Sağlam həyat
Maraqlı

Sağlam həyat

Orqanizmi günə çıxaran qara giləmeyvə

Yayın sevimli meyvələrindən olan qara tut dadı ilə yanaşı faydaları ilə məşhurdur. Digər bir növünə   "xartut" da dediyimiz bu meyvənin hazırda əsl mövsümüdür. Bəs zövq alaraq yediyiniz bu giləmeyvənin faydalarından xəbəriniz varmı?

Tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, maqnezium, sink, selen, kalsium, nartium, maqnium, fosfor kimi orqanizm üçün vacib olan bir çox makroelementlərlə zəngin olan qara tut, hipokaliemiya (qanda kalium səviyyəsinin aşağı düşməsi) zamanı çox faydalıdırBuna görə həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zamanı xəstələrə qara tutdan hazırlanmış ekstraktı tövsiyə edirlər.

Meyvələrindən sirkə, doşab, şərab da hazırlanan qara tut orqanizmdə qanı artırır, susuzluğu aradan qaldırır, soyuqdəymə zamanı effektiv təsir göstərir. Ondan ürəklə bağlı problemlər (miokardiodistrofiya, müxtəlif dərəcəli ürək qüsurları s.) böyrək xəstəlikləri səbəbindən əmələ gələn xroniki şişkinliklər zamanı da istifadə olunur. Belə ki, meyvənin tərkibində olan kalium sözügedən xəstəliklərin əmələ gətirdiyi əlamətləri aradan qaldırmağa kömək edir. Bilavasitə davamlı olaraq qara tut yemək təngnəfəsliyin qarşısını alır, ürək ritmlərini normallaşdırır.

Bu meyvənin mütəmadi olaraq qəbulu  maddələr mübadiləsini sürətləndirir. Mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edən qara tutu tam yetişməmiş halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş qara tut isə bağırsaqları yumşaldır, qəbizliyi aradan qaldırır. Həmçinin bakteriasid antiseptik xüsusiyyətləri ilə seçilən meyvə iltihabın da qarşısını alır.

Qeyd edək ki, həddindən çox qara tut yemək ishala səbəb ola bilər. Bundan əlavə, yüksək təzyiqişəkərli diabeti olan  xəstələrə çox miqdarda qara tut yemək məsləhət deyil.

 

Bu insanlar daha az risk altındadır

Yaponiyalı elm adamları müəyyən ediblər ki, ayaq əzələləri güclü olan insanlarda infarktdan sonra ürək çatışmazlığı riski daha az olur.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Yaponiyanın Saqamihara Universitetinin tibb fakültəsinin mütəxəssisləri  tərəfindən aparılan araşdırmada  daha əvvəl heç vaxt ürəklə bağlı problemi olmayan, ilk dəfə infarkt keçirmiş 932 nəfər müayinə edilib. Daha sonra isə həmin xəstələr  4,5 il ərzində izlənilib. Nəticədə  ayaq əzələləri güclü olan  xəstələrin  ürək çatışmazlığı riskinin 10,2 faiz, zəif ayaq əzələlərinə sahib olan insanların isə sözügedən problemlə qarşılaşma ehtimalının 22,9 faiz daha yüksək olduğu müəyyən edilib. Bundan əlavə, tədqiqat çərçivəsindəhəmçinin ayaq əzələlərinin gücləndirilməsi ilə ürək çatışmazlığı arasındakı əlaqə araşdırılıb. Ayaq əzələlərindəki 5 faiz  yaxşılaşmanın ürək çatışmazlığı riskini 11 faiz azaltdığı məlum olub.

Tədqiqatçılardan Kensuke Ueno verdiyi açıqlamada bu üsulun infarktdan sonra ürək çatışmazlığı riski yüksək olan xəstələrin müalicəsində  tətbiq ediləcəyini söyləyib. Klinik şəraitdə ayaq əzələlərinin gücünü dəqiq ölçməyin asan olduğunu qeyd edən tədqiqatçı, bunun infarkt keçirmiş xəstələrdə ürək çatışmazlığı inkişafının qarşısının alınmasında yardımçı olacağını vurğulayıb.

