Reklam və elanlar

"BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

"BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin təsisçilərinə:

Maliyyə hesabatlarının auditinə dair:

Rəy

Mən, "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət zərər, məcmu gəlirlər, kapitalda dəyişikliklər göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir ( ya düzgün ədalətli təsəvvür yaradır).

Audit təqdim olunmuş sənədlər əsasında aparılmışdır. Təqdim olunmuş sənədlərin düzgünlüyünə təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatım "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİndƏn asılı deyiləm mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının BAS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, bilərəkdən ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİni ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alterativ olmadığı halda, rəhbərlik "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər "BAKI OVUNTU METALLURGİYA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyim daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

"Azərbeynəlxalqaudit xidməti"

MMC-nin direktoru auditoru Misir Əhmədov

19 may 2023- il