İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

"Əziz Şuşa" beynəlxalq velosiped yarışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışı davam edir. Turnirin ikinci mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. Velosipedçilər bu dəfə 176,2 kilometr məsafə qət edərək Qəbələ - Şəki - Qəbələ marşrutu ilə hərəkət edəcəklər. Qeyd edək ki, birinci günün qalibi Bakıdan Şamaxıya 150 kilometr məsafəni qət edərək bolqarıstanlı Martin Papanov olub.

 

Ölkə çempionatına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Kapoeyra FederasiyasıGənclər İdman Nazirliyinin birgə təşkil etdiyi kapoeyra üzrə Azərbaycan çempionatı keçirilib. İki gün davam edən yarışlarda uşaq, yeniyetmə gənclər arasında müxtəlif çəki yaş kateqoriyalarında qaliblər müəyyənləşib. Qızların yarışında Səma Tahirli, Yağmur İsmayılova, Asya Atayeva, Mehriban Hacıbabayeva, oğlanların mübarizəsində isə Nail Ənvərli, Məhəmməd Cabbarlı, Mikayıl Tağıyev, Fikrət Dadaşov, Davud Hüseynli, Nicat Cəfərli digərləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər milli komandanın heyətinə cəlb olunub qarşıdakı beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək hüququ əldə ediblər.

 

Gimnastlarımız beynəlxalq turnirdə

Bu gün Misirin paytaxtı Qahirədə bədii gimnastika üzrə "Pharaohs Cup" beynəlxalq turnir start götürür. Azərbaycanın bədii gimnastları da turnirdə iştirak edəcəklər. Gənclərdən ibarət yığma  komandanın tərkibində fərdi gimnastlar Nuray Əhmədzadə Şəms Ağahüseynova, eləcə qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova Zəhra Cəfərova yarışa yollanıblar. Yarışlar 3 gün davam edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".