Təmizlik aksiyası
Ekologiya

Təmizlik aksiyası

AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər. Bu barədə 5 iyun qurumdan verilən məlumatda bildirilir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər. Aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub.

“Respublika”.