73,3 milyard manatlıq  sənaye məhsulu istehsal olunub
İQTİSADİYYAT

73,3 milyard manatlıq  sənaye məhsulu istehsal olunub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma sektorunda, 19,9 faizi emal sektorunda, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 45,0 faiz, elektrik avadanlıqlarının istehsalı 41,4 faiz, geyim istehsalı 37,6 faiz, mebel istehsalı 32,9 faiz artmışdır.

                                                                                                        “Respublika”.