DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA QƏRBİN YARDIMINDAN MƏHRUM OLA BİLƏR

Ukrayna təxribatçıları dəstəkləməkdə davam edərsə ya sərhədlərindən kənarda döyüşməyə qərar verərsə, Qərbin yardımını itirmək riski ilə üzləşəcək. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu fikriBloombergagentliyinin şərhçisi Andreas Klut bildirib.

Qərbdə ən böyük qorxu NATO-nun Rusiya ilə real münaqişəyə cəlb oluna biləcəyi bunun Üçüncü Dünya müharibəsinə çevriləcəyi ilə bağlıdır”, - deyə şərhçi qeyd edib.

Andreas Klutun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hücum taktikasına keçərsə, bir sıra Qərb ölkələri - bəlkə ABŞ Kiyevə dəstəyi dayandıra bilər. O, hesab edir ki, Ukrayna hakimiyyəti təxribatçıları təşviq etməməlidir.

Xatırladaq ki, bazar ertəsi ukraynalı diversantlar Belqorod vilayətinin Qrayvoron rayonu ərazisinə daxil olublar. Diversiya kəşfiyyat qrupununun hücumu nəticəsində 1 nəfər həlak olub, daha 13 mülki şəxs yaralanıb.

 

TÜRKİYƏ-İRAN SƏRHƏDİNDƏ TİKİLƏN DİVARIN BİR HİSSƏSİ TAMAMLANIB

Türkiyənin Van şəhəri ilə İran sərhəd xəttindəki qanunsuz keçidlərin qarşısını almaq üçün 295 kilometrlik divarın Çaldıran Özalp rayonları sərhədlərində yerləşən 96 kilometrlik hissəsinin inşası tamamlanıb. “Trendagentliyinin məlumatına görə, bu haqda Türkiyənin Van şəhər qubernatorluğunun açıqlamasında bildirilib.

Tikinti işlərinin dərhal başa çatması ilə ölkəmizin şərq sərhədləri fiziki maneə sistemi ilə möhkəmləndiriləcəkdir”, - deyə açıqlamada vurğulanır.

Məlumat üçün qeyd edək ki, Vanın İran sərhəddindəki Çaldıran rayonunda başlayan, Ağrının Doğubayazıt Hakkarinin Yüksekova rayonlarına qədər uzanan modul divar ağıllı qüllə işləri davam etdirilir.

Qalan hissədə hündürlüyü beş metr, eni 2,87 metr olan beton maneələr düzülüb. Tədbirlərlə son üç ildə 155 mindən çox qeyri-qanuni miqrantın keçməsinin qarşısı alınıb.

 

VAQNERQRUPLAŞMASININ BAXMUTDAN ÇIXMAĞA BAŞLADIĞI TƏSDİQLƏnİB

Vaqnermuzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb. “Reportagentliyinin xəbər verdiyi kimi, bu barədə Ukraynanın Təhlükəsizlik Müdafiə Şurasının sədri Oliksi Danilov müsahibəsində bildirib.

Şura sədrinin sözlərinə görə, bu, “Vaqnerin mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir: “Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.

Oliksi Danilov Baxmutun müharibənin gedişatında mühüm rol oynadığını vurğulayıb əlavə edib ki, Ukrayna ordusu şəhəri müdafiə etməyə davam edəcək.

Bununla yanaşı, Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqnerçilər şəhərdən çıxmağa başlayıblar. “Vaqner Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, onlar yenidən hücuma keçə bilərlər”, - deyə nazirliyin açıqlamasında bildirilir.

 

BRİTANİYADA KOMPÜTER NASAZLIĞI SƏBƏBİNDƏN 150 REYS LƏĞV EDİLİB

İngiltərəninBritish Airwaysşirkəti kompüter nasazlığına görə son bir neçə gündə təxminən 150 reysi ləğv edib. Bu barədəFinancial Timesqəzeti məlumat yayıb.

Verilən xəbərə görə, cümə axşamı şirkət 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında daha 66 reysi ləğv etmək məcburiyyətində qalıb.

Orta hesablaBritish Airwaystəyyarələri gündə təxminən 850 daxili beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda, qarşıdan gələn yaz tətili həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.

Uçuşlarımızın böyük əksəriyyəti yerinə yetirilsə , texniki nasazlıq səbəbindən Hitroudan bəzi qısamüddətli uçuşları ləğv etdik”, - deyə şirkət sərnişinlərdən üzr istəyib.

Açıqlamaya əsasən, “British Airwayshələ ki, nasazlığın nədən ibarət olduğunu onun nəticələrinin tam olaraq vaxt aradan qaldırılacağını açıqlamayıb.

 

SUDANIN MÜDAFİƏ NAZİRİ HƏR KƏSİ SİLAHLANMAĞA ÇAĞIRIB

Sudan müdafiə naziri Yasin İbrahim ehtiyatda olan təqaüdçü hərbçiləri qiyamçı Çevik Hərəkət Qüvvələrinə (ÇHQ) qarşı silahlanmağa çağırıb. “Teleqraf.comun verdiyi xəbərə görə, nazir qiyamçıları dövlətə yaxın bəzi şəxsləri alçaltmaqda təqaüdçü hərbçiləri saxlamaqda ittiham edib.

Ordudan təqaüdə çıxmış bütün zabitl

əri, kiçik rütbəli zabitləri sıravi hərbçiləri silah tuta bilən hər kəsi özlərini, ailələrini, qonşularını şərəflərini qorumaq üçün silaha sarılmağa çağırırıq”, - deyə nazir bildirib.

Sudan Kommunist Partiyası da ÇHQ-nin  paytaxt Xartumda partiya qərargahına basqın etdiyini oranın talan edildiyini, eləcə mərkəzə ciddi ziyan dəydiyini açıqlayıb.

Hökumətə bağlı ordu ilə ÇHQ arasındakı fikir ayrılıqları aprelin 15-dən açıq qarşıdurmaya çevrilib. ÇHQ hökumətin Silahlı Qüvvələrə birləşmə tələbini rədd edir. Bundan sonra hakimiyyətə qarşı öz iddiasını ortaya qoyan qiyamçılar silahlı mübarizəyə başlayıblar.

Məlumat üçün qeyd edək ki, Çevik Hərəkət Qüvvələri 2019-cu ildə devrilmiş prezident Ömər əl-Bəşirin dövründə qiyamçılara qarşı mübarizə, sərhədləri Darfurda asayişi qorumaq üçün yaradılıb.

 

VOLODİN: ABŞ-IN DÖVLƏT BORCU QLOBAL MALİYYƏ PİRAMİDASIDIR

Dünyada dollardan asılı olan dövlətlər bu gün artıq alternativ axtarmalıdırlar. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib.

Duma spikerinin sözlərinə görə, ABŞ-ın dövlət borcu digər xalqları ölkələri aldatmaq üçün qurulmuş qlobal maliyyə piramidasıdır.

Əsrin ən böyük maliyyə fırıldağı. ABŞ defoltun astanasındadır. Ştatlar digər dövlətlərin hesabına yaşayır”, - deyə siyasətçi özününTelegramkanalında yazıb.

Əvvəllər bildirilib ki, 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub Rusiyanın borcunu 107 dəfə üstələyib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünya maliyyə sisteminin mərkəzləşdirilməsi onun daha davamlı işinə kömək edəcək, həmçinin siyasi tərkib hissəsini iqtisadiyyat sahəsindən çıxaracaq. Moskva bu vəziyyətdə digər ölkələrlə qarşılıqlı hesablaşmalarda dost olmayan ölkələrin valyutalarının payını ardıcıl olaraq azaldır, gələcəkdə milli valyutalardan istifadəyə keçməyi planlaşdırır.

 

FTB II ELİZABETƏ QARŞI SUİ-QƏSD PLANLARININ SƏNƏDLƏRİNİ AÇIQLAYIB

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İngiltərə kraliçası II Elizabetin 1983- ildə ABŞ-a səfəri zamanı planlaşdırılan sui-qəsdin sənədlərini paylaşıb. “Teleqraf.comun xəbərinə görə, sənədlərdə kraliçanın ABŞ-a səfəri ilə bağlı məlumatlar mümkün sui-qəsd planları barədə təfərrüatlar yer alıb.

Kraliça II Elizabeth həyat yoldaşı Şahzadə Filipə səfərdən təxminən bir ay öncə sui-qəsdlə bağlı xəbərdarlıq edilmiş sənədlərdə San-Fransiskodakı İrlandiya barında bir nəfərinöldürülən qızı üçün qisas almaqistədiyinə dair kəşfiyyat hesabatları daxildir.

Sənədlər göstərir ki, şübhəli şəxsQızıl qapıkörpüsündən keçərkən yaYosemitMilli Parkını ziyarət edərkən kraliçaya zərər verməyi planlaşdırıb. Səlahiyyətlilər təhdidlərə görəQızıl qapıkörpüsünü piyadalar üçün bağlayıb. Milli Parkda görülən tədbirlərlə bağlı isə heç bir məlumat verilmir.

Qeyd edək ki, sözügedən 102 səhifəlik sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı çərçivəsində medianın tələbi ilə bu həftə FTB-nin saytında dərc edilib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.