Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Berlin divarının dağıdılması" oxuculara təqdim edirik.

"Respublika".

 

Berlin divarının dağıdılması

Bəşəriyyətin təkamülünə səbəb olaraq dünyanın düzənini, eləcə tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri 9 noyabr 1989-cu ildə Berlin divarının dağıdılmasıdır. Azadlıq uğrunda gedən mübarizənin simvoluna çevrilən bu hadisə nəticəsində Almaniyada şərq qərb ayrılığı bitmiş, Almaniya Demokratik Respublikası rəsmi olaraq sonlandırılmışdır.

Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya getməklərinə əngəl olmaq üçün 1961-ci il avqustun 13- bir gecə içində hörülən 43 kilometrlik divarın dağıdılması ikinci dünya savaşından sonra mövcud olan "soyuq müharibəyə" simvolik olaraq "yox" deməklə tarixə düşüb. Qeyd edək ki, həmin divar qərbdə illərlə "Utanc divarı" (Schandmauer) olaraq da xatırlanıb.

1946- il martın 5- ABŞ-ın Missuri ştatının Fulton şəhərində çıxış edən Böyük Britaniyanın baş naziri Uinston Çörçill Sovet İttifaqını sərt tənqid edən çıxışı ilə sonradan tarixdə "Soyuq müharibə" adlandırılacaq yarıməsrlik ideoloji, siyasi hərbi qarşıdurmanın əsasını qoymuş oldu. Birlikdə faşizm üzərində qələbə qazanmış keçmiş müttəfiqlər dünyada yaranmış yeni geosiyasi reallıqda bir-birinə düşmən kəsildilər.

Çörçill çıxışında Varşava, Berlin, Budapeşt, Praqa, Sofiya, Belqrad, Vyana, Buxarest kimi Mərkəzi Şərqi Avropa paytaxtlarının "sovet təsir dairəsi"ndə olduğunu rəsmi Moskvanın yerli kommunist partiyalarını hakimiyyətə gətirdiyini bildirmişdi. Bu çıxış demokratik dəyərlərə əsaslanan kapitalist Qərbi sosializm ideyaları ilə idarə olunan Sovet İttifaqına qarşı qoydu.

Bu 2 ideoloji-siyasi sistem arasında mövcud olan rəqabət özünü dünyanın müxtəlif nöqtələrində - Kuba böhranında (1962), Vyetnam müharibəsində (1965-1975), Əfqanıstan müharibəsində (1979-1989) s. büruzə verirdi. "Soyuq müharibə"nin belə gərgin nöqtələrindən biri Berlin şəhəri ilə bağlı idi. Uzun illər bu şəhəri iki hissəyə - Qərbi Şərqi Berlinə ayıran 43 kilometrlik divar "Soyuq müharibə"nin simvolu sayılırdı.

İkinci Dünya müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya SSRİ birləşərək Hitler Almaniyasına qalib gəldilər. Sovet qoşunlarının ələ keçirdiyi Berlin müttəfiqlər arasında əldə olunan razılaşmaya əsasən, 4 zonaya - Fransa, SSRİ, Böyük Britaniya ABŞ zonalarına bölündü. Gələcəkdə bu zonaların birləşdirilməsi ümumalman seçkilərinin keçiriliməsi nəzərə tutulurdu. Lakin yuxarıda qeyd olunduğu kimi, Uinston Çörçillin "Fulton nitqi" Sovet İttifaqı ilə gərginliyə yol açdı.

Qərb müttəfiqlərinin nəzarətində olan Almaniya torpaqlarında 1948-ci ildə Almaniya Federativ Respublikası yaradıldı. Cavab olaraq SSRİ öz nəzarətində olan torpaqlarda Almaniya Demokratik Respublikasını yaratdı. Almaniyanın yenidən vahid dövlət halında birləşməsi perspektivləri tamamilə məhv oldu. Münasibətlərin kəskinləşdiyi zamanda Berlin şəhərinin rəsmi statusu da əsas müzakirə mövzularından biri idi. Belə ki, Qərb müttəfiqlərinin Qərbi Berlindəki işğal zonası Almaniya Demokratik Respublikasının mərkəzində yerləşirdi hər tərəfdən mühasirədə idi.

ABŞ, Fransa Britaniya işğal zonalarını birləşdirərək Qərbi Berlini sovet təsir dairəsində öz anklavlarına çevirdilər. ADR (Almaniya Demokarik Respublikası) SSRİ müttəfiqlərin təcriddən bezərək Berlinin Qərbini tədricən tərk edəcəyinə ümid bəsləsələr bu, baş vermədi. Əksinə, ABŞ Qərbi Berlinə hərbi yardımlar göstərdi. Ümumiyyətlə, Qərbi Berlin xüsusi statusa malik olduğu 1949-1990- illər ərzində Almaniya Federativ Respublikasının Konstitusiyasının fəaliyyət göstərmədiyi ərazi idi. Şəhərdə alman ordusu deyil, amerikalı britaniyalı hərbçilər yerləşdirilmişdi. Qərbi berlinlilər Almaniya seçkilərində səs vermir, hərbi mükəlləfiyyətdən azad hesab olunur öz qanunverici orqanlarının qərarı ilə idarə olunurdular.

1954- ilə qədər sovet nəzarətindəki Şərqi Berlinlə Qərbi Berlin arasında gediş-gəliş sərbəst idi. Şəhəri iki yerə ayıran 43 kilometrlik sərhəd xətti evlərin arasından, çay kanallarından s. keçirdi. Sərhəd zolağı boyu yerin üstündə 81, metro xəttində isə 13 stansiya keçid məntəqəsi rolunu oynayırdı.

Berlinin Şərqi Qərbi arasında aydın sərhəd xəttinin olmaması müəyyən anlaşılmazlığa, insanların sərhədi icazəsiz keçməsinə, casusluq fəaliyyətinə səbəb olurdu. Digər tərəfdən Almaniya Demokratik Respublikasında pulsuz təhsil alan gənclər gizli yollarla Qərbi Berlinə keçir burada çalışaraq, daha çox qazanc əldə edirdilər.

1957-ci ildə AFR kansleri Konrad Adenauer Almaniya Demokratik Respublikasını tanıyan dövlətlərlə diplomatik münasibətlərin kəsiləcəyi ilə bağlı qanun layihəsinin qəbul olunmasına nail oldu. Sovet tərəfinin Qərbi Berlinin hərbsizləşdiriliməsi ilə bağlı təklifi Qərb dövlətləri tərəfindən rədd olundu. Əksinə, 1961-ci ilin mayında NATO Qərbi Berlinə yeni hərbi qüvvələr göndərdi. Cavab olaraq SSRİ rəhbəri Nikita Xruşşov Berlini "ADR-in paytaxtı" adlandırdı Qərbi Berlinin "azad şəhər" elan olunmasını tələb etdi. ADR-in 1-ci katibi Valter Ulbrixt isə Şərqi Qərbi Berlin arasında etibarlı sərhədin olmasını tələb edirdi. Ulbrixt təkcə 1961-ci ildə Şərqdən Qərbi Berlinə 270 mindən artıq insanın qaçdığını deyirdi.

1961- il avqusutn 3-5-i tarixlərində yaranmış vəziyyətlə bağlı Moskvada Varşava Müqaviləsi Təşkilatına üzv olan kommunist dövlət başçılarının geniş iclası keçirilir. Məhz bu görüş zamanı Berlin şəhərini iki yerə ayıracaq divarın çəkilməsi qərara alınır. Artıq avqustun 7- şəhərin iki hissəsi arasında sərhəd xətti bağlanır. 1961- il avqustun 13-ü gecə saatlarında isə Berlin divarının tikintisinə start verilir. ADR-in 25 minlik hərbləşdirilmiş qrupları Qərbi Berlinlə sərhəd zolağı boyunca mövqe tutur tikinti işlərinə başlayırlar. Sovet ordusu da tikintinin getdiyi müddətdə döyüş hazırlığına gətirilir. Şəhəri iki yerə ayıran sərhəd xəttindəki bütün evlər sökülür sakinlər köçürülür. 4 metro xətti sərhəd keçid məntəqələri bu müddətdə fəaliyyətini dayandırır. 1961-ci ildən 1975-ci ilə qədər Berlin divarının tikintisi yenilənməsi davam edir. Tikanlı məftillərdən, beton seqmentlərindən ibarət 3,6 metr hündürlüyə malik divar, müşahidə qalaları, xəbərdarlıq raketlərindən ibarət şəbəkə, projektor-işıqlandırma sistemi s. mühəndis priyomlarından ibarət Berlin divarı yalnız Berlini deyil, həm Qərblə Şərqi, kapitalizmlə sosializmi bir-birindən ayıran simvol halına gəlir.

