Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan
Məktublar

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi ölkədir, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Şübhəsiz ki, bu, təkcə ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən özünəməxsusluğu, insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır.

Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaqdır.

Sizə və Azərbaycanın bütün vətəndaşlarına səmimi-qəlbdən səadət, uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

Rəşid Temrezov

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı