyin yeganə yolu Rusiya ilə ABŞ arasında razılaşmalara nail olmaqdır.

Qeyd edək ki, bu ərəfədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Avropa İttifaqının Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.

Bununla yanaşı, bir neçə gün öncə Avropa diplomatiyasının rəhbəri Josep Borrell açıqlamasına görə, Ukraynaya yeni maliyyə yardımı tranşının Rusiyaya qarşı növbəti sanksiyalar paketinin verilməsi təkcə Macarıstan üçün deyil, -nin digər ölkələri üçün bir sıra suallar yaradır.

 

TÜRKİYƏDƏ YENİ NEFT QAZ YATAQLARI ÜÇÜN AXTARIŞLAR DAVAM EDƏCƏK

Türkiyədə yeni neft qaz yataqları üçün 2023- ilin sonuna qədər kəşfiyyat xarakterli qazıntılar aparılacaq. “Trendagentliyinin məlumatına əsasən, bu barədə Türkiyənin energetika təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında bəyan edib.

Eyni zamanda, nazir əlavə edib ki, ilin sonuna qədər Ordu şəhərində təbii qaz, Rizə şəhərində isə neft tapılma ehtimalı çox yüksəkdir.

Xatırladaq ki, mayın 2- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Bununla yanaşı, aprelin 19-da Türkiyənin Qara dənizdə tapılan təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20- Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.

 

BVF: DÜNYA GENİŞMİQYASLI DEDOLLARİZASİYA İLƏ ÜZLƏŞMƏYƏCƏK

Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya prosesi ilə üzləşməyəcək. “Röytersagentliyinin xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Qətər İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.

BVF direktorunun sözlərinə görə, dedollarizasiyanın bir müddət ərzində davam edib hazırda dünya valyuta ehtiyatlarında ABŞ dollarının payı getdikcə azalır.

Bununla yanaşı, Kristalina Georgiyeva əlavə edib ki, əvvəllər valyuta ehtiyatlarının 70 faizini ABŞ dolları təşkil edirdisə, indi bu göstərici 60 faizə qədər azalıb. “Biz ehtiyatlarla bağlı göstəricinin sürətlə dəyişəcəyini gözləmirik”, - deyə BVF rəhbəri vurğulayıb.

 

İMPERATORUN SAATI HƏRRACDA 5,1 MİLYON DOLLARA SATILIB

Çinin sonuncu imperatoru Pu İyə (1906-1967) məxsusPatek Philippesaatı Honkonqda keçirilən hərracda 40 milyon Honkonq dollarına (təxminən 5,1 milyon ABŞ dolları) satılıb. “Reportagentliyinin xəbərinə görə, bu barədəSouth China Morning Postnəşri məlumat yayıb.

Bildirilir ki, söhbət 86 yaşı olanReference 96 Quantieme Lunesaatından gedir. Onların hərracda ümumi qiyməti komissiyalar daxil olmaqla 48,9 milyon Honkonq dolları (təxminən 6,27 milyon ABŞ dolları) təşkil edib.

Məlumata əsasən, lotu telefonla təklif verən anonim kolleksiyaçı alıb. Qəzetin yazdığına görə, o, sonuncu dəfə təklifi dərhal 10 milyon Honkonq dolları (təxminən 1,28 milyon ABŞ dolları) qaldırıb.

Verilən xəbərə görə, hərrac zamanı saatlarla yanaşı, imperatorun digər şəxsi əşyaları da satılıb: yelpik, qeyd kitabçası, həmçinin onun qohumlarından birinin rəsmləri.

 

EV ABŞ-DA HEÇ VAXT DEFOLTUN OLMAYACAĞINI BİLDİRİB

ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddi ilə bağlı razılaşmanın olmamasına baxmayaraq, Birləşmiş Ştatlar heç vaxt defolt vəziyyətində olmayacaq. “Reportagentliyinin məlumatına görə, bunu evin sözçüsü Karin Jan-Pyer bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Cozef Bayden Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında razılaşmanın olmamasını şərh edən Evin sözçüsü deyib: “Biz borclarımızı ödəyirik, tariximizdə heç vaxt defolt olmamışıq olmayacağıq”.

Bundan əvvəl Kevin Makkarti prezident Cozef Baydeni fəaliyyətsizlikdə ittiham etmiş ABŞ-ı defolta apara biləcəyini vurğulamışdı.

Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Janet Yellen müvafiq tədbirlər görülməcəyi təqdirdə, ölkənin iyunun 1-dək defolta düşmə ehtimalının yüksək olduğunu qeyd edib.

 

RUSİYA ÇİN ARASINDA MEMORANDUM İMZALANIB

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Çinin Ticarət Nazirliyi arasında xidmətlər sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair memorandum imzalanıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Açıqlamaya əsasən, sənəd Pekində keçirilən Rusiya-Çin biznes forumu zamanı iki ölkənin nazirliklərinin rəhbərləri tərəfindən imzalanıb.

Tərəflər Rusiya-Çin regionlararası xidmətlər sahəsini inkişaf etdirmək, iki ölkə müəssisələrinin xidmətlər sahəsinin inkişafına yönəlmiş müxtəlif sərgi yarmarkalarda iştirakını təşviq etmək, habelə Rusiya Çin müəssisələrini bu sahədə birgə tədbirlər keçirməyə həvəsləndirmək barədə razılığa gəliblər.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun sözlərinə görə, xidmətlər sahəsi Rusiya Çin arasında münasibətlərdə getdikcə daha mühüm rol oynayır hər iki dövlət arasında ticarətin davamlı inkişafına töhfə verir.

 

ÜST İNSANLARA ŞƏKƏR ƏVƏZEDİCİLƏRİNDƏN İMTİNANI TÖVSİYƏ EDİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arıqlamaq istəyənlərə süni dadlandırıcılardan imtina etməyi tövsiyə edib. “Report”  agentliyinin verdiyi xəbərə əsasən, bu barədə təşkilatın bəyanatında qeyd olunur.

Məlumata görə, təşkilat şəkər əvəzedicilərinin arıqlamaq üçün təsirsiz olduğu sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq edib. ÜST-ün yeni təlimatına əsasən, şəkər əvəzedicilərinin uzunmüddətli istifadəsi potensial arzuolunmaz təsirlərə səbəb ola bilər. Bunlara ikinci tip diabet, ürək-damar xəstəlikləri ölüm riskinin artması daxildir.

Eyni zamanda, saxarin ya sukraloza kimi inqrediyentləri olan qidalar içkilər yemək ya yeməklərə əlavə etmək, böyüklərdə, eləcə uşaqlarda bədən yağının azaldılmasında uzunmüddətli fayda vermir.

Açıqlamada həmçinin qeyd olunub ki, insanlar şəkərlərin qəbulunu azaltmağın başqa yollarını nəzərdən keçirməlidirlər.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.