Divarın hörülməsindən sonra Qərbi Berlinə səfər etmək ADR vətəndaşları üçün xeyli çətinləşdi. Təqaüdçülər istisna olmaqla, qalan hər kəs bunun üçün xüsusi icazə almalı idi. 43 kilometrlik divar boyu xüsusi postlar quraşdıran ADR hakimiyyəti sərhədi qanunsuz keçməyə çalışan şəxslərin qarşısını almaq istəyirdi. Lakin ADR hakimiyyəti sərhəd pozuntularının qarşısını tam ala bilmirdi. 1989-cu ilin 8 noyabrına qədər Qərbi Berlinə 5054 dəfə qaçış aksiyası baş tutmuşdu. İnsanlar hazırladıqları uçuş aparatları, deltaplanlar vasitəsilə, kəndirlə, yeraltı tunellərlə, buldozerlə s. kommunist Almaniyasını tərk etməyə çalışırdılar.

Digər tərəfdən isə 1964-1989-cu illər ərzində Almaniya Demokratik Respublikasının qeyri-rəsmi razılığı əsasında pul qarşılığında 215 min Şərqi Almaniya sakininin Qərbi Berlinə, yaxud Almaniya Federativ Respublikasına buraxılmasına icazə vermişdi. Onu da qeyd edək ki, Berlin divarının mövcud olduğu 28 il ərzində azı 125 nəfər sərhədi keçmək istəyərkən öldürülmüşdü. Həmin dövrdə ADR xüsusi xidmət orqanı olan "Ştazi" divarı Şərqi Berlin istiqamətindən aşmaq istəyən istənilən şəxsin güllələnməsi barədə polisə göstəriş vermişdi. Amma Qərbi Berlindən qaçaraq ADR-ə gələn şəxslərə qarşı silah istifadə olunması qadağan idi. Berlin divarını aşan Qərbi berlinlilər adətən içkili halda bu addımı atanlardan, yaxud divarın mövcud olmasına etiraz edən şəxslərdən ibarət olurdu.

1987-ci il iyunun 12- Berlinin 750 illiyi ilə bağlı şəhərə gələn ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqının Baş katibi Mixail Qorbaçova Berlin divarlarını göstərərək, gözlənilmədən: "Cənab Qorbaçov, bu qapıları açın, Cənab Qorbaçov bu divarı dağıdın", - deyə müraciət edir. Nəhayət, 1989-cu ilin mayında sosialist dövlətlərindən olan Rumıniya Qərb qonşusu Avstriya ilə sərhədləri açıq elan edir. Almaniya Demokratik Respublikasının sakinləri bu sərhəddən istifadə edərək böyük axınla Federativ Almaniyaya axışırlar. Almaniyanı mitinqlər kommunist hakimiyyətinə qarşı etiraz aksiyaları bürüyür. Nəticədə ADR-in bütün rəhbərliyi istefa verir.

1989-cu il noyabrın 9-da xalq qarşısında çıxış edən ADR baş naziri Hünter Şabovski ölkə vətəndaşlarının Qərbi Berlini AFR-i maneəsiz ziyarət edə biləcəyini deyir. Bundan bir neçə saat sonra polis sərhədçilərə məhəl qoymayan Berlin sakinləri hər iki tərəfdən şəhəri ayıran Berlin divarı qarşısında toplaşır divarı aşaraq bir-birilə görüşməyə başlayırlar.

Hadisələr sürətlə inkişaf edir 1990- il oktyabrın 2- Almaniyanın birləşməsi ilə nəticələnir. Buna həm Qərb, həm sovet rəhbərliyi razılıq verir. Birləşmədən bir neçə ay sonra 43 kilometrlik Berlin divarı sökülür. Onun yalnız 1,3 kilometrlik hissəsi gələcək nəsillərə xatirə olaraq saxlanılır. Uzun illər "Soyuq müharibə"nin simvolu hesab edilən Berlin divarı sökülməklə həm müharibənin sonunu sosializm sisteminin çöküşünü əks etdirdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".