Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Türkün böyük zəfəri: Çanaqqala savaşı" oxuculara təqdim edirik.

"Respublika".

 

Türkün böyük zəfəri: Çanaqqala savaşı

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri Türk dünyasının tarixində böyük əhəmiyyət kəsb edən, zəfər dastanına  çevrilən Çanaqqala savaşıdır. 1915-1916- illərdə, Birinci Dünya müharibəsi ərəfəsində  Gelibolu yarımadasında Osmanlı imperatorluğu ilə Antanta dövlətləri arasında  baş vermiş bu savaş türk xalqının şərəf qəhrəmanlıq salnaməsidir.

Osmanlı imperiyasının süqutu, yeni dövlətin - Türkiyə Respublikasının yaranması  ilə nəticələnən bu hadisə Birinci Dünya müharibəsinə qatılan bütün müttəfiq dövlətlərin tarixinə "hərbi uğursuzluq" faktı kimi yazılıb. Atatürk kimi bir dahini yetişdirən Çanaqqala döyüşü gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaradıb. Bu hadisə  daha sonralar Türkiyənin ilk Prezidenti olacaq Mustafa Kamal Atatürkün hərbçi kimi ən parlaq zəfəri hesab edilir.

Çanaqqala döyüşü Rusiyanın nəzarətində olan ərazilərdə müstəqil dövlətlərin, o cümlədən  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına yol açıb. Bu savaş bütün dünyaya sübut etdi ki, döyüşdə qələbə qazanmaq üçün əsas olan üstün say nisbəti ya yeni texnologiya deyil. Əhəmiyyətli olan igid, vətənpərvər  oğulların torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşmasıdır.

Çanaqqala döyüşü bilavasitə Avstraliya Yeni Zelandiya tarixində mühüm hadisələrdən biri hesab edilir. Belə ki, döyüş bu iki ölkəni  bir-birinə daha da yaxınlaşdırmış, Avstraliya Yeni Zelandiyanın müstəqil dövlət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Çanaqqala savaşı, həmçinin 1923- il iyulun 24- Türkiyə ilə Qərb dövlətləri arasında bağlanan  "Lozanna" müqaviləsinin imzalanmasına da səbəb olub. Məhz bu müqavilə  sayəsində Türkiyə  tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisələr üçün platforma rolunu oynayıb.

Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni 1915-1916- illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq üçün boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə  ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları uğursuz olmuş iki tərəf çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916- il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var.

Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi.

İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914- ilin avqustundan nəzarətə götürülmüşdü. 1914- il noyabrın 3- ingilis fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2- boğaza girdi 750 metr irəlidə yerləşən "Mesudiye" zirehli gəmisinə mərmi ataraq onu batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28- Osmanlı dövləti ilə döyüş qərarı verdi bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmənin döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18- ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.

Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türklərdən təmizləmək idi. Lakin  çətin olsa, türk xalqı bu döyüşdən alnıaçıq şərəflə çıxa bildi. Daha doğrusu, xeyli əraziləri əldən getmiş Osmanlının bu sonuncu ümid torpaqları uğrunda türk xalqı əzmkar mübarizəyə qalxdı düşmənləri geri oturtmağı bacardı.

Bu dövrdə Mustafa Kamal Paşaya Anafartalar cəbhəsində ordu qruplarından birinə rəhbərlik etmək tapşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək Mustafa Kamal Paşanın dediyi kimi, Seddülbahirdən quruya qoşun çıxarmağa başlayır.

1915-ci il aprelin 25- adıçəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başlayır. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi "Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək", - deyə bildirdi. Bu, bəlkə tarix boyu görünmüş ən böyük sınaq şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20- Anafartalar Arıburnu cəbhəsi, 1916- il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdi.

