Elmi-praktik konfrans
Elm və təhsil

Elmi-praktik konfrans

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qeyri-neft sektoru qlobal ərzaq təhlükəsizliyi problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

 Sonra konfransda "Ümummilli Lider Heydər Əliyev ADAU" filmi nümayiş olunub. Tədbirdə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov qeyd edib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il iyulun 22- "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin keçirilməsi haqqında" Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı qəbul edilib. 1980-ci il dekabrın 16-da Gəncədə ulu öndər Sovet İttifaqının rəhbərliyi adından "Şərəf nişanı" ordenini təntənəli şəkildə institutun bayrağına sancıb.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ərzaq təhlükəsizliyinin dövlətin milli təhlükəsizliyinin mühüm komponenti olduğunu diqqətə çatdırıbO bildirib ki, ərzaq təhlükəsizliyi ölkənin müstəqil siyasət yürütməsi, öz hüquqlarını tələb etməsi hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin qeyri-neft sahəsi kimi əhəmiyyətini vurğulayaraq, bu səhədə görülən işlərdən əhatəli danışıb.

Mill Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ulu öndər Heydər Əliyevin 1969-1981-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə heyvandarlıq, meliorasiya kənd təsərrüfatının digər sahələrində gördüyü işləri diqqətə çatdırıb.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəb Öztop Ege Universitetinin rektoru Necdet Budak çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində uğurlu əməkdaşlığın davam etdiyini bildiriblər.

AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli mövzu ətrafında fikirlərini səsləndiriblər. Tədbirdə Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub

Zabit XƏLİLOV,

"Respublika".