Yol infrastrukturu yenidən qurulur
Bölgələr

Yol infrastrukturu yenidən qurulur

Ölkənin bütün regionlarında olduğu kimi, son vaxtlar İsmayıllıda da abadlıq-quruculuq işləri davam etdirilir.

Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfaltlanır. İsmayıllı rayonunun Gəraybəyli kəndini magistral avtomobil yolu ilə birləşdirən, uzunluğu 1200 metr əsas kənddaxili yola asfalt örtük vurulub. Görülən işlər hər bir kənd sakininin sevincinə səbəb olmaqla, kəndə gəlib-gedən insanların rahatlığını təmin edəcək.

Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

M.QULUYEV,

"Respublika".