Ümumiyyətlə, 1914- ildə başlanan bu ağır savaşın ilk saatları olduqca dəhşətli keçmişdi. Topçuların açdıqları atəş düşmənin "Agamenon" gəmisinin gövdəsini parçalamış, "İnfexible" gəmisinin komanda məntəqəsini dağıtmışdı. Düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdi. Lakin türk əsgərlərinin mətinliyini əzmkarlığını, eləcə döyüşün arzuedilən səviyyədə getmədiyini görən britaniyalı admiral Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq, ingilislərin daha bir neçə gəmisini boğaza yeritmişdi. Buna baxmayaraq, düşmən istəyinə nail ola bilmədi. Türk topçularının açdıqları sərrast atəş nəticəsində Fransanın zədələnən "Gaulois" zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən "Bouvet" gəmisi döyüş meydanından uzaqlaşmaq istəyərkən mina ilə toqquşaraq partlamış, nəticədə gəmidə olan 639 hərbçi suya qərq olmuşdu. "Bouvet"in yardımına gələn onu xilas etmək istəyən "Suffren" "Gaulois" gəmiləri minaya düşərək batmışdı. Beləliklə, 6 saat ərzində müttəfiqlər 3 böyük zirehli gəmisini itirmiş, bir o qədər gəmi zədələnmişdi. Bunu görən Robeck donanmaya geri çəkilmək əmri vermiş, bu döyüşlərdə düşmən tamamilə sarsılmış bir daha dənizdən İstanbulu ələ keçirmək mümkün olmamışdır. Bu, Osmanlı əsgərlərinin Çanaqqala döyüşündə düşmən üzərində qazandıqları ən böyük tarixi zəfər idi.

Çanaqqala döyüşü həm gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz quru qoşunlarını əhatə edən bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına sosial mənşəyinə nəzər saldıqda mübarizənin bir ümumxalq mübarizəsi olduğu açıq-aydın özünü göstərir. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak etmişdir. Çoxlu sayda ziyalı həm vuruşmuş, həm əsl vətənpərvərlik təbliğatı aparmışdır. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırmışdır. Pis silahlanmış, lakin son dərəcə döyüşkən əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması dünya tarixində mərdlik cəsurluğun parlaq nümunəsi kimi qiymətləndirilir.

Bundan əlavə, illər ötəndən sonra Çanaqqala döyüşü bir dastana çevrilmişdir. Bu dastandakı qəhrəmanlardan biri yanındakı topçuların hamısı şəhid olaraq tək qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırdı. Gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş (qoca seyid) isə tək idi. Atmağa 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Adi vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünmürdü. Amma Seyid çavuş özü inanmır ki, ona güc haradan gəlir ki, o, 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözlə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyində çox mühüm əhəmiyyətli rol oynayır.

Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik cəsarət düşmən generallarını siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin Baş naziri Uinston Çörçill yazırdı: "Bu an məğlubiyyəti bütün damarlarımda hiss etməkdəyəm. Çox üzgünəm. Daha dünənə qədər ümidim var idi kiÇanaqqala bizimdir! Çünki bu savaşı qazanmaq üçün əsgəri, pulu, sursatı - hər şeyi hesablamışdım. Hər sahədə çox üstündük. Mütləq qazanacaqdıq. Yalnız bir tək şeyi hesaba almamışdıq: Mustafa Kamalı! İngilis qürurum olmasaydı, türkləri alınlarından öpmək, onları ayaqüstə alqışlamaq istərdim". İngilislərin məşhur birinci donanma rəisi Lord Fişer isə dəhşətə gələrək belə demişdi: "Qəhr olsun. Çanaqqala hamımızın məzarı oldu. Əsgərlik həyatım boyunca belə bir vəziyyətlə qarşılaşmadım. Niyə məğlub olduğumuzu soruşursunuz. Bütün açıqlığıyla gerçəyi bildirmək istəyirəm. Çox cəsur savaşan, bu ordunun Mustafa Kamal kimi bir komandirin qarşısında aciz qaldıq. Bunu heç zaman unutmayacam".

Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, 18 mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq fəlakət simvolu olmuşdur. Yeri gəlmişkən qeyd edək kiÇanaqqalada-Gelibolu yarımadasında min hektar ərazidə salınmış Milli Parkda qəhrəmancasına şəhidlik zirvəsinə çatan türk əsgərlərinin məzarı ilə yanaşışəhid olmuş 1200 Azərbaycan döyüşçüsünün məzarı da var ki, bu da milli iftixar doğurur. 1914-1917-ci illər Qafqaz Şərqi Anadolunun böyük bir hissəsi Rusiya üsuli-idarəsinin hakimiyyəti altında olduğu dövrdə Azərbaycan xalqı təzyiq təqiblərdən çəkinmədən Türkiyənin ağır günlərində türk xalqının yanında olmuşdur. Osmanlının çətin vəziyyətində azərbaycanlılar da qardaş ölkənin müdafiəsində iştirak etmək üçün öz köməklərini əsirgəməyiblər. Bu isə bir daha onu sübut edir ki, keçmişdə ata-babalarımız düşmənə qarşı eyni səngərdə birgə mübarizə aparıblar, bu gün ...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".