Sülhə doğru növbəti addım
Siyasət

Sülhə doğru növbəti addım

Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində bu gün Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Almaniya liderləri Emmanuel Makron Olaf Şolts, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş həyəcanla gözlənilir.

Mayın 30-da bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib: "ABŞ Ermənistanın b naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Kişineuda məhsuldar görüşü səbirsizliklə gözləyir". Millerin sözlərinə görə, ABŞ problemlərin zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla həll olunacağına ümid edir: "Aqressiv ritorika yalnız keçmiş zorakılığın davamına gətirib çıxara, həm ictimai, həm özəl konstruktiv dialoq sülh, fürsətlər ümid yarada bilər", - deyə o əlavə edib ki, Birləşmiş Ştatlar davamlı ləyaqətli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır. Digər tərəfdən, Avropa İttifaqı () Şurasının Prezidenti Şarl Mişel Kişineu görüşü ilə bağlı verdiyi açıqlamada bildirib: "Maksimalist mövqelərdən çəkinmək dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlar zəruridir".

Göründüyü kimi, bütün dünyanın diqqəti bu görüşdə qəbul olunacaq qərara fokuslanıb. İstənilən halda, regionun Azərbaycanın dəstəklədiyi sülh sazişinin imzalanması arzu ediləndir. Lakin bu çərçivədə atılan addımların bu ana qədər şərti xarakter daşıdığını qeyd etmək lazımdır. Ermənistan qeyri-konstruktiv mövqeyini kənara qoymaq niyyətində deyil Cənubi Qafqazı uçuruma sürükləməkdə qərarlıdır. Digər tərəfdən, Avropa Amerika isə Kişineuda, yəni Avropa sərhədlərində sülh sazişinin imzalanmasının tərəfdarıdır. Bu çərçivədə artıq müəyyən təzyiqlər var məqsəd olduqca aydındır. Şübhəsiz ki, Rusiya ilə güc savaşında Cənubi Qafqazla bağlı hər hansı bir sülh müqaviləsinin imzalanması ABŞ Avropa Parlamenti tərəfindən təmin edilərsə, Şimal qonşumuzun regiondakı gücü olduqca zəifləyəcək hər iki güc dairəsi bu regiondan istədiyini almış olacaq.

Bildiyiniz kimi, bundan əvvəl keçirilmiş 4 görüşdə sülh bərqərar olmadı. Lakin sülh üçün hər iki tərəf müəyyən addımlar atıb. Xüsusilə, Azərbaycan Ermənistanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıması 30 ildən bəri ən müsbət addım kimi qiymətləndirilir. Bu hal Azərbaycandan daha çox Ermənistanın xeyrinədir. Belə ki, Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmış dövlət kimi konturları müəyyən olmayan ərazi olaraq beynəlxalq məkanda tanınır. İlk növbədə, Nikol Paşinyanın qarşısında dayanan özünün tez-tez dilə gətirdiyi məsələ elə budur. Buna baxmayaraq, Ali Avrasiya İqtisadi Şurasında keçirilən görüş zamanı baş nazirin tam əks mövqedə olduğu diqqətdən yayınmadı. Üstəlik, sülh prosesində bu kimi önəmli addımların atıldığı bir vaxtda bu cür fikirlərin səsləndirilməsi Kişineu görüşünü sual altında qoydu. Bütün hallarda Kişineuda sülh sazişinin imzalanması baş tutmasa belə, Azərbaycan Ermənistan arasındakı Rusiya Baş nazirinin müavini Aleksey Overçukun qeyd etdiyi texniki bəzi məsələlərin həll edilməsinə şərait yaratmış olacaq. Rusiya rəsmisi bunu da bildirib ki: "Söhbət Azərbaycan Ermənistan arasında sərhədi keçmə prosedurundan, adətən sərhəddə həyata keçirilən sərhəd gömrük nəzarətinin necə tənzimlənməsindən gedir".

Görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan dövləti öz qətiyyətini beynəlxalq arenada sübut etmiş, Ermənistana isə bizim şərtlərimizlə qəbul ediləcək sülh müqaviləsindən başqa şans verməmişdir. Bütün bunların fonunda ölkə başçımızın da bildirdiyi kimi, "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl "Qarabağ Ermənistandır" deyirdilər hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim "Qarabağ Azərbaycandır!" sözlərimin təkrarıdır".

Nurlan ABDALOV,

"Respublika".