İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Ölkə çempionatına yekun vurulub

Bir nömrəli idman liseyində 13 yaşadək badmintonçular arasında ölkə birinciliyi başa çatıb. 64 oğlan 50 qız idmançının iştirak etdiyi yarışlar 5 kateqoriya üzrə keçirilibYarışa Bakı, Gəncə, Lənkəran, Siyəzən, Qusar, Şirvandan idmançılar qoşulub. Oğlanlar arasında şəxsi yarışda Fərəc Kərimli, qızlarda Qəndab Niftəlizadə, qoşa yarışlarda Malik Cəfərov - İlham Məhərrəmov, qoşa qızlarda Aysel Kazımova - Qəndab Niftəlizadə, qarışıq-qoşa yarışda isə Fərəc Kərimli - Aysel Kazımova ilk yeri tutublar.

 

Boksçumuz yarımfinal mərhələsində

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin boksçusu, 66 kiloqram çəki dərəcəsində rinqə çıxan Şəhla Allahverdiyeva rəqibini 4:1 hesabı ilə məğlub edib. Şəhla Allahverdiyevanın növbəti mərhələdə rəqibi fransalı idmançı olacaq. Qeyd edək ki, yarışın qalibləri mayın 26-da müəyyənləşəcək.

 

Güləşçilərimiz reytinq xarakterli turnirdə iştirak edəcəklər

İyunun 1- Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq turniri start götürəcək. Turnirdə 29 ölkədən 400-dən artıq güləşçi medallar uğrunda mübarizə aparacaq. Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev (hər üçü 74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) Maqomedxan Maqomedov (97 kq) təmsil edəcəklər. Qadın güləşçilərin mübarizəsində Jalə Əliyeva (57 kq) Elis Manolova (62 kq) yarışacaqlar.

 

"Baku Fire" komandası qalib olub

Futzal üzrə 2022-2023- il mövsümünə yekun vurulub. Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş bürünc medalçıları - "Neftçi" "Baku Fire" qarşılaşıblar. Qarşılaşmanın 12-ci dəqiqəsində "Baku Fire" komandasının oyunçusu Oruc Baxşəlizadə fərqlənib. Fasiləyə 4 top üstünlüklə yollanan komanda ikinci hissəni qələbə ilə yekunlaşdırıbQələbə qazanan "Baku Fire" ilk dəfə Azərbaycan kuboku yarışlarının qalibi olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".