23,9 min şəxsə  həmin dövr üzrə 11 mln. 648 min manat ödənilib
Sosial həyat

23,9 min şəxsə  həmin dövr üzrə 11 mln. 648 min manat ödənilib

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Bu barədə 27 may qurumun məlumatında xəbər verilir.

Beləliklə, həmin aralıq dövrü üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir ötən dövrdə 23,9 min şəxsi əhatə edib. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 11 mln. 648 min manat ödənilib.

“Respublika”.