Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan
Məktublar

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

İcazə verin, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirim.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 105 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram Azərbaycan xalqının müstəqilliyinin, dövlətin çoxəsrlik inkişaf yolunun rəmzinə çevrilmişdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Bu gün Azərbaycan Respublikası vətəndaşların sosial hüquqlarının təmin edildiyi, tarixi-mədəni və mənəvi irsin qorunması, inkişaf etdirilməsi üçün şəraitin yaradıldığı ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdən biridir.

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir və ümidvar olduğunu bildirir ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın rifahı naminə ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirirəm.

Hörmətlə və ən xoş arzularla,

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar

Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri