“5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar meşəətrafı ərazilərdə iməcilik keçirilib
Ekologiya

“5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar meşəətrafı ərazilərdə iməcilik keçirilib

Qurumun mətbuat xidmətinin məlumatında bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra nümayəndələrinin və könüllülərin iştirakı ilə meşəətrafı ərazilərdə iməciliklər keçirilib.

Keçirilən iməcilik zamanı meşəətrafı ərazilər plastik və digər tullantılarından təmizlənərək daşınıb.

Bu cür tədbirlərin keçirilməsində məqsəd meşəlik ərazilərdə təmizliyə riayət olunmasını təbliğ etmək və hər kəsi ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

“Respublika”.