AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Novosti": Ermənistan Azərbaycan ərazi bütövlüklərinin qarşılıqlı tanınması haqqında

razılığa gəliblər

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəlindiyini bildirib. Bu barədə Serbiyanın xəbər saytı "Novosti.rs" məlumat yayıb.

Paşinyanın sözlərinə görə, ölkələr qarşılıqlı münasibətlərin tənzimlənməsi istiqamətində irəliləyiş əldə ediblər.

Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alaraq, indi ölkələrin sülh razılaşması əldə etmək imkanlarının olduğunu diqqətə çatdırıb.

 

"The Moskow Times": Ermənistan Azərbaycan Moskva danışıqlarında normallaşmaya

optimistdir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev mayın 25- üç ölkə liderinin birgə danışıqlarından əvvəl Rusiya prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda görüşüb.

Bu barədə Kanadanın "The Moskow Times" saytı məlumat yayıb. Ermənistan Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra əlaqələri normallaşdırmağa doğru irəliləyir. Bunu iki ölkə lideri Moskvada danışıqlar zamanı bildiriblər: "Ermənistanın Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə gəlmək ehtimalı var. Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur".  İlham Əliyev danışıqlardan əvvəl belə deyib. Paşinyan bildirib ki, iki ölkə ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edir. İrəvan regionda Ermənistan ərazisindən keçən bütün nəqliyyat əlaqələrini açmağa hazırdır. Putin isə deyib ki, bütün çətinliklərə problemlərə baxmayaraq, vəziyyət Qarabağ münaqişəsinin həlli istiqamətində inkişaf edir. Onun sözlərinə görə, üç ölkənin Baş nazirinin müavinləri Azərbaycan Ermənistan arasında nəqliyyat əlaqələrinin yenidən açılması ilə bağlı qalan məsələləri həll etmək üçün bir həftədən sonra Moskvada görüşəcəklər.

 

"TRT World": Prezident İlham Əliyev Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları olduğunu inkar etdi

"TRT World" xəbər saytı Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı barədə məlumat yayımlayıb. Məlumatda ölkə başçımızın Ermənistanın ittihamlarını inkar etdiyi yer alıb. Prezident İlham Əliyevin "Mən, əlbəttə diskussiya açmaq istəmirəm. Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur", - deyə söylədiyi fikirlər xəbərdə öz əksini tapıbDövlətimizin başçısının nitqində istifadə etdiyi "dəhliz" sözü barədə verdiyi açıqlama bu sözün beynəlxalq termin olduğunu Ermənistanın diqqətinə çatdırması da qeyd olunub.

 

"CaspianNews.com": Azərbaycan Avropa bazarlarına təbii qaz ixracını artırır

"CaspianNews.com" xəbər saytı Azərbaycanın bu ilin birinci rübündə xarici bazarlara 2,9, o cümlədən Türkiyəyə 2,7 Gürcüstana 0,9 milyard kubmetr olmaqla, ümumilikdə 6,5 milyard kubmetr qaz tədarük etdiyini bildirib.

2023- ilin mart ayında Avropa bazarları Azərbaycandan təxminən 612 milyon kubmetr təbii qaz alıb hesabat dövründə Azərbaycan 596 milyon avroya yaxın gəlir əldə edib.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya təbii qaz tədarük edir. TAP Cənub Qaz Dəhlizinin (SGC) son seqmentidir Türk-Yunan boru kəmərindən başlayaraq 773 kilometr quruda 105 kilometr dənizdə uzanır. Yunanıstanla sərhədi, Yunanıstan Albaniyanı keçərək İtaliyada son təyinat məntəqəsinə çatır.

Hazırda Azərbaycandan gündəlik qaz ixracının ən böyük hissəsi Avropa bazarının payına düşür avropalı istehlakçılar gündə təxminən 27 milyon kubmetr Azərbaycan qazı ilə təmin olunur.

2021-ci ildə Avropa Azərbaycandan 8 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə bu rəqəm 11,4 milyard kubmetrə yüksəlib.

Prezident İlham Əliyev Litvaya bu yaxınlarda səfəri zamanı bildirib ki, Avropaya mavi enerjinin tədarükünün bu il 12 milyard kubmetrə, 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatacağını gözlənilir.

 

"Belta": Belarus Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə ediblər

Belarus xəbər saytı Belta mayın 25- Belarusun Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Andrey Ravkovla Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun görüşü barədə xəbər yayımlayıb. Məlumatda bildirilir ki, görüş zamanı ikitərəfli maraqlara uyğun mövzulara toxunulub, tərəflər Azərbaycan Belarus dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı barədə danışıblar. Həmçinin Belarus Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının qarşıdan gələn 30 illiyi ilə bağlı tədbirlərin hazırlanması da müzakirə edilib.

 

"Anadolu Agentliyi": Azərbaycandan Anadolu Agentliyinə mükafat 

"Anadolu Agentliyi" Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində "Anadolu Agentliyi"nin (AA) baş direktor müavini baş redaktoru Yusuf Özhanın  "Şəms Milli Mükafatı"na layiq görülməsi ilə bağlı məlumat paylaşıb.

Agentliyin dərc etdiyi məqalədə bildirilib ki, Azərbaycan Dövlət Milli Dram Teatrında keçirilən mükafatlandırma mərasimində respublikanın siyasət, incəsənət, televiziya biznes nümayəndələri iştirak ediblər. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı da tədbirdə mükafatçılar arasında yer alıb. Azərbaycan Mədəniyyət Nazirliyi E Media Group Təşkilatının keçirdiyi tədbirdə öz sahəsində uğur qazanmış Azərbaycan üçün faydalı fəaliyyət göstərənlərə mükafatlar təqdim edilib.

Tədbirdə qeyd olunub ki, Türkiyə-Azərbaycan münasibətlərinin Azərbaycanın Qarabağda apardığı haqlı müharibəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında verdiyi töhfəyə görə AA-nin baş direktorunun müavini baş redaktor Yusuf Özhan "Şəms Milli Mükafatı"na layiq görülüb.

"Respublika".