Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Sosial həyat

Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra nazir Mikayıl Cabbarov Gürcüstanın Qəhrəmanlar meydanını ziyarət edib, bu ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, M.Cabbarov Gürcüstana səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan-Gürcüstan biznes forumunda iştirak edəcək, bu ölkənin Baş naziri və iqtisadiyyat naziri ilə görüşəcək.