 

Çiyələk sevənlər, diqqətli olun!

Alimlər bir sıra araşdırmalardan sonra, dünyada ən təhlükəli giləmeyvənin çiyələk olduğu qənaətinə gəliblər. Belə ki, bu meyvənin tərkibində insan orqanizmi üçün təhlükə yaradan  bir çox növdə kimyəvi zəhərli maddə - pestisid tapılıb.

Qeyd edək ki, pestisidlər kənd təsərrüfatında becərilən mədəni bitkiləri məhsulları ziyanvericilərdən qorumaq, eləcə bitkilərin məsuldarlığını artırmaq məqsədilə istifadə olunur. Meyvələri tez xarab olmaq ya məhv olmaqdan qorumaq üçün dünyada 1000-dən çox pestisid növündən istifadə olunur ki, onların hər birinin özünəməxsus xüsusiyyətləri toksikoloji təsirləri var. Diklordifinil, trixloretan lindan kimi daha ucuz (patentli olmayan) pestisidlərin bir çoxu torpaqda suda, hətta bir neçə il qala bilir. Bu səbəbdən 2001-ci il Stokholm Konvensiyasını imzalayan ölkələr sözügedən kimyəvi maddələrin istifadəsini ölkələrində qadağan ediblər. Statistik hesablamalara görəaz inkişaf etmiş ölkələrdə zəhərlənmə üzündən ölümlərin əsas səbəblərindən biri pestisidlərdir.

Mütəxəssislərin söylədiklərinə görə, bu maddələr hamilələrdə düşüklərə, vaxtından əvvəl açılışa ya yeni doğulan körpələrdə anadangəlmə qüsurlara səbəb ola bilər. Uşaqlarda isə yaddaş diqqət pozğunluğu, xərçəng xəstəliyinin əmələ gəlməsi, zəhərlənmənin ağır dərəcəsi, hətta ölümə belə  səbəb olma ehtimalı yüksəkdir.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Saqqızın da faydası var imiş...

Almaniyalı alimlər tərəfindən aparılan araşdırma zamanı  diş sağlamlığı ilə qida seçimi arasında əlaqə olduğu ortaya çıxıb. Elm adamlarının gəldiyi qənaətə görə, sulu yeməklərə üstünlük verən insanlarla müqayisədə  qızardılmış yemək yeyənlərin dişlərində daha çox kariyes yaranır. Araşdırma çərçivəsində, həmçinin məlum olub ki, saqqız dişlərin çürüməsinin qarşısını alır.

Qidaların kimyəvi tərkibiquruluşu, qidalanma şəklinin dişlərdə kariyesin yaranmasına yol açdığını bildirən mütəxəssislər, yapışqan çətin həll olan karbohidratların dişlərin mina qatına mənfi təsir etdiyini deyirlər. Maraqlıdır kitərkibində lif olan, möhkəm kəskin qoxuya malik qidaların isə kariyesə qarşı qoruyucu rol oynadığı qeyd edilib. Bundan əlavə sulu qidaların dişlərin mina qatına zərər verən turşulara daha az məruz qalmasını təmin etdiyi bildirilib.

Dişlərin fırçalanmadığı  təqdirdə su içmək ya ağızı qarqara etməyin kariyesdən qoruduğunu  qeyd edən elm adamları, şəkərli qidaların təkibində olan  turşuların dişlərə zərər verməsinin qarşısını almaq üçün onları soran qidalarla birlikdə istehlak edilməli olduğunu deyirlər. Məsələn, şirniyyatların tərkibində turşu olan içkilərlə deyil, su yaxud çayla istehlak edilməsi tövsiyə olunur. Həmçinin dişlərin sağlamlığı üçün meyvə şirəsi əvəzinə, birbaşa özünün istehlakı məsləhət görülür.

Mütəxəssislər, həmçinin  saqqızın  dişləri çürüməkdən qoruduğunu bildiriblər. Belə ki, saqqız çeynəmək tüpürcək ifrazını artırdığı üçün yeməkdən sonra dişlərin təmizlənməsini təmin edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".