Sudan qanunsuz istifadə hallarının qarşısı alınır
Digər xəbərlər

Sudan qanunsuz istifadə hallarının qarşısı alınır

Azərbaycan Dövlət Su Ehtiyatları  Agentliyi “Azərsu” ASC-də içməli sudan səmərəli və qənaətlə istifadənin təmin olunması, sudan qanunsuz istifadə hallarının aradan qaldırılması, bu sahədə qanunvericiliyin tələbləri və maarifləndirmə tədbirlərinə həsr olunmuş brifinq keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, qlobal iqlim dəyişiklikləri və quraqlıq son illər dünyada su ehtiyatlarının azalması tendensiyası Azərbaycanda da müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.  Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması mühüm tədbirlər həyata keçirilir. 

Su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradılmış  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir.

Cari ilin may ayından başlayaraq sudan qanunsuz istifadə hallarına qarşı tədbirlər gücləndirilib. May ayının ötən dövrü ərzində 1500-ə yaxın iri su istehlakçısında yoxlanma aparılıb və  onların 23 faizində nöqsanlar aşkarlanaraq 180 min kub metrə yaxın sərfiyyat bərpa edilib.

“Respublika”.